İslam qanunlarında qadınla kişi niyə fərqləndirilir?

 
İslam qanunlarında qadınla kişi niyə fərqləndirilir?

İslam dinində bəzi mövzularda qadınla kişi arasında qanun və hökm cəhətindən fərqlər mövcuddur

Məsələn; qadın qazi, rəhbər və şəri hakim ola bilməz. Kişi öz həyat yoldaşını boşaya bilər, lakin qadın bunu edə bilməz. Qadın öz qardaşlarına apardığı irsin yarısına malik olur, qadına cihad vacib deyil və s. Soruşurlar ki, bu fərqlər nə üçündür? Bu, qadın məqamının kişidən aşağı olmasına dəlil deyilmi? Bu sualın cavabını bilmək üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır.

İslam qanunlarında qadınla kişi niyə fərqləndirilir?

1. Qadın və kişinin vücudunun təbiəti və yaradılışı fərqlidir. Bunu elm və təcrübə sübut etmişdir, təsdiqinə ehtiyac yoxdur. Aleks Karl, Qustav Lebon və («Şərq fəhlələri» kitabının müəllifi) Müsye Luple kimi tanınmış alimlər qadınla kişinin, onların bədən üzvləri və xüsusiyyətlərinin fərqlərini bəyan etmişlər ki, onları burada qeyd etməyi lazım bilmirik. Ancaq bu barədə Qustav Lebonun dediklərinə diqqət yetirin: «Mən həmin bu (kişi ilə qadın arasındakı təbii fərqlərin mövcudluğu) əqidəsində olanlardanam. Bu mövzunu ayrıca «Beyin fəzasında baş verənlərin sirri haqqında anatomik və riyazi bəhslər» başlığı altında ətraflı şəkildə nəşr etdirmişəm».

2. İslam dinində vəzifə üstünlük deyil, məsuliyyət hesab olunur. Əgər qadın ruhi və təbii cəhətdən, qəzavət (məhkəmə hakimi) məqamından məhrumdursa, bunun əvəzinə övlad tərbiyə etmək (yəni analıq məqamı), pak insan yetişdirmək kimi təlim-tərbiyə məqamına sahibdir. Bu məqam və məsuliyyət qəzavət məqamından daha yüksəkdir. Təlaq (boşanma) hüququna gəldikdə, qadın növü həddən artıq hissiyyatlı olduğu üçün, əgər ona bu ixtiyar verilsəydi, kiçik bir hadisə onu təlaq verməyə vadar edərdi və kiçik bir cəmiyyətin (ailənin) həyatı aradan gedərdi. Məlumdur ki, belə olan halda cəmiyyət xoşagəlməz hadisələrlə üzləşə bilərdi. Yaxud irs barəsində, qadına kişiyə çatan irsin yarısı qədər pay verilirsə də, yaşayışının təminatı (yemək, geyim və məskən kimi) ərinin öhdəsinədir, həmçinin mehriyyə haqqı da vardır. Qadın öz şəxsi malını özü üçün saxlaya bilər və s. Son nəticədə görürük ki, qadının haqqı çox olmasa da, kişinin haqqından da az deyil. Cihad məsələsində də həmçinin, hamı yaxşı başa düşür ki, bu çox ağır işdir və şiddətli müqavimət, insanı taqətdən salan ağır hadisələrə və çətinliklərə dözüm tələb edir. Qadın üçün belə çətinliklərə dözmək onun imkanı həddindən kənardır. Beləliklə, burada ona nəinki zülm olunur, hətta ona xüsusi diqqət və ehtiram olunur. Nəhayət o, qəhrəman və mücahid yetişdirmək və müharibənin arxa və ön cəbhəsində yaralılara kömək etməklə cihadda iştirak edə bilər. Ev işlərini idarə etmək, əmlakı qorumaq, evdəki kişiləri cihad cəbhəsinə göndərmək də cihada kömək etmək deməkdir. Deməli, həqiqətdə qadın da bir növ cihadda iştirak etmiş olur. Müdafiə məsələsində də (İslam döyüşləri adətən müdafiə xarakteri daşıdığı üçün) qadınla kişi bərabərdirlər və hər ikisinə vacibdir ki, müdafiədə iştirak etsinlər.

İslam qanunlarında qadınla kişi niyə fərqləndirilir?

Tanınmış Fransız bioloqu Doktor Karl Aleks yazır: «Qadınların diqqətini analıq vəzifəsindən ayırmağımız məntiqsizdir. Hətta cavan qızların barəsində cavan oğlanların haqqında nəzərdə tutduğumuz həmin tərzi-təfəkkürü, yaşayış və ideal həyatı nəzərdə tutmamalıyıq. Təlim-tərbiyə mütəxəssisləri gərək kişi ilə qadının ruhunu, bədən üzvləri və onların təbii vəzifələrini nəzərə alsınlar. Bu mühüm məsələyə diqqət yetirmək gələcəkdə onların kamilləşməsində əhəmiyyətli rol oynayar».
(İnsan tanınmamış mövcuddur, səh.76.)

Digər bir alim isə yazır: «Bundan əvvəlki nəsillər qadın barəsində təfrit (orta həddən aşağı səviyyədə) yolunu tutmuşdular. İyirminci əsrin insanları isə ifrat (həddi aşmış şəkildə) yolunu gedərək elə ədalətsiz və məntiqsiz sözlər danışıblar ki, qadın ayağını yorğanına görə uzatmayıb və nəticədə Qərb aləmində müşahidə etdiyimiz ən təhlükəli ictimai pozğunluqlar ortaya çıxıb. Məsələn, Amerika Birləşmiş Ştatlarından verilən statistik məlumata əsasən hər il qeyri-qanuni cinsi əlaqələr nəticəsində dünyaya gəlmiş otuz- qırx min uşaq yaranmış irsi xəstəliklərdən ölür. Qadınların 75 faizinin cinsiyyət üzvlərində aparılan cərrahiyyə əməliyyatı cinsi əlaqələrdən yaranan xəstəliklərin nəticəsidir».


Geri dön

lovely boy

  • 7 fevral 2012 00:13
  • Məqalə: 16
  • Şərh: 389
  • Bal:
giving this error message and the time and date of the error.

--------------------

nar_18

  • 4 fevral 2012 23:43
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

generation

  • 4 fevral 2012 23:10
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

ceylan

  • 4 fevral 2012 21:06
  • Məqalə: 0
  • Şərh: 207
  • Bal:
{awards}
tesekkurler

--------------------
~~Denizleri sevirsense~~
~~Dalgalari da seveceksen~~
~~Sevilmek isteyirsense~~
~~Evvelce sevmeyi bileceksen.~~~

Prank girl

  • 4 fevral 2012 18:47
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

al yazmalim:))

  • 4 fevral 2012 18:36
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tesekkurler

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

Dalga

  • 4 fevral 2012 18:33
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkurler melumat ucun

--------------------

KaYfA_SuRgUn

  • 4 fevral 2012 18:32
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ela yaxsdir thanks

--------------------

★Miss Love★

  • 4 fevral 2012 17:47
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere gore sagol wink

★Adriana★

  • 4 fevral 2012 17:29
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 23
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}