Günün qoroskopu (05.02.2012)

 
Günün qoroskopu (05.02.2012)

Qəti addımlar atmaq, möhtəşəm hərəkətlər etmək həvəsi hər dəqiqə artır. Ehtiyat nədənsə yaddan çıxır, bu səbəbdən travma almaq və pis vəziyyətlərə düşmək riski artır.

Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür. Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ bilmir.

Dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.

Qoç – Bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz.

Bunlara baxmayaraq, bu gün yaxşı qazana bilərsiniz. Günün ikinci yarısı biznesdə fəal olun. Sevdiyiniz şəxslə də xoş səfərə çıxa bilərsiniz.

Buğa – Səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Buğalar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.

Axşama doğru vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.

Əkizlər – Ehtiyatlı olun. Günün birinci yarısı çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu minvalla da milçək böyüyüb fil olur.

Günün ikinci yarısı daha yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar, narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın.

Xərçəng – Bu gün yaman eqoistsiniz, öz istək və tələbləriniz sizin üçün birinci sıradadır. Başqalarının da nəsə istəməsi, nəyəsə can atması, sadəcə, dincəlmək, istirahət etmək ehtiyacı isə sizi qətiyyən maraqlandırmır. Çox nahaq. Bugünkü hərəkətlərinizə görə peşman olacaqsınız.

Lazım olduğundan artıq ev işlərinə vaxt ayırmayın. Evdə böyük təmizlik, mebellərin yerinin dəyişdirilməsi, mətbəxdə eksperimentlər sizi yaman cəlb edir. Amma unutmayın ki, bunlardan hansı birinisə etmək fikrinə düşsəniz, həddən artıq yorula bilərsiniz, çünki entuziazmınız "yandığı" sürətlə də "sönəcək".

Şir – Baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz.

Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq.

Qız – Xoş və maraqlı gündür. Bu ərəfədə başlanan xoş hadisələr davam etməkdədir. Yeni, parlaq ideyalarınız var. Heç kömək ummadığınız insanlar planlarınızı həyata keçirməkdə sizə kömək edirlər: nəhayət ki, sizin də qədrinizi bilməyə başladılar.

Alış-veriş üçün əla gündür, nəinki özünüzə, həmçinin yaxınlarınıza da hədiyyələr ala bilərsiniz. Maraqlandığınız adamlarla ünsiyyət qurmaq istəyirsinizsə, axşama doğru onları başınıza toplayın. Həm evinizdə qonaq qəbul edə, həm də özünüz kimisə evinə qonaq getməklə sevindirə bilərsiniz. İstənilən halda, gözəl vaxt keçirəcəksiniz.

Tərəzi – Bütün gün ərzində müsbət tendensiyaların təsiri güclü olacaq, bundan maksimum yararlanmağa çalışın. Səhər çağı inad, şöhrətpərəstlik kimi xüsusiyyətlər özünü daha qabarıq büruzə verəcək. Bu dövrdə sizin nöqteyi-nəzərinizi bölüşməyən insanlarla ünsiyyət qurmağa çalışın, bu gün onları fikirlərindən asanlıqla döndərə biləcəksiniz.

Bir qədər sonra isə məlahət və cazibəniz "hakimiyyəti ələ alacaq". Buz kimi ürəkləri belə əritməyə qadir olacaqsınız. Nə zamansa eşq macərası yaşadığınız biriylə görüş mümkündür. Əgər istəsəniz, keçmiş əlaqənizi bərpa edə bilərsiniz, ikinci dəfə birincidən daha yaxşı alınacaq.

Əqrəb – Sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.

Günün yeganə pis cəhəti odur ki, sizin nailiyyətlərinizi görsələr də qiymətləndirmək istəmirlər. Bəzən üzərinizə diqqət cəlb etmək cəhdləriniz çox gülməli görünür.

