Gözlərin şərəfinə bir tuş

 
Gözlərin şərəfinə bir tuş

Tuş seçimi çox ciddi məsələdir, ilk növbədə, tuş keyfiyyətli olmalıdır ki, gözlərə mənfi təsir göstərməsin. Tuşu düzgün seçməyin bir neçə qaydası var. Birincisi, qablaşdırmaya fikir verin. Qabda tuşun növü, ölkə və istehsalçının adı, həmçinin hazırlanma müddəti və tərkibi göstərilməlidir. Yaxşı olar ki, tuşu vitrindən almayasınız. Çünki ola bilsin onu kimsə açıb yoxlayıb. Sonra tuşun fırçasını çıxararaq rənginə və iyinə fikir verin. Yaxşı tuşdan ətir gəlmir və ya çox az şirin iy gəlir. Tərkibinə görə tuş kremə bənzəməlidir. Əgər o, həddindən artıq duru və ya qatıdırsa, deməli saxlama şəraitinə düzgün əməl olunmayıb. Tuşun keyfiyyətinə tam əmin olmaq üçün fırçanı ovcunuza sürtün: əgər xətt hamardırsa, topalar əmələ gəlmirsə, deməli, ondan rahat istifadə edə bilərsiniz.

Ən ideal tuş rəngi
Özünüzə və məkana yaraşan ideal rəngi seçin.
Qara tuş klassikadır. Onu hər gün istifadə etmək olar. Eləcə də qara tuş ziyafət makiyajının ayrılmaz hissəsidir. Həmçinin üst kirpiklərə qara, alt tərəfə isə gözünüzün rənginə uyğun tuş vura bilərsiniz.

Əgər siz sarışınsınızsa, qaşlarınız və kirpikləriniz açıq rəngdədirsə, tünd-qəhvəyi tuşdan istifadə edin. Belə tuş daha təbii görünəcək.

Əgər saçınız qaradırsa, onda qara-göy tuş seçə bilərsiniz. Məhz qara-göy, sadə göy yox. Belə ki, gündəlik həyatda göy tuş bayağı görünür. Onu ziyafətlərə vurmaq məsləhətdir.

Tuşun növləri:
Uzadan, həcm verən, suyadavamlı
Tuşlar həm tərkibinə, həm də fırçanın formasına görə fərqli olur.


1. Uzadan tuşun məqsədi adından da məlumdur. Onun tərkibinə kirpikləri daha uzun edən xüsusi liflər (ipək və neylondan) daxildir. Çox zaman belə tuş ikili qutuda satılır - ağ kreməbənzər kütlə kirpikləri uzadır, ikinci tərəf isə rəngləyir. Belə tuşu çox vurmaq olmaz, yoxsa kirpikləriniz elə uzanar ki, gözlərinizi açmaq çətinləşər.

2. Həcm verən tuş gözlərin ifadəliliyini artırır, kirpikləri sıxlaşdırır. Bu effekt mum sayəsində əldə olunur. Mum kirpikləri hər tərəfdən əhatə edir. Belə tuşun fırçası hamar tüklü olmalıdır. Bəzi kompaniyalar qaba əlavə fırça da qoyurlar ki, kirpiklərə daha yaxşı forma vermək mümkün olsun.

3. Suyadavamlı tuş rütubətli hava üçündür. Belə ki, tərkibindəki qatran onu rütubətdən şişməyə qoymur. Belə tuş çox zaman allergik reaksiya verir, ona görə ondan müstəsna hallarda istifadə etmək lazımdır. Əgər qutunun üzərində "moisture-proof" yazılarsa, belə tuşu hovuza, saunaya rahat vura bilərsiniz, çünki bu tuş istənilən rütubətə tab gətirəcək. Amma onu silmək üçün xüsusi vasitələr tələb olunacaq.


Tuşun tərkibi sabun, rəngləyici piqment, su, donuz pəyəsi və s-dən ibarətdir.


Geri dön

_RONALDO_

  • 8 mart 2011 23:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Tşk maraqlıdı

--------------------

Irane

  • 7 yanvar 2011 13:55
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

Azeri_Gozeli

  • 1 noyabr 2010 23:05
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Ulya,
♥Princess♥,
ruslan_9999,
sevgi yalandir,
love

--------------------

Ulya

  • 1 noyabr 2010 15:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore tesekkurler

ruslan_9999

  • 28 oktyabr 2010 22:14
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
ооооооооо какие глазчики проста супер

--------------------
ruslan

sevgi yalandir

  • 28 oktyabr 2010 19:32
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}