Onlar sağ olsaydılar

 
Onlar sağ olsaydılar


Bu gün Azərbaycan cəmiyyətində çox gənc xanımlar var ki, hicaba meyillidirlər.Örtünmək üçün onların müxtəlif səbəbləri vardır.Kimisi cəmiyyətdə ismətli görünmək üçün,kimisi tez ərə getmək, kimisi də sırf Allahı sevdiyinə görə örtünür.
Şəhərdə gəzdiyim zaman , toylarda iştirak etdiyim zaman bir qısım xanımlar da rastıma çıxıb ki, hicab kimi müqəddəs bir geyimi cürbəcür formalara salıblar.Məsələn,qulağa sırğa taxıb qulağın bir hissəsini hicab dışında saxlamaq və.s.Hardan qaynaqlanır bu işlər.qısa bir araşdırmadan sonra məlum olur ki, bütün bu əməlləri bir zaman Azərbaycan telekanalizasiyalarında efirə gedən məşhur "KLON" serialından,xüsusilə ordakı Hadi obrazından təsirlənərək edirlər.Bəs görəsən olarmı bu şəkildə bəzənmək?

Maraqlıdır,əgər Peyğəmbərimizin(ə)əziz qızı Xanım Fatimə (s.ə) və digər imamlarımızın qızları,anaları,bacıları sağ olsaydılar necə münasibət bəsləyərdilər həmin xanımlara?

