Azərbaycanlı Maqnat Holdinqinin Qiymətini açıqladı

 
AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

Azərbaycanlı gəmiçilik maqnatı, dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “Palmali”nin sahibi Mübariz Mənsimov Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib. O, şirkətinin biznes fəaliyyətindən, Rusiyadakı seçkilərdən, Türkiyədə media biznesinə yatırım qoymasından və siyasi ambisiyalarının olub-olmamasından danışıb. Həmçinin azərbaycanlı milyarder sahibi olduğu şirkətlər qrupunun bazar qiymətini də açıqlayıb. M.Mənsimov deyib ki, onun şirkətinin biznes dövriyyəsi ötən il daha da artıb, şirkət neft məhsullarının daşınması həcmini 1.5 dəfə artıraraq 6.5 milyon tona çatdırıb.

Xatırladaq ki, “Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dənizlərdə yüklərin daşınması üzrə ixtisaslaşıb. O, ARDNŞ-in və Rusiyanın “LUKoyl” şirkətinin cənub istiqaməti üzrə baş daşımaçısıdır.
M.Mənsimov deyib ki, “Palmali”nin Rusiyada daşımaları da ötən il 15 faiz artıb. Ancaq bu artım əsasən Türkmənistan və Qazaxıstandan daşınan neftin hesabına baş verib. Rusiyanın daxili bazarında isə “Palmali”nin vəziyyəti stabildir. “Bizim ”LUKoyl" və “Russneft”lə uzunmüddətli müqavilələrimiz var. Ayda orta hesabla 250 min ton neft daşıyırıq. Lakin mən görürəm ki, Rusiyada donanmanın gücü çatandan çox yük potensialı var. Problem köhnələn gəmi donanmasındadır. Hansı ki, beş il əvvələ qədər neft şirkətləri onlardan istifadə etməyə hazır idi. Ancaq indi köhnə gəmilərlə yük daşımağa sifariş vermirlər və risk götürmək istəmirlər. Çünki başa düşürlər ki, 4 min ton yük daşıyan neft tankeri qəzaya uğrasa bunun nəticələri necə olacaq. Köhnə gəmilər tədricən “metallom”a gedir, ancaq yeni gəmilər də o qədər çox deyil. Ona görə də bazarda defisit yaranıb" deyə biznesmen bildirib.
M.Mənsimov qeyd edib ki, “Palmali” şirkətinin gəmilərinin böyük əksəriyyəti yenidir və şirkət bu gəmilərin sayını ilbəil artırır.
M.Mənsimov deyib ki, ötən il onlar Volqoqrad gəmi zavoduna 10 yeni tanker sifariş versələr də sifariş yerinə yetirilmədi və indi müqaviləni pozub “Krasnoe Sormovo” zavodu ilə yeni müqavilə bağlayacaqlar. “Palmali”nin tankerlərinin əksəriyyəti məhz bu zavodda yığılır. M.Mənsimov bildirib ki, bu zavodda yığılan tankerlərin biri onlara 19 milyon dollara başa gəlir. Türkiyə tərsanələrində isə belə gəmini 14 milyona sifariş vermək olar. Biznesmen “Palmali”nin gəmilərində işləyən dənizçilərin maaşları barədə də danışıb. Deyib ki, minimal maaş 2 min dollardan çoxdur. Gəmi kapitanları isə 3-4 min dollar alır. İritonnajlı tankerlərin kapitanlarının maaşları isə ayda 12-14 min dollara çatır.
Biznesmen deyib ki, “Palmali” şirkətlər qrupunun gəmiçilikdən başqa biznes-aviasiya, kommersiya təyinatlı daşınmaz əmlak, hotel biznesi və digər fəaliyyət sahələri də var: “Bizim Rusiyanın bir sıra regionlarında kommersiya təyinatlı daşınmaz əmlakımız var.
Hazırda Moskvada bir neçə hotel açmaq üçün danışıqlar aparırıq. Həmçinin bizim Türkiyə və Azərbaycanda beşulduzlu butik-otellərimiz var, təxminən 100 otaqdan ibarət”. M.Mənsimov üç il əvvəl hava yükdaşımaları biznesinə də girişdiyini, bir neçə yük təyyarəsi aldığını, lakin bu sahədən çəkildiyini də açıqlayıb: Bu bizim seqment deyil, mən bir daha bu sahəyə girmərəm. Məlum oldu ki, bu sahə çox korrupsiyalaşıb və ağırdır. Baxmayaraq ki, texniki baxımdan gəmiçilikdən daha asandır”. İş adamı son illər Türkiyədə bir neçə media-aktiv almasının səbəbləri barədə də danışıb. Deyib ki, bunda hansısa siyasi motivlər yoxdur. “Biz radiostansiya, telekanal almışıq, hazırda daha bir telekanal açırıq. ”Palmali"nin bzinesdən başqa heç bir ambisiyaları yoxdur. Şirkətin sahibi mənəm, mənim isə heç bir siyasi ambisiyam mövcud deyil, ona görə də bu aktivləri hansısa başqa məqsədlər üçün istifadə etmək marağı yoxdur" deyə, o bildirib.
M.Mənsimov deyib ki, son qiymətləndirmələrə görə, onun şirkətlər qrupunun bazar qiyməti 6-7 milyard dollar arasında dəyişir. O, Rusiyadakı siyasi vəziyyət və biznes mühiti barədə də sualı cavablandırıb. Deyib ki, ötən ilin dekabrında keçirilən Duma seçkilərini tam demokratik sayır: “Hakim partiyanın dəstəyi azalıb, lakin əvvəlki kimi çoxluğa sahibdir. Seçkilərdən sonra insanların küçələrə çıxıb öz mövqelərini ifadə etməsi də normaldır. Hər kəsin buna haqqı var. 2000-ci ildən sonra Rusiyada yaranan sistem Avropa ölkələrindən fərqli olaraq onun stabil olmasına imkan verir. Mən bu gün Rusiyada biznesimi sıfırdan qura bilərəm. Bütün mürəkkəbliklərə baxmayaraq, şərtlər əvvəlkindən daha yaxşıdır”.


