(Məad) - Sirat körpüsü və əməl tərəzisi

 
(Məad) - Sirat körpüsü və əməl tərəzisi

Sirat körpüsü və əməl tərəzisi
Biz Qiyamət günündə Sirat körpüsünün və əməl tərəzisinin olacağına inanırıq.
Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qur`ani-kərim: “Sizin hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (Nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!” (Məryəm, 71-72) Sirat körpüsündən keçmək olduqca çətin və çox xətərlidir. Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır. Məşhur bir hədisdə oxuyuruq: “Bəzi insanlar bu körpüdən ildırım kimi keçib gedərlər. Bəzi şəxslər isə sürətli atlar kimi, bir dəstə insanlar isə diz-dizi (iməkləyərək) Sirat körpüsündə irəliləyərlər. Bir qrup insanlar piyada kimi gedərlər. Digərləri isə Siratdan asılı olan halda onu keçmək istəyər və cəhənnəm alovu onları yalayaraq, bəzi bədən üzvlərini ağzına alar!” (Bu hədis azacıq fərqlə Şiə və Sünnünün tanınmış mənbələrində, məs, Kənzul-ummal; hədis 39036, Qurtubi; c. 6; səh. 175, Məryəm surəsinin şərhi, Şeyx Səduqun “Əl-amali) kitabında bu hədisi İmam Sadiq (ə)-dan rəvayət edir. Və həmçinin Səhihi Buxari “Əs-sirati cisri cəhənnəm”, c. 8, s. 146)
Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: “Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!” Yaxud "Qariə" surəsinin 6-9-cu ayələrində buyurulur; “Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!”
Bəli, bizim etiqadımıza əsasən Qiyamət günündə ancaq insanların yaxşı əməlləri onlara nicat verəcəkdir. Heç bir kəsin istəyi, arzusu və xəyalları onu, cəhənnəm əzabından qurtara bilməz. Hər kəsin aqibəti öz əməllərinə bağlıdır. Yalnız təqva və paklıq insana nicat bağışlayacaqdır. Qur`ani-kərim buyurur: “Hər kəs (in aqibəti) öz əməllərinə bağlıdır!” (Muddəsir, 38)
Bütün bunlar “Sirat” və “Tərəzi” barəsində kiçik bir şərhlər idi. Əvvəldə işarə etdiyimiz kimi, Qiyamət gününün bəzi xırdalıqları bizə aydın olmasa da, onun yaşadığımız dünyadan daha üstün və təsəvvür edilməz olduğunu bilirik. Qiyamət günün bütün həqiqətləri bizim maddi dünyamızın xəyallarından daha ucadır.


Geri dön

enigmatic_girl

  • 11 fevral 2012 19:19
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Sirat körpüsü və əməl tərəzisi..... feel

--------------------

nar_18

  • 9 fevral 2012 20:12
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur edirem xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 9 fevral 2012 18:52
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

RoMaNTiK SerSeRi

  • 9 fevral 2012 18:34
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN............!

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

APPLY

  • 9 fevral 2012 18:06
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
{awards}

Allah razi olsun

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

Ku-ku

  • 9 fevral 2012 17:15
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

generation

  • 9 fevral 2012 16:32
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}