Gecə oxusu: Başlanğıc

 
Gecə oxusu: Başlanğıc

Özü də bilmirdi, indi ona tamaşa edə-edə qımışan adamların gözündən necə yayınsın. Tramvay dayanacağında durub mağmın-mağmın şalvarına baxırdı. Yeganə fərli şalvarıydı... O da belə getdi. İndi neçə illər üstündə əsə-əsə geydiyi şalvarının sağ ayağında tünd-göy rəngdə üç ləkə vardı: ikisi lap balaca, birisə albalı boyda... "Bu ki, az qala alma boydadı, nə albalı.." - deyə içini çəkə-çəkə düşünürdü. Şalvar südlə qatışdırılmış qəhvə, quruduqca sanki daha da böyüyən ləkəsə elə əməlli-başlı mürəkkəb rəngindəydi.

- Deyəsən şalvarınıza ləkə düşüb. - Senyor Qomez onun köhnə tramvay yoldaşıydı. Səhər-axşam eyni marşrutla gedib-gəlirdilər - Gərək elə çirklənən kimi yuyaydınız. Mürəkkəb qədər heç nə parçaya belə ləzzətlə hopmur. Bax əynimdəki bu şalvar ki var, düz iki dəfə sizinkindən betər hala düşüb. Axırda məcbur olub mürəkkəb rənginə boyatdırmışam.

O, senyor Qomezə qulaq asmırdı. Şalvarı da yadından çıxmışdı. İndi ancaq makinaçı senyorita Freyşesin gözlərini düşünürdü...

- Bu da tramvay - deyə senyor Qomez hərəkətə gəldi.

Tramvay həmişəki kimi ağzınacan doluydu, adamlar az qala sürücünün belinə minəcəkdilər. Senyor Qomez adəti üzrə necə olursa-olsun yer tapıb oturmalıydı. Adamları iri qarnıyla sıxışdırır, kimisini arxadan dartır, kimisini isə itələyib küncə salırdı: gəl ki, sifətindəki uşaq təbəssümü kimsənin ona acıqlanmasına imkan verməzdi. Tramvay qoca kişilər kimi xoruldayıb yerindən tərpəndi. Ətrafdakı evlər, pəncərələr, eyvanlar bir anlıq silkələnib dayandı... Bir azdan Beynəlxalq qaraj, sonrasa Kooperativ göründü. Bu da tennis klubu...Hər şey hər günkütək bir-birini müvafiq sürətlə, yeknəsəkliklə əvəzlədi. Sərnişinlərdən bəziləri düşdü. O boş yer görüb əyləşdi.

- Bilet almışam - deyə senyor Qomez üzünü ona çevirib təbəssümlə dedi və əlini ehmalca onun çiyninə vurdu.

Beş il idi ki, hər ay ikisinə bir lottereya bileti alırdılar. Tərslikdən də, bəxtləri gətirmirdi ki, gətirmirdi. Və hər ayın başlanğıcında senyor Qomez özünə təsəlli olsun deyə "eybi yox gün gələr qapazlarıq pulları" deyib dururdu. Yoldaşının yerində qurdalanaraq nəsə axtardığını görən kimi senyor Qomez onun qolundan yapışdı:

- Olmadı ki...Bu dəfə keçdi, gələn dəfə siz alarsınız. Daha mən pulunu verib almışam. - dedi - Hə, yaxşı yadıma düşdü, oğlunuzdan nə xəbər?

- Oğlumdan? Həə, çox sağ olun, indi babatdı.

Gecə oxusu: Başlanğıc


Geri dön

Su Perisi

  • 11 fevral 2012 16:12
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
belede

--------------------

enigmatic_girl

  • 6 fevral 2012 18:34
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
hmm tesekkurler hamisini oxuya bilmedim...

--------------------

nar_18

  • 6 fevral 2012 13:34
  • Məqalə: 0
  • Şərh: 3337
  • Bal:
{awards}
maraqli idi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

R.M_FaNaTka

  • 6 fevral 2012 11:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Maraqli xebere gore cox twkler beyendim

--------------------

Dinar Mamedova

  • 6 fevral 2012 04:06
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
tewekkurler maraqli heykayedi

--------------------

test1

  • 6 fevral 2012 03:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MARAQLI HEKAYE ÜÇÜN ÇOX SAĞ OLUN

al yazmalim:))

  • 5 fevral 2012 23:16
  • Məqalə: 37
  • Şərh: 1173
  • Bal:
{awards}
maraqlidi tesekkur

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

generation

  • 5 fevral 2012 23:01
  • Məqalə: 77
  • Şərh: 5429
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 13
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}