Ərdoğan Əsədə ərəbcə səsləndi

 
Ərdoğan Əsədə ərəbcə səsləndi

“Nə əkərsən, onu da biçərsən; Tez, ya gec Homsun hesabı sorulacaq” Ərdoğan rəhbərlik etdiyi AK Partiyanın qrup toplantısında Suriyadakı vəziyyətə də toxunub və Bəşər Əsədə mesajlar yollayıb.
Ərdoğan Suriya diktatoruna ərəbcə səslənərək “Nə əkərsən, onu da biçərsən” deyib.
Baş nazir bildirib ki, tez, ya gec Homsda törədilən qırğının hesabı sorulacaq. “Bizim üçün Suriya sıradan bir qonşu, Suriya xalqı sıradan bir xalq deyil. Suriyanın hər kvadratmetrində bizim ortaq tariximizin izlərini görə bilərsiniz. Suriya xalqı bizim qardaşımızdır. Bu, tarixə qanla yazılmış bir qardaşlıqdır. Suriyada yaşananlara səssiz qala bilmərik. Suriya xalqına arxa çevirməyəcəyik. Biz öz xalqını qətl edən zalımların kürəyinə sığal çəkmərik.

Bəşər Əsəd, getdiyin yol yol deyil. Bu yol çıxılmaz dalandır. Daha çox qan axıtmadan, daha çox günahsız vətəndaşın canını almadan bu yoldan dönməni bir daha tövsiyə edirəm.
Biz Suriyada sülhün və sabitliyin bərqərar edilməsi üçün səy göstəririk. Suriya rəhbərliyinin deyil, xalqının yanında olan ölkələrlə əməkdaşlığa başlayacağıq. Bunun hazırlığını aparırıq. Ərəb Liqanın cəhdlərini dəstəkləməyə davam edəcəyik", - deyə Ərdoğan bildirib.


Geri dön

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 24
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}