İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

 
İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

Lakin Şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan "İmaməti həmişə qoruyub saxlayan yeganə məzhəbdir.

1) "Biz kitabdan [Tövratdan, yaxud lövhi-məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.

Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş "zikr (kitab) sözü əslində "nəyisə xatırlamaq mənasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki "zikr (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: "O, [Quran] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir [öyüd-nəsihətdir].” Belə olduqda isə ayənin mənası "Biz kitabdan [Tövratdan] sonra Zəburda da...” yox, "Biz kitabdan [Qurandan] əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” olur.

Mərhum Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. Bu ayənin təfsiri barədə İmam Baqirdən (ə) rəvayət olunmuşdur ki, ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət Məhdinin (ə) dünyanın axırında olacaq tərəfdarlarıdır.

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

Quranın görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: "Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə dolduracağına qədər uzadar.”

Quranın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın "Əhdi-qədim” hissəsində yer tapmış "Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: "...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: "...Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məlunların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”

2) "Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib]mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

"Məhdi (ə) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (ə) Məhdinin (ə) qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.

Ələvilərdən olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy "Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.

3) "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla [arxayınçılıqla]əvəz edəcəyini vəd buyurmuşdur.”

Mərhum Təbərsi bu ayənin təfsirində deyir: "Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Məhdi (ə) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: "And olsun Allaha ki,onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada haqq-ədaləti bərpa edəcək” - deyə buyurmuşdur.”

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

Təbərsi daha sonra əlavə edib deyir: "Bu məna qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (ə) və İmam Sadiqdən (ə) da rəvayət olunmuşdur.”

İmamın qeyb dövründə olmasının faydaları İndi ki, Həzrət Məhdi (ə) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz lap yerinə düşər. Sual budur ki, İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?

Nəzərə almaq lazımdır ki, İmamın qeybdə olması heç də o demək deyildir ki, o Həzrətin vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında, cəmiyyət içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə. Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır. İmam Sadiq (ə) buyurardı ki, camaat öz İmamını itirəcək, o, həcc mövsümü zamanı ziyarətə gələrək camaatı görər, camaat isə onu görməz.

Gizli Günəş Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki, hətta Həzrət Məhdi (ə) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), istərsə də İmamlar Həzrət Məhdi (ə) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

1)İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) "Şiələr Həzrət Məhdinin (ə) qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: "Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki,günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.”

2)İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (ə) buyurur: "Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”

3)Həzrət Məhdinin (ə) özü də bu məsələ üzərində çox təkid etmişdir. O Həzrət İshaq ibn Yəqubun yazdığı suala cavab verərək buyurmuşdur: "Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.” Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə verməsi,güllərin açılması kimi işlərdə təsiri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mənəvi şüasının da bir sıra təsirləri vardır ki, təlim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin təsirlərdən bir neçəsini qısaca olaraq qeyd edirik.

1. Dünyanın döyünən ürəyi İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi, dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o, dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiqin (ə) dili ilə desək "Əgər yer üzü (bir an) İmamsız qalsa, öz sakinlərini kamına çəkər.” İmam Zeynül-abidin (ə) buyurmuşdur: "Bizə görə Allah-taala asimanı yerə gəlməkdən, yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq Öz rəhmətini yayır və yerdə olan nemətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa, yer öz sakinlərini kamına çəkər.”

2. Allah dinini qorumaq Əmirəl-möminin Həzrət Əli (ə) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: "İlahi, həqiqətən də belədir, yer üzü heç vaxt zühur edəcək və Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, açıq-aşkar İlahi sübutlar itib batmasın...”

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi təlimlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bəzi təhriflərə məruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan, yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi təlimləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir. Hafiz ibn Həcər Əsqəlani "Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdinin (ə) zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: "Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki, yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır.”

3. Ümid vermək

İmam Mehdi (ə) haqda bildiklərimiz və bilmədiklərimiz (2-ci hissə)

Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq səy göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz təsirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: "Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa (ə) ilə qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (ə) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa (ə) ilə sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (s) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (s) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan "İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”


Geri dön

enigmatic_girl

  • 11 fevral 2012 19:41
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
ALLAH RAZI OLSUN....

--------------------

PrOsTo_PsIxX_EmO

  • 11 fevral 2012 12:41
  • Məqalə: 5
  • Şərh: 165
  • Bal:
{awards}
tewweykurler xebere goree yaxwidii

--------------------
EmO_DaRk

faithful

  • 10 fevral 2012 16:29
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun

★Adriana★

  • 10 fevral 2012 14:39
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

seadet iwigi

  • 10 fevral 2012 11:22
  • Məqalə: 4
  • Şərh: 622
  • Bal:
{awards}
noqtesine,vergulunedek oxudum,ALLAH t.t bu gune xatir sene CENNET nemetini daddirsin,seni EHLI BEYTLE (e)mewhur etsin,inwaALLAH AQAMIZ (e.f)naimlerinden qerar versin,AMIN,REBBIL ALEMIN...

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

ceko_1990

  • 10 fevral 2012 10:59
  • Məqalə: 0
  • Şərh: 220
  • Bal:
{awards}
oxumadim ama tewekuur ediremm

--------------------
♥●•٠·˙˙♔♥♥Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.♥●•٠·˙♔♥♥˙۩۞۩ ۩۞۩ ۩۞۩ ۩۞۩

Ku-ku

  • 10 fevral 2012 09:57
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
kop eledim evde oxuyacam tewekkurler

--------------------

Greta Alfier

  • 10 fevral 2012 01:21
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Allah razi olsun cox gozel

:..GIZEMLI..:

  • 10 fevral 2012 00:33
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
Cox sagolun Allah razi olsun Oxuyuram yavaw-yavaw..Minnetdaram.

azad salehi

  • 10 fevral 2012 00:23
  • Məqalə: 0
  • Şərh: 76
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SENDEN

--------------------
MEN GOZEL VUCUDU OLAN MUHAMMED (S.A.V) PEYGEMBERIN UMMETINDENEM


MEN ALLAHIN ASLANI OLAN HEZRET ELI (e)-in ASHIQIYEM

MEN ZEHRA (s.e) BALASI OLAN HEZRET HUSEYIN EZADARIYAM

MEN AGAMIZ OLAN IMAM MEHDI SAHIBEZZAMANIN NOKERIYEM

★Miss Love★

  • 9 fevral 2012 23:22
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
xebere gore sagol,allah razi olsun smile

YaĞMuR DaMLaSı

  • 9 fevral 2012 22:49
  • Məqalə: 3
  • Şərh: 40
  • Bal:
{awards}
Xebere göre tesekkurler

--------------------
Menim istediyimi ALLAH istemirse movzu baglanmisdir...

kuku1999

  • 9 fevral 2012 22:45
  • Məqalə: 19
  • Şərh: 411
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

KaYfA_SuRgUn

  • 9 fevral 2012 22:35
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!

--------------------

_TUNAR_MAMEDOV_

  • 9 fevral 2012 22:24
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN... (save etdim INSHALLAH oxuyacam )

--------------------

generation

  • 9 fevral 2012 21:49
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Shawn Michaels-4
Alexandra Parakhina-2
Dima Kedik-3

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

C.I

  • 9 fevral 2012 21:42
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
twk................//////

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}