Peyğəmbərimizin (s.ə.v) Zarafatları

 
Hər kəs kimi Peyğəmbərimiz də zarafatlar edir, lətifələr danışırdı. Ancaq Onun etdiyi zarafatlar yerli yerində idi.
Allah Elçisi insanlara lağ etməzdi...

Peyğəmbərimizin (s.ə.v) Zarafatları

Peyğəmbərimiz, hər kəslə səmimi davranardı. Zaman olar, zarafatlaşar, şirin və gözəl bir abu-hava meydana gətirərdi. Çünki başqa cür olsaydı, insanlar Peyğəmbərimizə yanaşa bilməzlər, ondan sual belə soruşa bilməzdilər. Onsuz da insan hər vaxt ciddi və ağır məsələləri danışa bilməz, bəzən mühitin yumşadılması, insanların rahatlaşdırılması lazımdır.
Hər kəs kimi Peyğəmbərimiz (s.ə.v) də zarafat edər, amma heç bir zaman yalan danışmazdı. Çünki zarafat da olsa, yalan yalandır. Peyğəmbərimiz (s.ə.v) lağ etməz, hörmətdən salmaz, xəcalətli etməz, çətin vəziyyətdə qoymazdı.

Peyğəmbərimizin (s.ə.v) Zarafatları

Peyğəmbərimizin (s.ə.v) etdiyi zarafatları lazımsız və yersiz deyildi. Daha çox könül alan və sevindirici zarafatlar edərdi. Uşaqlarla, xanımlarıyla, yaşlı və kimsəsiz kəslərlə zarafatlaşması bu növdən idi.

Bu köləni satıram, varmı alan!

Peyğəmbərimizin (s.ə.v) bir lətifəsini Ənəs min Malikdən dinləyək: "Səhra xalqından Zahir adında bir adam vardı. Peyğəmbərimiz, Zahiri çox sevərdi. Zahirin fiziki istiqaməti çox xoş deyildi. Bir gün bazarda səhradan gətirdiyi malları satmağa çalışdığı bir sırada Peyğəmbər getdi, səssizcə yaxınlaşdı, Zahiri arxasından qucaqladı və əlləriylə gözlərini bağladı.
Zahir, tutanın kim olduğunu görə bilmirdi. "Tutan kimsə buraxsın" - deyə çalışmağa başladı. Bu vaxt göz ucuyla arxasındakı adamın Əfəndimiz olduğunu anlayanda kürəyini Peyğəmbərimizin sinəsinə söykəməyə başladı. Zahirin bu şən hərəkətindən xoşlanan Peyğəmbər Əfəndimiz yüksək səslə: - Bu köləni satıram, varmı alan, deyə səslənməyə başladı.
Zahir boyu bükük, qəmli bir halda: - Ya Rəsulullah, mənim kimi dəyərsiz bir köləyə vallah qəpik verən olmaz, dəyəndə Peyğəmbərimiz: "Xeyr, ya Zahir, sən Allah qatında heç də dəyərsiz deyilsən"-buyurdu.

Peyğəmbərimizin (s.ə.v) Zarafatları

Başqa bir misal. Bir gün yaşlı bir qadın Peyğəmbərimizə : "Ya Rəsulullah! cənnətə girməyim üçün mənə dua edərsinizmi?"-dedi.

Peyğəmbər (s.ə.v): "Yaşlı qadınlar Cənnətə girə bilməz" deyə ona ilişdi. Qadın ağlayaraq oradan ayrıldı. Peyğəmbərimiz (s.ə.v) səhabələrə: "Gedin ona söyləyin, insanlar cənnətə yaşlı olaraq girməyəcəklər. Cənab Haqq "Biz onları yeni bir yaradılışla yaratdıq, yoldaşlarına sevgi ilə bağlı, həmişə eyni yaşda gənc qızlar etdik"-buyurmurmu?" (Nəhayət Surəsi, 36.) Bəli, insanlar cənnətdə gənc olacaqlar, yaşlı deyil. Əfəndimiz də "Yaşlı qadınlar cənnətə girə bilməz"-deyərkən belə bir zarafat edirdi.

Peyğəmbərimizin (s.ə.v) Zarafatları

Peyğəmbərimiz (s.ə.v) kimsəsiz, kasıb, yoxsul, hər kəsin üz vermədiyi, maraqlanmadığı insanlarla kiçik zarafatlar edər, onların ürəklərini qazanardı. Ənəs min Malik izah edir: Bir gün bir adam Peyğəmbərizin (s.ə.v) hüzuruna gəldi və özündən bir minik heyvanı istədi. Peyğəmbərimiz (s.ə.v) ona, "Yaxşı, sənə bir dişi dəvə balası verimmi?" deyə ilişdi. Adam, "Ya Rəsulullah, mən sizdən bir minik istəyirəm, dişi dəvə balasını nə edim?" dedi.
Peyğəmbər (s.ə.v) gülərək: "Bütün dəvələr dişi dəvə balası deyilmi?"-buyurdu. Peyğəmbərimiz (s.ə.v), ciddi, təmkinli, heybətli bir insan idi. Bu halı onsuz danormal idi. Çünki daşıdığı vəzifə, boynuna götürdüyü vəzifə bunu vacib edirdi. Ancaq o da bir insan idi. Yeri gələndə zarafatlar da edir, ətrafındakı insanları rahatlaşdırırdı.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:48
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

vAllah razi olsun

--------------------

_RONALDO_

  • 13 mart 2011 10:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Allah razi olsun!!

--------------------

Ulya

  • 25 oktyabr 2010 14:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciw.maraqli yazidi

Azeri_Gozeli

  • 25 oktyabr 2010 12:36
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

winner...

  • 24 oktyabr 2010 23:21
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
Allah razi olsun!! wink

Grace_Angel

  • 24 oktyabr 2010 23:19
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...maraqli xebere gore...ALLAH RAZI OLSUN!!!

--------------------

Afran007

  • 24 oktyabr 2010 22:55
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Allah bizler HZ.Muhammed efendiizin sefaetine nail olmagi nesbi eylesin,Allah razi olsun elaa

aysu

  • 24 oktyabr 2010 22:39
  • Məqalə: 1
  • Şərh: 110
  • Bal:
{awards}
tewekkurlerrrrrr

sevgi yalandir

  • 24 oktyabr 2010 22:34
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}