Davud Peyğəmbər (ə)

 
Davud Peyğəmbər (ə)

Talut dünyadan köçdükdən sonra Davud padşahlığa çatdı. Padşahlıq məqamı onu məğrur etmədi. O verdiyi nemətinə görə Allaha şükr edirdi. Allah-təala Tövratdan sonra Davud üçün Zəburu göndərdi. Ona çox işlər öyrətdi. Quşların dilini tə’lim verdi. Ona gözəl və ürəkoxşayan səs əta etdi. Davudun səsini eşidən zaman insanların ürəklərində iman güclənirdi. Səsi ürək açır və çaydan axan suyun səsinə oxşayırdı; axar suyun şır-şır səsinə, bahar çağı quşların könül oxşayan səslərinə.

Allah-təala dəmiri onun üçün yumşaltdı. Möhkəm dəmir Davudun əlində yumşaldı. Davud dəmirdən Allah yolunda mübarizlər üçün zireh düzəldirdi.

O böyük insan at yetişdirməyə də böyük əhəmiyyət verirdi. Çünki, atlar güclü silah sayılır və at minənlər Allah yolunda mübarizə edirdilər. Davud hər dəfə Zəbur oxuyanda quşlar onu müşayiət edir və Allahı zikr edirdilər. Dağlar da belə edirdi.

O, adil hökmran idi. Camaat arasında Allahın dininə uyğun şəkildə hakimlik edirdi. Hər bir məzlum öz insaniyyət haqqını kamil surətdə alırdı. Ona görə də camaat səadət və xoşbəxtlikdə yaşayırdılar.

Davud gecənin üçdə birini Allaha ibadətlə keçirirdi. O, Allahı sevirdi. Allah-təala da onu sevirdi. O, oruc tutur, daim Allahı yad edirdi. Səhər yuxudan oyandıqda Allaha zikr və təsbeh deyirdi. Dağlar onun zikrini təkrar edirdi. Davud qüdrətli bir dövlət yaratdı; Allaha və onun ayininə iman gətirənlər üçün bir dövlət. Davud həm başçı oldu, həm də peyğəmbər.

O, vaxtını dəqiq müəyyən etmiş, həyat və yaşayışını nizam-intizam üzrə qurmuşdu. Həzrət Davud (ə) öz vaxtını dörd hissəyə bölmüşdü: Bir hissəsini şəxsi işlərini yerinə yetirmək üçün, bir hissəsini ibadət üçün, bir hissəsini camaatın ziddiyyətli məsələlərini həll etmək üçün və bir hissəsini isə övladlarını tərbiyə etmək üçün ayırmışdı.

Davud öz sarayında yaşayırdı. Qapının önündə mühafizəçilər dayanmışdılar. İbadət vaxtı heç kəsə onun ibadət yerinə girməsi üçün icazə vermirdilər. Davud ibadət mehrabında oturduğu zaman birdən onun qarşısında iki kişi göründü. O, qorxdu. Çünki, o iki nəfər onlara aid olmayan bir vaxtda onun yanına gəlmişdilər.

Onların biri Davuda dedi:

-Qorxma! Bizim sənə ziyan vurmaq niyyətimiz yoxdur. Gəlmişik ki, bizim aramızda olan mübahisəli məsələ barəsində hakimlik edəsən. Davud arxayın olduqdan sonra onlardan soruşdu:

-Sizin ixtilafınız nədədir?

Onların biri dedi:

-Bu adam mənim qardaşımdır. Bunun doxsan doqquz baş camışı vardır. Mənimsə təkcə bir camış var. Amma, bu, mənim bir baş camışıma göz tikib. Bununla belə onun sübutu güclüdür.

Davud çox təsirləndi. Qəzəb və narahatlıqla dedi:

-Qardaşın sənə zülm etmişdir. Onun doxsan doqquz baş camışdan ibarət sürüsü olduğu halda sənin bir baş camışını da almaq istəyir.

Davud hökm verməyə tələsdi. O biri tərəfin sübutunu soruşmadı. O, hər iki tərəfdən məsələni soruşmalı idi.

Birdən onların hər ikisi gözdən itdi. Davud öz səhvini anladı. Həqiqətdə bu, Allahın Davud üçün bir imtahanı idi. O, ixtilafı olan hər iki tərəfin sözlərini eşitməli idi. Davud bildi ki, Allah onu imtahana çəkmişdir. Ona görə də hökmü çıxarmaqda tələsdiyinə görə Allahdan bağışlanmaq istədi.


Geri dön

enigmatic_girl

  • 11 fevral 2012 19:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Maraqli idi tesekkurler....

--------------------

★Miss Love★

  • 10 fevral 2012 00:00
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere gore allah razi olsun

KaYfA_SuRgUn

  • 9 fevral 2012 23:14
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

★Adriana★

  • 9 fevral 2012 20:34
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

✿Victoria✿

  • 9 fevral 2012 19:57
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

B_A_H_A_R

  • 9 fevral 2012 19:51
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR ALLAH RAZI OLSUN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

RoMaNTiK SerSeRi

  • 9 fevral 2012 19:42
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......................................

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 57

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}