Biz sənin valideynlərin deyilik

 
Biz sənin valideynlərin deyilik

Öz doğma uşağını başqa ailəyə övladlığa verən valideynlərə cəmiyyət tərəfindən münasibət birmənalı deyil. Bir çoxları, “Allah vermirsə, siz nəçisiz ki, övlad bəxş edirsiz”, deyib qınayır, bəziləri isə, əksinə olaraq, “savabdır, ailəsini dağılmağa qoymadılar” deyib alqışlayırlar həmin valideyinləri. Hər iki tərəf bunun günah və ya savab iş olduğundan danışır. Amma burada heç kim “hədiyyə”edilən uşağın aqibətini fikirləşmir. Böyük sirri öyrənəcəyi zaman uşağın alacağı psixoloji travma və bu sarsıntı ilə nələr edə biləcəyi çoxlarını düşündürmür. Hətta doğma valideynləri belə.

“Hədiyyə uşaq” taleyi yaşayan bir qızın Kulis.az-a dedikləri bu baxımdan xeyli diqqətçəkəndir.

Sona (ad şərtidir-Z.A.) deyir ki, valideynləri onu əmisigilə övladlığa veriblər: “Məni əmimin ailəsinə verərkən, atamla anam savab iş gördüklərini düşünüblər. Bir yaşımda ikən doğma ana qucağından qoparılıb əmidostunun ümidinə buraxılmışam . Doğrudur, ailənin dağılmaq təhlükəsi sovuşub. Əmimlə həyat yoldaşı arasında əmələ gəlmiş soyuq divar aradan qalxıb.

Mən bir az böyüdükcə maraqlanmağa başladım ki, bəs niyə hamının bacısı-qardaşı var, amma mən təkəm? Dedilər ki, sən üç yaşında olanda təzə doğulmuş bir qardaşın ölüb, ondan sonra da başqa uşaq olmur. Təbii ki, mən də uşaq olduğum üçün bu yalana inandım. Bütün yaxın və uzaq qohumlar, tanışlar ailənin bu sirrini saxlayiblar. Iyirmi iki ilə davam gətirən sirrin üstünü bir gün analığımın bacısı, yəni, “ögey xalam” açdı. Bu, təsadüfən ağızdanqaçma kimi deyil, bilərəkdən düşünülmüş şəkildə oldu. Məqsəd isə, ailəyə zərbə vurmaq idi. Analığımla bacısı ilə adi söz-söhbətdən böyük davaya gətirib çıxaran münasibətdə kinli “ögey xala” bundan daha güclü bir silahla vura bilməzdi. Təsəvvür edirsiz, iyirmi iki yaşıma qədər doğma ata-ana bildiyim insanlar birdən-birə əmim-əmidostum çıxdı. “Sən heç bilirsən kimsən, sən bunların qızı deyilsən!” sözü hiddətlə, nifrətlə birbaşa üzümə deyiləndə dünya başıma yıxıldı. Donub qaldım. Elə bildim yuxudayam. Başqasından belə bir əhvalat eşitsəydim, inanmazdım, hətta deyərdim ki, filmlərin ssenarisidir. Amma təəssüf ki, bu, mənim həyatımın ssenarisidir”.

Sonanın sözlərinə görə, bundan sonra onda hamıya qarşı nifrət yaranıb: “Alt-üst olmuşdum. İntihar etməyi belə ağlımdan keçirmişdim. Özümü ələ almağım xeyli vaxt aldı. Buna baxmayaraq, aldığım psixolji zərbə düşünürəm ki, ölənədək məni tərk etməyəcək. Kənardan təsəlli verənlər çox idi. Ancaq heç kim məni başa düşmürdü. Günlərcə-aylarca ağladım. Tənha, yalqız, maraqsız ötüb keçən uşaqlığıma heyfsilənərək ağladım. O illərimi kim qaytaracaqdı geriyə? Bacı-qardaşları ilə oynayan uşaqlara həmişə həsrətlə baxırdım. Kiminləsə dostluq etməyim də yasaq kimi bir şey idi. Cox mənasız keçmişdi günlərim. Onlar məni yağ-bal içində bəsləsələr də, hamıdan gizlədirmiş kimi saxlayırdılar. Qohum-tanış məclislərinə belə nadir hallarda aparırdılar. Qorxuları o idi ki, birdən kiminsə ağzından söz qaçar, mən də eşidərəm. Hətta bu səbəblə evdən köçmüşük də. Binəqədidə həyət evlərində yaşayırdıq. Sonralar bildim ki, qonşulardan biri ilə münasibətləri pozulan kimi köhnə məhəlləmizi birbaşa Nizami rayonunda bina evinə dəyişiblər“.

