Sarkozi bir günə Fransa xəzinəsinə 15 min dollar ziyan vurur

 
Sarkozi bir günə Fransa xəzinəsinə 15 min dollar ziyan vurur

Fransa prezidenti bir günə təkcə yemək və içkiyə 15 min dollar xərcləyir. Britaniyanın gündəlik "Sunday Times" qəzeti Fransanın Yelisey sarayının gündəlik tələbatını hesablayıb. Prezident sarayının xidmətinə çəkilən xərclər Britaniya krallığının xərclərini üstələyir.

Qəzet yazır ki, Fransa prezidenti Nikola Sarkozi qurman deyil və hətta ən məşhur fransız şərabları belə onu özünə çəkə bilmir. Fransa dövlət başçısı ümumiyyətlə, spirtli içki qəbul etmir. Lakin prezidentin əhatə mühitinin xəbərləri isə daha maraqlıdır. Sarkozi çox böyük şiriniyyat həvəskarıdır, o, şokolad və konfetdən ötrü "sino gedir". Lakin 57 yaşlı Sarkozinin hazırkı həyat yoldaşı bu ailəyə daxil olandan sonra şirniyyatı ciddi şəkildə məhdudlaşdırıb.

Sunday Times-ın məqaləsi olduqca tənqidi çalarlarla yazılıb. Times-ın yazdığına görə, Sarkozi Yelisey sarayındakı qarajında 121 maşın saxlayır. Qəzet qeyd edir ki, Fransa prezidentləri dəbdəbə və israfçılıq həvəsi ilə məşhurdurlar. Times-ın hesablamalarına görə, prezident avtomobillərinə çəkilən benzinin illik xərcləri 400 min dollara çatır. Təkcə bir gündə alınan qəzetlərə 1,5 min dollar xərclənir.


Geri dön

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}