İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (1-ci hissə)

 
İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (1-ci hissə)

Məhdi ibn Həsən Əskəri hicrətin 255-ci ili şaban ayının 15-də Samirra şəhərində anadan olmuşdur.

Onun adı İslam Peyğəmbərinin adından, yəni, M.U.H.Ə.M.M.Ə.D, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir. Ən məşhur ləqəbi Məhdidir. Atası on birinci Həsən Əskəri , anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki,ailəsinin fəzilətli qadınlarından biri olan Əliyyən-Nəqinin bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

Həzrət Məhdi iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

Həzrət Məhdi Əhli Sünnə və Şiə məzhəblərincə gəbul edilmesinə baxmayaraq,onun haqqinda hər iki tərəf fərgli düşünür.

Əskərinin həyatından danışarkən geniş məlumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (m Əskərinin ) oğlunu ələ keçirib öldürmək məqsədilə Əskərinin evini ciddi nəzarət altında saxladığından,Məhdinin anadan olması Əskərinin qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mötəbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş Əskərinin bibisi Həkimə xanım vermişdir.

İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və səlləm) və həmçinin, digər məsum İmamlar Həzrət Məhdinin anadan olması, qeybə çəkilməsi, zühur edərək cahanşümul qiyamı və sair xüsusiyyətləri barədə çoxlu hədislər buyurmuşlar. Hələ Məhdi dünyaya gəlməzdən neçə il əvvəl onun Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ailəsindən, Fatimə övladlarından və Hüseynin nəslindən olacağı, öz cahanşümul qiyamı ilə bütün dünyada haqq-ədalət bərpa edəcəyi barədə xəbər verilmişdir. Bu barədə Peyğəmbər (səlləllahu əleyhi və səlləm) və İmamlardan söylənilmiş rəvayətlərin sayı həddən artıq çoxdur. Belə ki, İslami mövzular sahəsində çox az məsələ barədə bu qədər rəvayət söylənilmişdir. İndi isə biz ilk növbədə Həzrət Məhdi barədə İmamların buyurduğu hədisləri və eləcə də, şiə alimlərinin bu sahədə yazdığı kitabların adını qeyd edəcək.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, İmamların hər birinin dövrünün özünəməxsus xüsusiyyətləri olmasına və İmamların diqqətinin əsasən, həmin xüsusiyyətlərə cəlb olunmasına baxmayaraq Həzrət Məhdinin məsələsi daima onların nəzərində olmuş və onlar yeri gəldikcə bu məsələyə toxunmuşlar. İmamların bu məsələ barədə buyurduğu hədislərin qısaca siyahısını qeyd edirik:

1)Əli – 51 hədis;

2)Həsən – 5 hədis;

3)Hüseyn – 14 hədis;

4)Zeynül-abidin – 11 hədis;

5)Baqir – 63 hədis;

6)Sadiq – 124 hədis;

7)Museyi-Kazim – 6 hədis;

8)Riza – 19 hədis;

9)Cavad – 6 hədis;

10)Əliyyən-Nəqi – 6 hədis;

11)Əskəri – 22 hədis.


Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdinin (ə) atasının adı Abdullah qeyd edilmişdir.1 Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) aşağıdakı ifadəsi qeyd olunmuşdur: "Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq... Əldə olan faktlar göstərir ki,"atasının adı da mənim atamın adından olacaqdır ifadəsi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) cümləsinə əlavə etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) isə yalnız "onun adı mənim adımdan olacaqdır - deyə buyurmuşdur.

Hafiz Gənci Şafei bu barədə deyir: "Tirmizi bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir. Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnədində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir. Sonra Gənci əlavə edib deyir: "Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym "Mənaqibül-Məhdi kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz.

İbn Xəldun və Məhdi (ə) haqqında nəql olunmuş rəvayətlər Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (ə) barədə deyilmiş rəvayətləri qəbul etdiyi mə᾽lum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (ə) Məhdinin arxasında namaz qılacaq...

Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzaz, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (ə) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (ə), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tədildən irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan düşür...

Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bəzilərini etibar oluna bilməyən hesab etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (ə) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.

Bu, İbn Xəldunun Məhdi (ə) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi.

Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər. İndi nümunə üçün Mədinə Universitetinin rektoru Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu qeyd edirik.

O, "Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir:

a) Əgər Məhdi (ə) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı "Əl-Müqəddimə kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O,hədisçilərin hədis elmində "cərh tədildən üstündür demələrindən məqsədin nə olduğunu heç anlamamışdır.

b) İbn Xəldun "Əl-Müqəddimədə Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən mütləq, bir nəfər zühur edəcək...

Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına etiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu,araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Quran və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir.

v) İbn Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməzdən qabaq deyir: "İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik. Hədisləri qeyd etdikdən sonra deyir: "Budur,hədisçilərin Məhdi (ə) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər. Başqa bir yerdə isə deyir: "Hədisçilərin Məhdi (ə) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik. Halbuki, o, Məhdi (ə) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin "Əl-Ürfül-virdi fi-əxbaril Məhdi kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin "Əl-Minarül-münəyyif adlı kitabında mötəbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır.

q) İbn Xəldun bu hədislərin bəzisini qeyd etmiş, onların bəzilərinin sənədini ravilərinə görə etibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar.

d) İbn Xəldun özü etiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.

Məhdi əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər İslam tarixinə nəzər saldıqda, məlum olur ki, tarix boyu bir sıra məqam və mənfəət ardınca olan şəxslər Məhdilik iddiası edərək özlərini Məhdi adlandırmış, ya da bir dəstə avam insan kimlərisə Məhdi hesab etmişlər. Bu hərəkət göstərir ki, "Məhdi məsələsi və qeybi bir nicat verənin zühuruna inam müsəlmanlar arasında qəti məsələlərdən biri olmuşdur. Məhdilik iddiası etmiş şəxslərin də adı, ya bəzi xüsusiyyətləri o Həzrətlə uyğun gəldiyindən onlar bu məsələdən istifadə edib özlərini Məhdi adlandırmışlar. Əlbəttə, onlardan bəziləri heç də özləri belə bir iddia etməmiş, lakin bir dəstə avam insan ya nadanlıq üzündən, ya hakim dairələrin son dərəcə zülmü nəticəsində, ya Məhdinin (ə) zühurunda tələsmələrinə görə, ya da başqa səbəblər üzündən Həzrət Məhdinin (ə) nişanələrinin hamısına fikir vermədən səhvə yol verərək onları Məhdi hesab etmişdir. Məsələn, müsəlmanlardan bir dəstəsi Məhəmməd ibn Hənəfiyyəni Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) eyniadlı və eynikünyəli olduğuna görə Məhdi hesab etmiş və belə fikirləşiblər ki, o ölməyib qeybə çəkilmiş, sonradan zühur edərək dünyanın hakimi olacaqdır. İsmailiyyə firqəsinin bir dəstəsi bu əqidədə olmuşdur ki, İmam Sadiqin (ə) oğlu İsmayıl ölməmiş, onun ölümü məsləhət üzündən e᾽lan olmuş, o, elə vəd olunmuş Məhdidir və ölümündən qabaq qiyam edərək bütün dünyaya hakim olacaq. Abdullah ibn Həsənin oğlu Nəfsi-Zəkiyyə ləqəbi ilə məşhur olmuş Məhəmməd, Abbasi xəlifəsi Mənsur Dəvaniqinin hakimiyyəti dövründə qiyam etmiş, adının Məhəmməd olmasına görə atası onun Məhdi olduğunu iddia etmiş və bu yolla oğlu üçün çoxlu tərəfdar toplamışdı. Nəfsi-Zəkiyyənin qiyamı zamanı Mədinənin fəqih və abidlərindən olan Məhəmməd ibn Əclan onu himayə edirdi. Nəfsi-Zəkiyyə məğlub olaraq öldürüldükdən sonra Mədinə hakimi Cəfər ibn Süleyman Məhəmməd ibn Əclanı çağırtdırıb ona deyir: "Nəyə görə o yalançını himayə edirdin? Sonra da onun əlini kəsdirmişdir. Məclisdə hazır olan Mədinə əyan-əşrafı Cəfər ibn Süleymandan Məhəmməd ibn Əclanın əfv olunmasını istəyərək deyir: "Ya Əmirəl-möminin! Məhəmməd ibn Əclan Mədinənin fəqih və abidlərindəndir, bu işdə səhvə yol vermiş və Nəfsi-Zəkiyyəni rəvayətlərdə gəlmiş Məhdi ilə oxşadıb qarışıq salmışdır.

