Qadınlar kişilərdən nə istəyirlər?

 
Qadınlar kişilərdən nə istəyirlər?

Qadın kimi üçün sevgili, kimi üçün övladının anası, kimi üçün ana, kimi üçün isə övladdır. Həyatda elə bir kişi tapılmaz ki, onun həyatında qadın olmasın və o, nə vaxtsa qadından şikayət etməsin. Belə bir deyim var: “Kişinin qəlbinə gedən yol onun mədəsindən keçir”. Görəsən, kişilərə maraqlıdırmı, bəs qadının qəlbinə gedən yolu necə tapmaq olar? Kişilər üçün həmişə bir sual aktual olub – axı bu qadınlar nə istəyir?
Qadınlar arasında aparılan sorğunun nəticəsindən bu suala cavab tapmaq olar. Kişilərdən nə istədiklərini, nə gözlədiklərini hər bir qadın müxtəlif cür izah edir, ancaq maraqlıdır ki, xanımların düşüncələrində bir çox ortaq nöqtələr tapıla bilir. Xanımların fikir və rəylərindən yaranan ümumi qənaətlərimizi bölüşməyə çalışaq. Müraciətimiz kişilərədir…
Qadınlar kişilərdən nə istəyirlər?


Qadınlara gözəl olduqlarını deyin!

Sual mürəkkəb görünürsə də, cavabı sadədir. Qadının ürəyini əldə etməyin əsas yolu ona diqqət, qayğı göstərmək və ona kişi üçün nə qədər dəyərli olduğunu hiss etdirməkdir. Qadına “Mən səni sevirəm”, “Sən mənim üçün çox dəyərlisən” sözlərini deməkdən çəkinməyin. Sizə bayağı görünə bilər, o zaman uyğun bildiyiniz şəkildə sevginizi etiraf edib, onun beyninə həkk etdirin. Sözsüz ki, qədərində. Münasibətlərdə heç nəyin “şitini” çıxarmaq olmaz.
Sizdən inciyəndə və ya kefi olmayanda xanımınıza dünyada ən gözəl qadın olduğunu deyin. Çünki qadınlar üçün gözəl olduqlarını düşünmək, bunu kişinin dilindən eşitmək qədər sevincli ikinci hiss yoxdur.

Xanımlar cəsarət istər.

Adətən, kişilər sevdikləri xanımla təklikdə olmağı və ona sevgilərini üzbəüz izhar etməyi üstün tuturlar. Ancaq bu, belə deyil. Çünki xanımlar kişidən sevgi və qayğı ilə yanaşı, həm də cəsarət tələb edirlər. Kişilər üçün bağlı məkanda ideal sayılan görüş xanımlar üçün darıxdırıcı və mənasız görünə bilər. Hətta belə görüşlər qadında şübhələr yarada bilər. Bu tip görüşlər davam etdikcə qadın kişidən soyuyur və uzaqlaşır. Ancaq görüşü ictimai bir yerdə etsəniz, qadının yaddaşında daha çox xatirələr yaratmış olarsınız. Həm də bu, o deməkdir ki, siz onun varlığını danmırsız, heç kimdən gizlətmir və gizlənmirsiniz, çəkinib-qorxacağınız, ehtiyat edəcəyiniz heç nə yoxdur.

Yenə də nəvaziş…

Təbiidir ki, ac qarnına sevgi olmur, ancaq yenə də romantika sevgililər arasında vazkeçilməz istəkdir. Qadınların əksəriyyəti (xüsusilə gənc qızlar) sevdiyi insanla görüşəndə əl-ələ tutub gəzməyi çox xoşlayırlar. Sevdiyiniz qadının sol əlindən tutun və əlini bir az sığallayın. Bu, ona sevginizi hiss etdirəcək və nəvaziş göstərdiyiniz üçün özünü xoşbəxt hiss edəcək.

Onları güldürün, ancaq yerində…


Qadınlar onların üzünü güldürən kişiləri çox sevirlər. Odur ki, əgər bir qadınla bir yerdəsinizsə, onun qəlbini oxşamağa çalışın. Heç gözləmədiyi halda onunla zarafat edin və güldürməyi bacardığınız zaman ona gülüşünün çox gözəl olduğunu, ona yaraşdığını deyin. Əmin ola bilərsiniz, bu, onun çox xoşuna gələcək. Ancaq zarafat edərkən yersiz hərəkətlərdən və intim mövzulu, yaxud dəxlisiz zarafatlardan uzaq olmaq lazımdır. Çünki bu tip zarafatlar əksinə, kişini qadının gözündən salar.

