(Quran) - Quran təhrif olunmamışdır

 
(Quran) - Quran təhrif olunmamışdır

Qur`an təhrif olunmamışdır

Bütün dünya müsəlmanları fəqət bir Qur`ana inanırlar. (Başqa təhrif olunmuş səmavi kitabların əksinə olaraq, Qur`an bir vahid nüsxədir. İkinci “Qur`an” mövcud deyildir) onların inandığı bu Qur`ani-kərim İslam peyğəmbərinə nazil olan həmin “Qur`an”ın özü və eynidir. Qur`andan heç bir kəlmə azalmamış və ona heç bir kəlmə və ya cümlə və s. artırılmamışdır. Qur`anın nazil olduğu ilk günlərdən başlamış, onun tamamlanan gününədək müsəlmanlardan böyük bir qrupu onu yazmağa məşğul idilər. Müsəlmanların ən mühüm vəzifələrindən biri də Qur`an ayələrini gecə və gündüz oxumaqdan ibarət idi. Bundan əlavə onlar öz gündəlik namazlarında da, Qur`anı təkrar edərək, oxuyurdular. Müsəlmanların böyük bir dəstəsi Qur`an əzbərləməyə məşğul idilər. Belə ki, Qur`anı əzbər bilən şəxslər və onu gözəl oxumağı bacaranlar həmişə böyük hörmətə malik oldular. Və bu, indi də belədir. Bütün bunlar və mövcud olan digər cəhətlər səbəb oldu ki, Qur`anda hətta azacıq da olsun təhrifə yol verilməsin. Bunlardan əlavə, Allah-təala Qur`anın toxunulmazlığını qiyamət gününədək təmin etmişdir. Belə ki, bu vədəyə əsasən Qur`anda heç bir təhrif ola bilməz. "Hicr" surəsi 9-cu ayə: “Biz Qur`anı nazil etdik və biz də onun qoruyucusuyuq!”

Bütün İslam alimləri və tədqiqatçıları) istər şiə, istərsə də sünni) Qur`anda heç bir təhrifin olmadığına inanırlar. Lakin təkcə çox az bir dəstə, hər iki qrup (şiə və sünni) dan Qur`anda təhrifə etiqadlıdırlar. Onlar bir sıra hədisləri bu barədə şahid sayaraq, bu nəticəyə gəlmişlər. Lakin şiə və sünni qruplarının rəhbərləri, alim və görkəmli şəxsiyyətləri Qur`anda heç bir təhrifin olmadığına təkid edərək, müxaliflərin şahid gətirdikləri hədisləri əsassız sayırlar. Çünki bu hədislər “cə`li”-“qurama-saxta” hədislərdir və heç bir əsasa malik deyildir. Bu hədislərin bəzisi alimlərin qəti əqidəsinə əsasən “mənəvi təhrifi” Qur`anda mümkün sayır

(“Mənəvi-təhrif” Qur`an ayələrinin düzgün olmayan şərhinə və təfsirinə deyilir. Və Qur`anın özünə aid deyildir.) Bəzi dar düşüncəli insanlar (bütün şiə və sünni alimlərinin əksinə olaraq) Qur`anda təhrifin olmasına olan inamları ilə, bu böyük səmavi kitabı təhqir etmiş olur və bir növ Allah düşmənlərinə xidmət edirlər.

Əslində Qur`an ayələrinin toplanması tarixinə nəzər saldıqda Qur`anın təhrifin olmamağına bir daha əmin ola bilərik. Tarix şəhadət verir ki, müsəlmanların, Qur`anı yazmağa, əzbərləməyə, oxumağa onu qoruyub saxlamağa olan qeyri-adi həvəsləri və məxsusən vəhy nazil olan əvvəl gündən xüsusi katiblərin onu diqqət ilə yazması təhrifin qeyri-mümkünlüyünü yetirir.

Onu da qeyd etmək lazımdır ki, biz müsəlmanların müqəddəs kitabı olan Qur`an bir dənədir. Onunla ixtilaflı və fərqli olan ikinci “Qur`an) yoxdur! Bu barədə tədqiq etmək niyyətində olan hər bir kəsə bu həqiqət gün kimi aydındır. Çünki bizim hamımızın evində, məscidlərdə, ümumi kitabxanalarda, hətta qədim Qur`an nüsxələrində (muzeylərdə) mövcud olan Qur`anlar heç bir ixtilafa malik deyildir! Qur`an buyurur: “Müxtəlif sözləri eşidib, onların ən gözəlini seçən bəndələrimə müjdə ver!”
(Zümər, 18)
Bizim elmi-hövzələrimizdə (tədris mərkəzi), Qur`an elmləri geniş və hərtərəfli surətdə tədris edilir.
Bu bölmədə ən əhəmiyyətli dərslərdən biri də, Qur`anda təhrifin olmamağıdır!


Geri dön

♡VoR_zAkOn♡

  • 7 fevral 2012 21:33
  • Məqalə: 4
  • Şərh: 115
  • Bal:
ALLAH RAZI OLSUN

Repery

  • 6 fevral 2012 12:37
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

generation

  • 5 fevral 2012 21:18
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

✰GlaMurKa✰

  • 5 fevral 2012 20:59
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun

A.Nicat

  • 5 fevral 2012 20:09
  • Məqalə: 10
  • Şərh: 257
  • Bal:
{awards}
Tesekkurler,Allah razi olsun!!!

--------------------

.♣.Chrysalis.♣.

  • 5 fevral 2012 19:49
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

✿Victoria✿

  • 5 fevral 2012 18:59
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

... Deryam ...

  • 5 fevral 2012 18:23
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Əziyyətə görə tşklər.
Allah razi olsun

--------------------

Mervecik

  • 5 fevral 2012 18:04
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Eziyyete gore twk.

nar_18

  • 5 fevral 2012 17:21
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur edirem deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}