Oxatan – Yaxşı gündür. Çoxdankı arzularınız yerinə yetir, mümkün olmayan hər şey reallaşır. Səhvlərinizi asanlıqla aradan qaldırır, yaxşılığa doğru dəyişikliklərin təşəbbüskarı olursunuz. Gələcəyə nikbinliklə baxır və ətrafınızdakıları da optimizmə "yoluxdurursunuz". Sizin peyda olduğunuz bütün yerlərdə çox gözəl, mehriban ab-hava yaranır.

Ancaq bəzi qərarları verərkən çox tələsirsiniz. Bura xüsusilə pul və qiymətli əşyalarla bağlı məsələlər aiddir. Bəzən əliaçıqlığınız bədxərclik həddini də keçir.

Oğlaq – Ciddi maliyyə problemləriniz ola bilər. Ailə büdcəsini, əmlak bölüşdürülməsini bu gün müzakirə etməsəniz, məsləhətdir. Köçmək üçün də münasib gün deyil. Səhərçağı xoşagəlməz xəbər ala bilərsiniz. Sonra situasiya aydınlaşacaq və elə də qorxulu olmadığı aşkar olacaq.

İşgüzar və enerjilisiniz. Gücünüz aşıb-daşır və bəzən ətrafınızdakıları da qorxudur. Ailədə münaqişə, yaşlı qohumlarınızla fikir ayrılığı mümkündür. Uşaqlarla ünsiyyətdə bir az səbrli olun, onlar sizin məzəmmətlərinizə çox sərt reaksiya verə bilərlər.

Dolça – Günün əvvəlində çətinliklər yarana bilər. Ətrafınızda baş verən hər şeyə çox sərt reaksiya verir, əhəmiyyətsiz məsələləri şişirdirsiniz. Yaxın qohumlarınızla fikir ayrılığı, pul və ya əmlak üstündə mübahisələr mümkündür. Ortaq məxrəcə gəlmək çox çətindir – siz sadəcə olaraq bir-birinizi dinləmirsiniz.

Axşama doğru isə müsbət tendensiyaların təsir gücü artmağa başlayır. Xoş xəbərlər, maraqlı təkliflər alacaqsınız. İmprovizədən qorxmayın. Yeni ideyalar yaxşıdırlar, onları vaxtında tətbiq etməyə çalışın.

Balıqlar – Bu gün dəfələrlə təkid etməli olacaqsınız. İnsanlara nəinki hərtərəfli yaxşı insan, həmçinin güclü şəxsiyyət olduğunuzu nümayiş etdirəcəksiniz. Öz bildiyiniz kimi hərəkət etmək elə də asan deyil, amma bunsuz can atdığınız nəticələri əldə etmək mümkün deyil. Çox yaxın hesab etdiyiniz biri ilə mübahisəniz ola bilər. Tez barışacaqsınız, amma inciklik içinizdə uzun müddət qalacaq.

Günün ikinci yarısını dəyər verdiyiniz insanlarla, dostlarınızla birlikdə istirahət etməyə çalışın. Romantik görüşlər üçün də xoş axşamdır. Əsas odur ki, ürəyinizcə olanı edəsiniz. Başqalarının təklif etdiyi, amma xoşunuza gəlməyən əyləncələrdən isə uzaq qaçın, belədə, bir çox problemdən yaxa qurtara bilərsiniz.


Geri dön

enigmatic_girl

  • 6 fevral 2012 13:30
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Əkizlər – Ehtiyatlı olun. Günün birinci yarısı çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu minvalla da milçək böyüyüb fil olur.

Günün ikinci yarısı daha yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar, narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın.



