Qərarlarınızın əsiri olmayın

 
Qərarlarınızın əsiri olmayın


Gələcəyə istiqamətli həqiqi planlar etmək, sağlam bir ruh halının da göstəricisidir. Ancaq Psixoloq Gülşah Yahşi`yə görə, bu cür planlar üçün yeni il, ad günü kimi tək bir günə mərkəzlənmək, gözləmələrin həqiqətdən uzaqlaşmasına, xəyal ilə gerçəyin qarışdırılmasına səbəb olaraq, adamı öz həqiqətindən uzaqlaşmağa qədər aparan bir ruh halına sala bilər.

"Gələcəyə dair plan edərkən və qərar alarkən xəyal ilə gerçəyi qarışdırmayın və gerçəklərinizdən uzaqlaşmayın" təklifini edən Psixoloq Gülşah Yahşi, bu təsbitlərini bildirdi:

"Zaman zaman həqiqi ola bilməyib özümüzü şirin xəyallar içində tapa bilirik. Bu səbəblə əhəmiyyətli bir qərar alarkən, içində olduğumuz şərtləri göz önünə alıb bunları lazım olsa maddə maddə kağıza tökmək daha sağlam olacaqdır. Başqa sözlə edilən planları, alınacaq qərarların qiymətləndirilməsini, qərarları tətbiqdə qarşımıza çıxa biləcək problemləri və həllərini, bunlarla necə başa çıxa biləcəyimizi yazarsaq gerçəyi daha dəqiq qiymətləndirə bilərik. Belə bir cəhd, qərarımızdakı ciddiyətimizin də bir göstəricisi olacaq. Əgər düşündüyümüz dəyişikliyi həqiqətən istəyirsək, bunu sistemli şəkildə qiymətləndirmək, yazıya çevirmək və cədvəldəki əksiklikləri görüb düzəltmələr etmək daha şüurlu olacaq.

Həddindən artıq ümumiləşdirmədən uzaq durun!

Alınan qərarı tətbiq edə bilməyən kəslərdə ən sıx qarşılaşılan vəziyyət, adamın "həddindən artıq ümumiləşdirmə" etməsidir. "Mən onsuzda heç bir qərarımı tətbiq edə bilmirəm, bir şeyi düz edə bilmirəm, bacara bilmirəm, bacarıqsız, qeyri-kafi və gücsüzəm" kimi mənfi düşüncələrə qapılmaq, psixologiyaya mənfi təsir göstərər. Halbuki sual; "niyə mən bunları edə bilmirəm?" deyil, "bu vəziyyəti necə düzəldə bilərəm, harada səhv edirəm?" şəklində olmalıdır. Qərarların tətbiq oluna bilməməsi insanı ümidsizliyə sala bilər, sonrakı addımlarda istəksizlik oyandıra bilər, insanın özünə olan inancı zəifləyə bilər. Buradakı ən əhəmiyyətli nöqtələrdən biri də insanın özünə inanmasıdır. İnsan, bir şeyi necə edəcəyini bilməsə belə, problemi həll edəcəyinə, bir həll yolu tapa biləcəyinə inanmalıdır. İnsanlar bəzən qarşılaşdıqları çətinlikləri necə həll edəcəklərini bilə bilməzlər; bu çox təbiidir. Belə vəziyyətlərdə də professional kömək almaq, prixoloji sağlamlıq baxımından son dərəcə əhəmiyyətli və lazımlıdır."


Geri dön

RIHANNA 1

  • 12 fevral 2012 12:27
  • Məqalə: 1
  • Şərh: 67
  • Bal:
tesekkurler

Mary

  • 10 fevral 2012 19:51
  • Məqalə: 4
  • Şərh: 268
  • Bal:
{awards}
tesekkur ediram

B_A_H_A_R

  • 8 fevral 2012 20:03
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

generation

  • 8 fevral 2012 18:52
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

★Adriana★

  • 8 fevral 2012 16:17
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrrrr

tesekkurler

--------------------

enigmatic_girl

  • 8 fevral 2012 15:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler.... maraqlıdır....

--------------------

Deniz

  • 8 fevral 2012 13:26
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Mence de....beyendim tesekkurler winked

J ♥ S

  • 8 fevral 2012 12:33
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
tewekkur...............

--------------------
J & S ∞♥....

Ku-ku

  • 8 fevral 2012 11:26
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
niye tek esir yox xeyir de tapmaq olar verilecek qerarlarla sadece vermezden evvel derin duwunmek lazim

--------------------

♡VoR_zAkOn♡

  • 8 fevral 2012 11:22
  • Məqalə: 4
  • Şərh: 115
  • Bal:
{awards}
ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}