Qışda ətdən çox istifadə etməyin

 
Qışda ətdən çox istifadə etməyin

Bəs ətdən çox istifadənin insan orqanizminə mənfi təsirləri varmı? Əgər varsa, həkimlərimiz nə məsləhət görürlər? Yeri gəlmişkən, qeyd edək ki, bu məsələ Türkiyə mətbuatında da müzakirəyə çıxarılıb və xüsusilə, qış fəslində ətdən hazırlanan xörəklərdən çox istifadənin insanlarda infarkt riskini artırdığı vurğulanıb.

Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu, tibb elmləri namizədi, baş elmi işçi Rafiq Yusifli qəzetimizə açıqlamasında qış aylarında ürək-damar xəstəliklərinin başvermə riskinin artdığını söylədi: “Soyuq havada əlimizin rəngi ağardığı kimi, reflektor olaraq digər orqanlarda da dəyişiklikler müşahidə edilir. Məsələn, ürək damarlarında sıxılma baş verir. Soyuqla əlaqədar ürək daha çox enerji sərf edir, daha çox işləyir. Bu mənada çətin həzm olunan qidalar da ürəyə təsir edir”.

“Nə ətdən, nə də yüngül yeməklərdən birdəfəlik imtina doğru deyil”
Həmsöhbətimizin sözlərinə görə, bu ağırlığın qarşısını almaq üçün tərəvəzdən, göyərtidən hazırlanan qidalardan istifadə yaxşı olardı: “Elə insanlar var ki, hər gün evdə ət xörəyi bişməsə özlərini narahat hiss edirlər. Əslində qarışıq yeməklər daha yaxşı olardı. Yəni əgər 3 gün ət xörəyi yeyiriksə, bir dəfə də göyərtidən, tərəvəzdən hazırlanmış yeməklərdən, salatlardan istifadə yaxşı olardı”.

Fəsildən asılı olmayaraq, heyvan mənşəli yağların qanda xolesterolu artırdığını deyir Rafiq həkim: “Mən o fikirdəyəm ki, yemək çeşidi müxtəlif olmalıdır. Yəni nə ətdən, nə də yüngül yeməklərdən birdəfəlik imtina doğru olmazdı. Məsələn, elə turşular, zülallar var ki, yalnız ətdə, yumurtada olur. Ürək xəstələrinin özləri də yağdan istifadəni kəskin şəkildə azalda bilməzlər. Çünki bəzi vitaminlər məhz yağın tərkibində sovrulur”.

“Gün ərzində ancaq meyvə-tərəvəz yemək orqanizmi təmizləyir”
Tibb elmləri namizədi hər şəxsə “yükdən azad olma günləri” keçirməyi məsləhət görür. Bəs “yükdən azad olma günləri” nə deməkdir? R. Yusifli bununla bağlı sualımıza belə cavab verdi: “Bu, o anlama gəlir ki, həftənin hansısa bir günü xörəkdən imtina edirsən. Deyək ki, 2 kilo alma alırsan və gün ərzində ancaq alma yeyirsən. Yaxud bir günü “salat günü” elan edirsən və ancaq salat yeyirsən. Yayda gün ərzində təkcə qarpız yemək də çox xeyirlidir. Bunu edəndə insan orqanizmindəki artıq zülallar aradan qalxır və bədən təmizlənir. Hətta mən deyərdim ki, bu, insanın avtomobili yuduzdurmasına bənzəyir. Yuduzdurandan sonra maşın necə təmiz olursa, insan orqanizmi də elə təmizlənir”.

“Eyni qidalardan təkrar istifadə uşaqlarda qəribə bədən quruluşu formalaşdırır”
Kardioloq qışda qida seçiminin təkcə böyüklər üçün deyil, uşaqlar üçün də önəmli olduğunu vurğuladı: “Valideynlər uşaqlara çox vaxt eyni qidalar verirlər. Eyni qidalardan təkrar istifadə uşaqlarda qəribə bədən quruluşunun formalaşmasına gətirib çıxarır. Biz buna el arasında “lırt bədən” deyirik. Odur ki, qidalarda müxtəliflik prinsipi çox önəmlidir”.

“Həftədə ən azı 240-250 dəqiqə açıq havada gəzmək şərtdir”
Müsahibimiz insanların gündəlik qidalarının onların iş sisteminə uyğun tənzimlənməsinin tərəfdarıdır: “Bir insan bütün gün oturaq işdə işləyirsə, onun ağır qidalardan istifadəsi məsləhət deyil. İş vaxtı, heç olmasa, hər 2 saatdan bir masa arxasından qalxmaq, gəzişmək lazımdır. İşdən sonra isə gündə ən azı 40 dəqiqə, həftə ərzində isə 240-250 dəqiqə gəzmək yaxşı olardı. Bunlar olmayanda ürək sakit həyat tərzinə öyrəşir, köməkçi damarlar inkişafdan qalır. Bədən gücə düşəndə onların öz işlərini yerinə yetirə bilməməsi isə əksər hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır”.


Geri dön

_favorit_arkadas

  • 10 fevral 2012 17:59
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
Tewekkurler xeber ucun,cooooox beyendim...

--------------------

MaN_uNiTeD

  • 9 fevral 2012 10:17
  • Məqalə: 36
  • Şərh: 648
  • Bal:
{awards}
Eziyyete Gore Thanks

_NaZaN_

  • 9 fevral 2012 04:46
  • Məqalə: 0
  • Şərh: 227
  • Bal:
{awards}
tewekkurler..

V_I_P

  • 8 fevral 2012 19:15
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
et insana ziyandir cox yimeyin.. men yemirem wink

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

enigmatic_girl

  • 8 fevral 2012 19:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
et yemeyi sevmirem.. fellow

--------------------

generation

  • 8 fevral 2012 18:58
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 8 fevral 2012 18:56
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
NUS OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Dalga

  • 8 fevral 2012 18:44
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Melumat ucun cox sag ol

--------------------

★Miss Love★

  • 8 fevral 2012 17:35
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
elede cox isdifade elemirem xebere gore sagol smile

Ku-ku

  • 8 fevral 2012 16:59
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
et yeyendeyilem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 66
Cəmi: 90

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}