Sürpriz!

Kişilərdən fərqli olaraq, qadınlar sürprizləri çox sevirlər. Sevimli xanımın qəlbini ələ almaq üçün ona ara-sıra sürprizlər etmək lazımdır. Bunun üçün elə də böyük maddi vəsait tələb olunmur. Əgər qadın işləyirsə və ya təhsil alırsa, bir gün ona demədən bir qızılgüllə onu qarşılamaq kifayət edər. Sürpriz qadının xoşuna gələr, həm də ona dəyər verilməsinin əlaməti olar.

Sığal-tumar da istərlər…

Qadınların zəif nöqtələrindən biri də kürəklərindədir. Belə bir deyim var, qadınlar körpə uşaq kimidir. Necə ki, körpə uşaq özünü narahat hiss edəndə onun kürəyini sığallayıb sakitləşdirirlər, qadınlarda da bu variant sakitləşdirmək üçün çox işə yarayır. Əgər qadın əsəbiləşibsə və ya narahatdırsa, onu sakitləşdirmək istəyirsinizsə, bunun üçün ən ideal yol onun kürəyinə sığal-tumar çəkməkdir. Hər hansısa masaj hərəkətləri və s. ehtiyac yoxdur. Sadəcə onu qucaqlamaq və sığallamaq kifayətdir.

O, buna “yox” deməz.

Kişilər kimi qadınlar da öpüşməyi çox sevirlər. Ancaq qadınların kişilərdən bir fərqi var. Kişilər öpüşərkən ehtiras, qadınlar isə sevgi hisslərini yaşamağı çox sevirlər.
Qadınlar kişilər tərəfdən gözlənilməz hərəkətlər edilməsini xoşlayırlar, ancaq təbii ki, onların xoşuna gələcək hərəkətləri. Heç kəsin olmadığı bir ictimai məkanda qadın gözləmədiyi halda öpülürsə, o, buna etiraz etsə də, çox xoşuna gələcək. Bu hərəkət onun həm sevgisini, həm də ehtirasını daha da artıracaq. Heç bir qadın ictimaiyyət arasında, hər hansı məclisdə ərinin ona diqqət göstərməsinə, qulluq etməsinə, onu nə qədər çox sevdiyini nümayiş etdirməsinə “yox” deməz.


Sizi maşınınıza qısqanarlar.

Qadınlar maşında gəzdirilməyi çox sevirlər. Ancaq heç vaxt kişi maşına nə qədər dəyər verdiyini qadına deməməlidir. Çünki bu, qadında narahatlıq və qısqanclıq yaradır.
Fəsildən asılı olmayaraq, gəzinti yeri dənizkənarı olsa yaxşıdır. Qadınlar maşınla dəniz kənarında gəzməyi sevirlər. Qadına maşın sürməyi öyrətmək onların çox xoşuna gələr.

Ona yemək hazırlayın.

Kişilər həmişə öyünürlər ki, ən dadlı yeməkləri onlar bişirirlər, ən mahir aşpazlar məhz kişilər olur. Qadınlar isə bununla razılaşmırlar. Ancaq qadına görə həyat yoldaşının məhz onun üçün hazırladığı yeməkdən daha gözəl hədiyyə yoxdur. Qadına səhər yeməyi hazırlayıb yatağına aparmaq, onun heç vaxt yadından çıxmayacaq bir sürpriz olardı.


Qısqanın, ancaq qədərində…

Qısqanclıq sevgi rəmzidir. Kişi həmişə sevdiyi qadını qısqanır və bu, qadınları nə qədər narahat etsə də, bir o qədər də xoşlarına gəlir. Qadını qısqananda qüruru üstün tutub bunu gizlətmək olmaz. Çünki sevgidə qürur olmaz və xoşbəxt sevgi yaşamaq üçün qüruru unutmaq lazımdır. Qadın qısqanıldığını hiss edəndə bu, onun çox xoşuna gəlir və kişi tərəfindən ona olan sevginin saf olduğuna daha çox inanır. Ancaq qısqanclığı dərəcəsində yaşamaq və hiss etdirmək lazımdır. Çünki yersiz qısqanclıq sevgini məhv edir, bezdirir, insanı sevdiyinin gözündən salır. Əgər sevdiyiniz qadını konkret olaraq hansısa kişiyə qısqanırsınızsa, bunu heç vaxt ona hiss etdirməyin. Ancaq sevdiyiniz qadını sevindirmək üçün onu hər gün baxdığı güzgüdən, başını qoyub yatdığı yastığına, gündəlik istifadə etdiyi mobil telefonuna qısqandığınızı deyin.