Sona danışarkən belə özünü saxlaya bilmirdi. Elə hey ağlayırdı. Doğurdan da insanın ürəyini ağrıdır onun yaşadıqları. Deyir ki, elə bilirəm, ömrümün bir hissəsini öğurlayıblar məndən. Haqlıdır da. Söhbətimizin axırında isə ağlamaqdan boğula-boğula, çətinliklə bu sözləri deyə bildi:

O sirri bilməyimdən yeddi il keçib. Indi iyirmi doqquz yaşındayam. Ancaq hələ də hər iki tərəfin bu “alış-verişi”ni bağışlaya bilmirəm”.
Yaşadığı sarsıntıların təsirilə bu qız həyatına qəsd edə bilərdi. Belə olsa idi, heç kim məsuliyyətə cəlb olunmayacaqdı da. Bir az vicdan əzabı və bir də hər şeyi untduran zaman....

Bununla da bir günahsız insan ömrü bitəcəkdi.


Geri dön

Su Perisi

  • 11 fevral 2012 16:07
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
insan ALLAH a her zaman sukur eder,çöllərə atilan usaqlar ne etsin hec vaxt ata-analarini tanimirlar.

--------------------

Angel-Feride

  • 8 fevral 2012 23:39
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
Təşəkkür[hide][/hide]

..:MeleK kiz:..

  • 8 fevral 2012 18:00
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
AGLADIM awkim

✿Victoria✿

  • 6 fevral 2012 18:28
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
THANK YOU SO MUCH

--------------------

generation

  • 6 fevral 2012 18:22
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

DJ FAVORİT

  • 6 fevral 2012 18:09
  • Məqalə: 4
  • Şərh: 61
  • Bal:
{awards}
yaziq... no

--------------------
♥ Yeryuzunde biten her ask icin gokyuzunde bir melek aglar.™

Aygun22

  • 6 fevral 2012 16:19
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
maraqli idi
tesekurler

enigmatic_girl

  • 6 fevral 2012 15:59
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler...... recourse

--------------------

eldarado

  • 6 fevral 2012 15:49
  • Məqalə: 7
  • Şərh: 78
  • Bal:
{awards}
menimde emim qizi bibime verilib usaqlari olmurdu deye hemde anasi usagi istemirdi isteyirdi usagi aldirsin,amma bibimdediki ver mene usaq olan kimi xestexanadan bibmgile aparildi .bibime verilen emim qizinin qardasi bacisi var inistut telebeleridi bilirerki bibisi qizlari oz dogma bacilaridi indi qiz 3cu sinife gedir tesevvur edirem ki bilse nece olar hemise qorxu icinde olmusam ki ne vaxtsa ustu acilacaq bilecek ozde emim gille qonsudular bacisini qardasini nece cox isteyir nedeolmaa qan cekir.belkede duz belkede sehv edibler ancaq onu bilirem bir gunahsiz korpene qurtarilib aldirilmaqdan .bileceyi gun neler olar bilmirem cox cetindi.

--------------------
Vacib o deyil ki, sənin həyatında neçə gün qalıb. Vacib odur ki hər günündə nə qədər həyat var.

Musique Sage

  • 6 fevral 2012 15:03
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
green_15,
girl_girl,
axiratan oxudunuz


valideynler daha hec neyi fikirlesmirler yaziqgin nece ili puc oldu goz onun usaqligi getdi darmadagin oldu yaziqdi Allah sebr versin

nar_18

  • 6 fevral 2012 14:15
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli idi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Adriana★

  • 6 fevral 2012 14:11
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

J ♥ S

  • 6 fevral 2012 13:38
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Cox maraqli idi recourse... ALLAH beleweyler gorsetmesin uzaq etsin

--------------------
J & S ∞♥....

girl_girl

  • 6 fevral 2012 13:30
  • Məqalə: 19
  • Şərh: 255
  • Bal:
{awards}
tesekurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 60
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}