Geri dön

B_A_H_A_R

  • 9 fevral 2012 14:27
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
EZIYYETE GORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

★Adriana★

  • 9 fevral 2012 12:44
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

NeMo19

  • 9 fevral 2012 12:06
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
xebere gore tsk

--------------------
ona verdiyin deyeri seni vermiyenle dost olma MEHEMMED PEYGEMBER S.A.A.S.

generation

  • 9 fevral 2012 12:03
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

tek dileyim

  • 9 fevral 2012 09:49
  • Məqalə: 36
  • Şərh: 510
  • Bal:
{awards}
6-7 milyard??? belay

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

MaN_uNiTeD

  • 9 fevral 2012 09:27
  • Məqalə: 36
  • Şərh: 635
  • Bal:
{awards}
xebere gore tesekkurler

™AYRILIQ™

  • 9 fevral 2012 09:21
  • Məqalə: 3
  • Şərh: 32
  • Bal:
{awards}
xebere gore twk

--------------------
♥ Dünyada 2 renk gül olsun, biri kırmızı diğeri beyaz. Sen beni unutursan kırmızılar solsun, ben seni unutursam beyazlar kefenim olsun…

.♣.Chrysalis.♣.

  • 9 fevral 2012 05:34
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
MARAQLİ XEBER İDİ TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

gul_93

  • 9 fevral 2012 00:52
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
M.Mənsimov deyib ki, son qiymətləndirmələrə görə, onun şirkətlər qrupunun bazar qiyməti 6-7 milyard dollar arasında dəyişir.

sensiz_seni

  • 8 fevral 2012 23:11
  • Məqalə: 11
  • Şərh: 417
  • Bal:
{awards}
twk........................................... smile

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

KaYfA_SuRgUn

  • 8 fevral 2012 22:59
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

_YALNIZ SENINEM_

  • 8 fevral 2012 22:57
  • Məqalə: 15
  • Şərh: 171
  • Bal:
{awards}
oxumadim coxdu sebrim catmadi....

--------------------
Men hele yoldayam...2012-ci kucenin 20-ci dongesindeyem...Bezen kederlerin,bezen sevinclerin,xeyallarin kolgesindeyem...Kiminse SeVGisindeyem...amma...Daim seninleyem...Fikirlerim kuecelerde,kuceler illerde...

RoMaNTiK SerSeRi

  • 8 fevral 2012 22:46
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
OXUMAGA AXOT OXDUYEE KIM OXUDUSA QIYMETINI YAZSINDAAA;)))

OXUMAGA AXOT OXDUYEE KIM OXUDUSA QIYMETINI YAZSINDAAA;)))

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

enigmatic_girl

  • 8 fevral 2012 22:46
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
oxumadim coxdu sebrim catmadi....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 77

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}