Pakistanın Kəraçi liman şəhərinin sahillərində balıqçılar nəhəng kit köpəkbalığı tapıblar.
12 metr uzunluğunda, 7 ton ağırlığında olan ölü balığı buxtaya gətirmək üçün balıqçılar xeyli çətinlik çəkiblər.
Sahil nəhəng balığa tamaşa etmək istəyən sakinlərlə dolub.
Ağır köpəkbalığı bir neçə kran və kəndirlərin köməyilə 4 saat davam edən əməliyyat nəticəsində sudan çıxarılıb.
Köpəkbalığı 1,7 milyon rupi, yəni təxminən 19 min dollara hərraca çıxarılıb.
Nəhəng köpəkbalığı Kəraçidəki hərrac zalında 3 gün nümayiş etdiriləcək.
Qeyd edək ki, kit köpəkbalığı dünyada ən böyük balıq hesab edilir və onun uzunluğu 20 metrə çata bilər.