Romantik olsanız…


Bəli, belə cümlələr qurmaq, fikrini lirik-sentimental notlarla ifadə etmək sizə çox primitiv və mənasız görünə bilər. Bəziləriniz buna gülə də bilərsiniz. Ancaq nəzərə alın ki, qadın ürəyi yuxa kimidir, qulaqları ilə sevir və romantizmə çox meyllidir. Qadının ürəyindəki buzları əridə bilmək üçün bu sözlər qızmar günəş şüası effektini verə bilər. Beləliklə, siz qadının gözündə romantik sevgili obrazı yaradacaqsınız. Qadınlar axı romantik kişiləri çox sevirlər.

Birgə həzz yaşamaq istərlər.


Kişilər və qadınlar nə qədər fərqli olsalar da, onları birləşdirən bir məhfum var – seks. Çünki həm kişilər, həm də qadınlar sekslə məşğul olmağı çox sevirlər. Qadın üçün əsas olan bir şey var. Nə olursa olsun, ancaq sevdiyi kişinin qollarında həzz yaşamaq və sevdiyi kişini başqa qadınlara yaxın buraxmamaq.
Əgər qadın ya səhhətinə, ya da yorğun olduğuna, yaxud hər hansı səbəbə görə ehtiras yaşamaq istəmirsə, onu məcbur etmək olmaz. Çünki belə halda kişi gözdən düşə bilər. Bunun əvəzində onun nazını çəkmək, tumarlamaq daha effektli olardı. Bu halda qadının əhvalı düzələr və özü sevişmək təklif edə bilər. Bir də unutmaq olmaz ki, qadınlar musiqi sədaları altında sevişməyə üstünlük verirlər. Sevişmədən sonra isə birgə duş ən uğurlu seçimdir.
Sonda onu qeyd edək ki, Fransada “Qadınlarsız həyat necə olardı?” adlı dünyaca məşhur kitab işıq üzü görmüşdü və həmin kitabın bütün səhifələri ağ idi. Çünki bu dünyada qadınlarsız həyat yoxdur. Odur ki, qadınların qədrini bilməli və onlarla sevdikləri, razı qaldıqları kimi davranılmalıdır.
[/center]


Geri dön

-KoR-ReSSaM-

  • 15 fevral 2012 03:10
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
hm.. yadimda bir wey qalsa.. gorekde.. emel edrem caliwdigim qeder ..amma 1-2-ine de cox emel etmiwem....sehf bawa dusulmesin haaaa)

--------------------
sevgi :/

HOLIDEY

  • 13 fevral 2012 21:27
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
sevgi inam

--------------------
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSiI-WguBJ9xfrRFREGvoCkSjCnGU0Ew8Avv8asBtUjGQr65GSw9CnwRN2aGA

JENIFFER LOPEZ

  • 10 fevral 2012 14:32
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
KISI OZ HORMETINI SAXLASIN KI QADINLARDA KISILERE HORMET ETSIN

kis masali

  • 10 fevral 2012 12:32
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
bu yazilanlari qadinlara eleyen kisi ideal kisidirki bu heyatdada ideal heckes yoxdu

--------------------
<3

gul_93

  • 9 fevral 2012 00:59
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
MARAGLI...TWKLER EZYETE GORE

J ♥ S

  • 6 fevral 2012 15:09
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
J & S ∞♥....

nar_18

  • 6 fevral 2012 13:50
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

enigmatic_girl

  • 6 fevral 2012 13:41
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
wink wink wink
qeseng yazmisan...

--------------------

Dinar Mamedova

  • 6 fevral 2012 04:22
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
thank you very much

--------------------

lovely boy

  • 5 fevral 2012 23:38
  • Məqalə: 16
  • Şərh: 389
  • Bal:
{awards}
twk edirem ALLAH RAZI OLSUN !!!

--------------------

generation

  • 5 fevral 2012 21:26
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
hihihihihihihihihi

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Dalga

  • 5 fevral 2012 21:12
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Ay oglanlar gelin gorun qaqawiniz ne deyir oxuyun ve emel edin Yaxwi.... winked

--------------------

✿Victoria✿

  • 5 fevral 2012 20:53
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
THANK YOU SO MUCH

--------------------

✰GlaMurKa✰

  • 5 fevral 2012 20:50
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurlerrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}