İmam Məhdi (ə.f) həyatı barədə qısa mə’lumat

 
  • 25.10.2010, 13:06
  • Bölmə: İslam
  • Müəllif: Ulya
İmam Məhdi (ə.f) həyatı barədə qısa mə’lumat

On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.


Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir. Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.
Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.



__________________________________________


Əl-İrşad, səh.346. Bə’zi mənbələrdə on ikinci İmamın hicrətin 256-cı ilində anadan olduğu qeyd olunmuşdur. Məsələn, Şeyx Səduqun “Kəmalüddin” kitabı, səh.432.
Əl-İrşad, səh.346. On ikinci İmamın əsl adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adındandır. Lakin bə’zi hədislərdə onun əsl adını çəkmək qadağan olunduğu üçün onun adını yuxarıdakı şəkildə yazırlar.
Kəmalüddin, səh.648. O Həzrətin adının qadağan olunması onun qeybə çəkildiyi ilk mərhələyə qədər olmuş və siyasi məqsəd daşımışdır, lakin onun zühuruna qədər qadağan edilməsi barədə şiə alimləri arasında fikir müxtəlifliyi var. Bu barədə ətraflı mə’lumat almaq üçün Hacı Mirzə Hüseyn Təbərsi Nurinin “Ən-Nəcmus-saqib” kitabına müraciət etmək olar. səh. 48–49.
Ə’lamül-vəra, səh.418.
İsbatül-vəsiyyə, səh.248.
Əl-füsulül-mühimmə, səh.310.
Əl-İrşad, səh.346.
Əl-İrşad, səh.346.
Rəvzətül-vaizin, səh.283; Biharül-ənvar, c.51, səh.12.
Bə’ziləri İmam Zamanı atası vəfat edən gündən onun kiçik qeyb dövrünü hesablamışlar.
Əl-İrşad, səh.346
.


Geri dön

seadet iwigi

  • 10 fevral 2012 11:35
  • Məqalə: 4
  • Şərh: 622
  • Bal:
tewekkur,ezizim,ALLAH t.t razi olsun

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

cingiz muradov

  • 21 dekabr 2011 14:53
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
{awards}
XEBERE GORE TWK ALLAH RAZI OLSUN>>>>>>>

XEBERE GORE TWK ALLAH RAZI OLSUN>>>>>>>

music_angel

  • 1 sentyabr 2011 13:49
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

nilayka

  • 20 fevral 2011 17:42
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
ok tesekkurlerAllah razi olsun

ok tesekkurlerAllah razi olsun

--------------------

ramil-252

  • 19 fevral 2011 16:55
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Təşəkkürlər Allah köməyiniz olsun.

Azeri_Gozeli

  • 25 oktyabr 2010 15:25
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Allah razi olsun winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}