Bu hadisədən eynilə Mədinənin böyük hədisçi və alimlərindən olmuş Abdullah ibn Cəfərin də başına gəlmiş və o da Mədinə hakiminin cavabında demişdi: "Mənim Məhəmməd ibn Abdullah (Nəfsi-Zəkiyyə) ilə həmkarlıq etməyimin səbəbi onun rəvayətlərdə vəd olunmuş Məhdi olduğuna inamım olmuşdur. O ölənə qədər bu məsələ barədə heç bir şübhə etmirdim, lakin o öldükdən sonra bildim ki, o, Məhdi deyil. Bundan sonra heç kimin hiyləsinə aldanmaram.

Əsl adı Abdullah və oğlunun adı Məhəmməd olan xəlifə Mənsur isə öz oğluna Məhdi ləqəbi qoyub iddia edirdi ki, vəd olunmuş Məhdi Nəfsi-Zəkiyyə deyil, məhz mənim oğlumdur.

Tarixə nəzər saldıqda bəzi firqələrin keçmiş İmamlardan bəzilərinin Məhdi olması haqda əqidəsini də müşahidə edirik. Məsələn, Navusiyyə firqəsi İmam Sadiqi (ə) Məhdi, sağ və qeybə çəkilmiş İmam kimi tanıyırdı. Vaqifiyyə məzhəbi isə eynilə bu əqidəni İmam Museyi-Kazimə (ə) aid edirdi. Onlar belə güman edirdilər ki, İmam Kazim (ə) dünyanın Şərq və Qərbini tutmayınca, dünya zülmlə dolduğu kimi ədaləti bərpa etməyincə ölməyəcək. Onların fikrincə vəd edilmş Məhdi elə İmam Kazim (ə) olmuşdur. Nəhayət, bəziləri də İmam Əskərinin (ə) vəfatından sonra onun ölməsini inkar edərək demişlər ki, o, diridir və qeybə çəkilmişdir. Məhdi onun özüdür.

Bunlar Həzrət Məhdi əleyhissəlama inamın həm Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dövründə, həm də ondan sonra olmasını təsdiqləyən nümunələrdir. Bu hadisələr göstərir ki, İslam ümməti daima qiyam edərək zülmə qarşı mübarizə edəcək və dünyada ədalət bayrağı dalğalandıracaq bir şəxsin intizarında olmuşdur. Təbii məsələdir ki, tarix boyu bəzi şəxslərin məhdilik mövzusundan istifadə edərək özlərini Məhdi adlandırması bu məsələnin əsl mahiyyətini inkar edə bilməz. Çünki əsrlər boyu bir çox həqiqətlərdən kimlərsə mənfi istifadə etmişdir. Dünyada Allahlıq, peyğəmbərlik, yaxud başqa mənəvi məqamlar iddiasında olanlar da az olmamışdır. Yalançı dinlərin də sayı az deyil. Ancaq bunlar heç vaxt Allahı, yaxud peyğəmbərliyi inkar etmək üçün kiməsə sübut ola bilməz. Hal-hazırda bəziləri elm, texnika və sənayedən bəşəriyyətə zidd olan işlər məqsədilə istifadə edirlər, ancaq bu, heç də bizə elm, texnika və sənayenin əsl mahiyyətini inkar etməyə əsas vermir.

Qurani-Kərim Həzrət Məhdinin (ə) zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü qeyd edirik.

( Ardı var........)


Geri dön

enigmatic_girl

  • 11 fevral 2012 19:18
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Eline saglik.....

--------------------

seadet iwigi

  • 10 fevral 2012 11:33
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
inwaALLAH,MEHDI eccelellahul teale ferecehuw werif zuhurunun elametinden en boyuyu onun adi ile REMAZAN ayinin 23 de ewidilecek semavi nidadir,bu nidadan sonra MEHDI (e) oz komekcileri ve havadarlari ile gizli rabite berqerar edecek.Ozunun muqeddes herekatini MEHERREM ayinin 10 cu gecesi.xuften namazindan sonra MEKKE hereminden bawlayacaq,camaat qarwisinda ilk cixiwini soyleyecekdir.....
bu da menden kicik elave.....

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

★Miss Love★

  • 10 fevral 2012 00:06
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xeber idi sagol smile

★Adriana★

  • 9 fevral 2012 20:35
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

generation

  • 9 fevral 2012 20:31
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

✿Victoria✿

  • 9 fevral 2012 20:01
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

TESEKKURLER

--------------------

RoMaNTiK SerSeRi

  • 9 fevral 2012 19:39
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..........................

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

✰GlaMurKa✰

  • 9 fevral 2012 19:32
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun yariya qeder oxudum coxxxxxx sag olunnn

B_A_H_A_R

  • 9 fevral 2012 19:30
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}