--------------------

BLONDE_GIRL

  • 5 fevral 2012 20:19
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
no winked

--------------------
UNUTMA UNUTULANLAR UNUTANLARI ASLA UNUTMAZLAR

nar_18

  • 5 fevral 2012 16:56
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
qiz burcu teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

A.Nicat

  • 5 fevral 2012 15:27
  • Məqalə: 10
  • Şərh: 257
  • Bal:
{awards}
Thankss

--------------------

kubra24

  • 5 fevral 2012 15:25
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
twk maraqli idi

J ♥ S

  • 5 fevral 2012 14:45
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
tewekkurler kendi burcumu oxudum ama bilemiyorum ne olacak hadi hayirlisi INWALLAH iyi olur smile

--------------------
J & S ∞♥....

narmin_99

  • 5 fevral 2012 13:40
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Xərçəng – Bu gün yaman eqoistsiniz, öz istək və tələbləriniz sizin üçün birinci sıradadır. Başqalarının da nəsə istəməsi, nəyəsə can atması, sadəcə, dincəlmək, istirahət etmək ehtiyacı isə sizi qətiyyən maraqlandırmır. Çox nahaq. Bugünkü hərəkətlərinizə görə peşman olacaqsınız.

Miss Lady

  • 5 fevral 2012 13:26
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Tesekkurler.qanim qaraldiyeeeeeeeeee.

Buğa – Səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Buğalar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.

Axşama doğru vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.

Angel-Feride

  • 5 fevral 2012 13:22
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
.........................

✿Victoria✿

  • 5 fevral 2012 13:19
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
THANK YOU SO MUCH

--------------------

Mervecik

  • 5 fevral 2012 12:55
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}

Əqrəb – Sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.

Günün yeganə pis cəhəti odur ki, sizin nailiyyətlərinizi görsələr də qiymətləndirmək istəmirlər. Bəzən üzərinizə diqqət cəlb etmək cəhdləriniz çox gülməli görünür.


Hmm.. tewekkur

Delya_91

  • 5 fevral 2012 12:46
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Balıqlar – Bu gün dəfələrlə təkid etməli olacaqsınız. İnsanlara nəinki hərtərəfli yaxşı insan, həmçinin güclü şəxsiyyət olduğunuzu nümayiş etdirəcəksiniz. Öz bildiyiniz kimi hərəkət etmək elə də asan deyil, amma bunsuz can atdığınız nəticələri əldə etmək mümkün deyil. Çox yaxın hesab etdiyiniz biri ilə mübahisəniz ola bilər. Tez barışacaqsınız, amma inciklik içinizdə uzun müddət qalacaq.



en pis gunlerimi yasayiram hal-hazirda

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

generation

  • 5 fevral 2012 12:42
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

★Adriana★

  • 5 fevral 2012 12:23
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

C.I

  • 5 fevral 2012 12:07
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Əqrəb – Sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.

Günün yeganə pis cəhəti odur ki, sizin nailiyyətlərinizi görsələr də qiymətləndirmək istəmirlər. Bəzən üzərinizə diqqət cəlb etmək cəhdləriniz çox gülməli görünür. TWK..............

--------------------

... Deryam ...

  • 5 fevral 2012 11:51
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Buğa belay ürəyim açıldı necə də gözəl sözlər deyilib no

--------------------

★Miss Love★

  • 5 fevral 2012 11:40
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
burcumu oxudum sagol winked

seadet iwigi

  • 5 fevral 2012 11:11
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
maraqli olsada men hemise burclere SPACE TV-de baxiram

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

barbie_2

  • 5 fevral 2012 11:02
  • Məqalə: 0
  • Şərh: 130
  • Bal:
{awards}
twk baliqlar i love you

--------------------
aysel

Мой Мир

  • 5 fevral 2012 10:52
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Qoç – Bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz.

Bunlara baxmayaraq, bu gün yaxşı qazana bilərsiniz. Günün ikinci yarısı biznesdə fəal olun. Sevdiyiniz şəxslə də xoş səfərə çıxa bilərsiniz.
He he gedeceyik sevgilimle sefere biz gedek evdekilerde ikimizi kessinler essekli cennetin boyluyalim wink twwkk oxudum gorekde ne olacaq? wink

--------------------
∞♥

sensiz_seni

  • 5 fevral 2012 10:45
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk ilk wehr menden

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}