Qələbəyə və buluda bənzər insanlar

 
Qələbəyə və buluda bənzər insanlar

Qələbəyə və buluda bənzər insanlar
Hər şey qələbəyə can atır.Lakin hər şey iflasa və məhvə də can atır.Zirvə fəth olunanda uçurum da, sanki, həmişəkindən yaxındır və sən onun cazibəsini, gücünü məhz zirvədə daha bariz duyursan. İnsanın can atdığı ən yüksək nöqtələr, mədəniyyət zirvəsi, kamilliyin zirvəsi mahiyyətcə tərəddüdün ocağıdır; mədəniyyətin çürüməsi prosesi, məhz yüksək qatlarda başlanır. Hər bir bəlli mədəniyyət özündə iflasın başlanğıcını,onu aşındıran və nəsnəni ehtiva edir. Daha ilkin mərhələlərdə bu o qədər təhlükəli deyil. Hətta, əksinə. Axı zəhər kiçik dozalarda istənilən orqanizmə həvəsləndirici təsir göstərir. Bu hətta kral tacının qiymətli daşlarına özünəməxsus gözəllik, melanxolik bir sayrışma bəxş edir. Yalnız sonra aydın olur ki, dəyişikliyin səbəbi daşlardadır və bu dəyişiklik onların öz parlaqlığını tamam itirəcəyindən xəbər verir.
Qəribədir, sadəcə olaraq, ağlasığmazdır: necə olur ki, dağıdıcı qüvvələr qurucu,qələbə gətirən qüvvələrlə vahid bir tamlıq təşkil edir...
Təzə tac, sadəcə olaraq, daha zəngin, daha dəbdəbəlidir. Hər bir tac öz məhvi ərəfəsində,həqiqətən,gözəllik zirvəsinə yüksələ bilər.
Hər şey çiçəklənməyə can atır.Amma hər şey həmdə özünüməhvə, ölümə can atır.Hərçiçəyin bir əkizi olur, onu əbədi alatoranlıq səltənətindən səsləyir, hər ağacın öz əkizi var, bəhərsiz budaqlarını heç nəyi seçmək mümkün olmayan, hər şeyin eyni cür göründüyü zülmətdə uzadır və məhz çiçəklənmə, yetkinlik çürüdən qüvvələrə “hazır ol!” siqnalı verir.Məhz inkişafının kuminasiya nöqtəsində hər şey iflasa,məhvə can atır.Məhz qələbə silahı yerə qoymaq əmri verir.
Bu günlərdə həyətimizdə səmaya baxarkən gördüyüm bulud yaddaşıma yazıldı.O, insan başına oxşayırdı,nəcib,ciddi və qürurlu profili olan kişi başına-üstünlük, ucalıq və zövq təcəssümünə.Mən durub baxanadək,siluetin cizgiləri tədricən dəyişirdi. Əvvəlcə bu simanın gözəlliyi daha bariz göründü, onun özünəməxsusluğu, fərdliyi daha aydın duyuldu, lakin sonra onda həyacan təlqin edən,qəribə, şişirdilmiş nəsə sezildi, daha sonra isə artıq xəstəhal,ürpərdici nələrsə. Bu sima, sanki, mənim gözümün önündə çürüyür, lakin eyni zamanda, özünəməxsusluğunu da qoruyur, keçmiş simasına bənzəyişini saxlayırdı. Tədricən o sifət cüzamlınınkına oxşadı, dəqiq cizgilərini itirdi, aşındı, dağıldı, diriykən çürüdü.Nəhayət gözün yerində bir deşik qaldı,çənə isə qopdu-indi baş əvəzinə göz önündə skelet kəlləsi dururdu. Lakin hətta bu kəllənin özündə belə qabaqkı əzəmətli, gözəl obrazlı bənzəyiş vardı, onları bir-birinə nəsə ümumi,dərindən gizlənmiş bir sirr bağlayırdı...


Geri dön

nilayka

  • 20 fevral 2011 17:43
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
winked

--------------------

Ulya

  • 25 oktyabr 2010 14:54
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
Azeri_Gozeli,
winked

Azeri_Gozeli

  • 25 oktyabr 2010 12:38
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}