Hər zaman mənə marağlı olub ki, niyə bizim bəzi hicablı xanımlarımız bu müqəddəs xanımlara yox, məhz əqidəsi bilinməyən hadilərə bənzəməyə çalışırlar.Niyə bu müqəddəs xanımlar kimi öz həyat yoldaşları üçün deyil, digərləri üçün bəzənməyə çalışırlar? (zahirdə görünən budur)
Niyə görə onlar Qurani-Kərimin ,Allahın, müqəddəslərin təbliğ etdiyi ideologiyanı yox, braziliya kinomatoqraflarının təbliğ etdikləri iyrənc ideologiyanı mənimsəyirlər?
Dərd bir deyil, iki deyil.Ümumiyyətlə bu gün Azərbaycanda İslamı necə başa düşürlər gənclərimiz ?
Bir mömin dəvət edildiyi toyda əl açıb oynayırsa düşünmürmü ki, görəsən müqəddəslərimiz, məsələn elə peyğəmbərimiz bu toya dəvət edilsəydi necə hərəkət edərdi?
Bir kimsənin cürəti çatarmıydı onu rəqsə dəvət eləsin ? Kimlərləsə qol-boyun olub yallı oynayardımı?
Yaxud dinin əldən getdiyini görən İmam Hüseyn ( ə) rahat-rahat gəzərmiydi Bakının küçələrində?
"Təki başım salamat qalsın" deyib ancaq məscidə gedib -gəlib ibadət edib , özü üşün cənnət qazanmağa çalışarmıydı ?
Qoyarmıydı müsəlmanları başlı-başına ?
"Hər kəs öz balasına,evinə bir tikə çörək pulu qazanır" deyib dönərmiydi öz müqəddəs yolundan bütün varlığını,mal-dövlətini,ailəsini ALlaha qurban vermış İmam Hüseyn(ə) ?
"İndi başqa zəmanədir.İndi hər şeyi elmi yolla , gözəl nitqlərlə sübut eləmək,dini bu yollarla təbliğ eləmək zəmanəsidir" deyənlər ola bilirlərmi İmam Cəfər Sadiq (ə) kimi ?
Deyə bilirlərmi həqiqətləri zalimlərin gözlərinin içinə baxaraq ?
Oxuyurlarmı,öyrənirlərmi dini,əzbərləyirlərmi Quranı, çalışırlarmı ki, savadları İmam Cəfər (ə) elminin dəryasında bir damla qədər olsun ?
Doğraya bilirlərmi cahilliyi elm qayçısıyla İmam Cəfər (ə) kimi ?
Sünni , şiə,vahabi... Sevə bilirlərmi Allahın bu bir qismi cahil,bir qismi alim bəndələrini Həzrət Əli (ə) kimi ?
Bir gün əziz peyğəmbərimiz (ə) məsciddə öz səhabələri ilə otururmuş.Bir bədəvi ərəb gəlir düz məscidin ortasında öz təbii ehtiyacını qarşılayır, məscidi mundarlayır.Səhabələr hamısı birdən ayağa qalxıb onu öldürmək istəyirlər.O mərhəmət sahibi əziz peyğəmbərimiz (ə) "əl vurmayın ,buraxın yanıma gəlsin!" deyir.Bədəvi gələndə peyğəmbər (ə) gülərüzlə ona "əyləş ey mənim ərəb qardaşım!" deyir."Bura bizim ibadət elədiyimiz yerdir.Ona görə çalış bir də buranı bundarlama əziz qardaşım! " deyir gülər üzlə.Ərəb üzünü az öncə onu öldürmək istəyənlərə tutub "Vallahi,Allah bəndəsi bu kişidir,siz deyilsiniz" deyib hönkür-hönkür ağlayır."Bu gündən mən də müsəlmanam" deyib könül xoşluğu ilə islamı qəbul edir.
İçkili vəziyyətdə sizinlə rastlaşıb üstünüzə qaytaran bir kimsəni belə gülərüzlə çəkindirə bilərsinizmi getdiyi haram yoldan ?
" Vallahi, əsil Allah bəndəsi sənsən" deyən olubmu sizə ?
xoş bir sözünüzlə gözəl rəftarınızla islamı qəbul edən ,namaza başlayan olubmu ?
Bir gün bir cahil İmam Baqirin(ə) anasını söyüb onu zinakar adlandırır.İmam Baqir (ə)" Ey insan, əgər anam teqsirkardırsa Allah onun günahını bağışlasın.Sən ismətli qadına iftira atırsansa, ki həqiqətən bu belədir ,Allah sənin günahını bağışlasın" deyir.Gördüyü işdən peşman olan həmin insan islamı qəbul edib ömrünün sonuna kimi İmam Baqirə (ə) sadiq qalır.Son nəfəsinə qədər ağlayır " Kaş ki, İmam məni bağışlayıb o sözü deməzdi,Allahdan mənim bağışlanmağımı istəməzdi" deyib yaşlı gözlərlə dünyanı tərk edir.
İmam Baqirin (ə) etdiyi duanı edə bilərikmi anamıza ,bacımıza söyən hər hansı bir cahilə ?
Yoxsa ,"qıraqdan baxan deyər ki, bunun oğlanlığı yoxdur" deyib atılarıqmı həmin adamın üstünə ?
Səmimi etiraf edək ! Dilimiz "biz imamların kəsilən dırnağı da ola bilmərik" deməzmi?
Dilimizin əksinə hərəkət edib " biz imamdan artıq adamıq,ondan daha qeyrətliyik" (əstəğfirullah) deməzmi əməlimiz?
Yoxsa , "onlar imamdırlar,biz isə günahkar bəndələr.Biz onlar kimi ola bilmərik " deyərək , Allahın bizə nümunə kimi göndərdiyi bəndələri sözümüzlə özümüzdən üstün göstərməyə çalışarkən,əməlimizlə özümüzü onlardan artıq insan kimi göstərərik?
Bununla da özümüzə bəraət qazandırıb təsəlli vermərikmi ?
Yaşaya bilərdikmi bu şərtlərlə onların zəmanəsində ?
Qəbul edərdilərmi, inanardılarmı, arxalanardılarmı bu şərtlərlə bizim kimi müsəlmanlara, ONLAR SAĞ OLSAYDILAR?


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Gun_and_Ay :)

  • 29 oktyabr 2010 17:47
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
aLLAH RAZI OLSUN COX MARAGLIYDI VE DOGRUYDU

Ulya

  • 25 oktyabr 2010 14:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciwim.cox xosuma geldi.ellerine sagliq

Azeri_Gozeli

  • 25 oktyabr 2010 12:32
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun

--------------------

Grace_Angel

  • 25 oktyabr 2010 01:10
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...xebere gore...ALLAH RAZI OLSUN...!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 42
Cəmi: 67

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}