Qadın kişini sevəndə David Lemanın əsəri

 
Qadın kişini sevəndə David Lemanın əsəri

Qadın kişini sevəndə

Qadın Marqarita deyərkən, daykirini nəzərdə tutur. Qadın "xəyalpərəst" dediyi zaman, "dəyişkənliyi" nəzərdə tutur. Və o, "Heç vaxt səni dindirməyəcəm" deyəndə, "Mən qəmli halda pəncərənin qarşısında dayananda, arxandan qollarını belimə dola" demək istəyir.

Kişi bunu bilməlidir.

Kişi qadını sevdiyi zaman, o, Nyu-Yorkda olur, qadın isə Virciniyada və ya o, Bostonda yazır, qadın isə Nyu-Yorkda oxuyur və yaxud qadın Balboa Parkında əynində sviter gözündə eynək,
o isə İtakada yarpaqları dırmıqlayır və yaxud da kişi maşınla İst-Hempton istiqamətində gedir,
qadın isə rəngbərəng yelkənli qayıqların yarışdığı körfəzə açılan pəncərənin önündə hüznlü halda dayanır.
O isə bu vaxt Lonq-Aylend şosesində tıxaca düşür.

Qadın kişini sevdiyi zaman, gecə saat ikiyə on dəqiqə işləyir, qadın yatıb, o isə duzlu krendel yeyə-yeyə, limonad içə-içə idman verilişinə baxır, iki saat sonra kişi yuxudan oyanır və yırğalana-yırğalana qadının ilıq bədəninin uzandığı çarpayıya doğru yeriyir.

Qadın "Sabah!" deyərkən, üç-dörd həftədən sonranı nəzərdə tutur.
O, "Biz indi mənim barəmdə danışırıq" deyəndə kişi danışığı kəsir. Qadının ən yaxın rəfiqəsi gəlib çıxır və soruşur, "Kimsə ölüb?"

Qadın kişini sevdiyi zaman, onlar gözəl bir iyul günü şəlalədə lüt çimməyə gedirlər. Su şırıltı ilə hamar daşların üzəri ilə axır və kainatda yad olan heç nə olmur.

Dəymiş almalar onların yanında yerə düşür. Axı, o almaları necə yeməyə bilərlər?

Kişi, "Keçid dövründə yaşayırıq" deyəndə, qadın qurtum-qurtum içdiyi martini kimi quruca
"Çox orijinal fikirdir" deyə cavab verir.

Onlar durmadan mübahisə edir. Məzəlidir.

- Nə istəyirsən canımdan?

- Elə biri üzr.

- Yaxşı, üzr istəyirəm, ay səfeh.

Üzərində "Gülüş" yazılmış lövhə qaldırılır.
Bu donmuş bir şəkildir.
"Öpüşsüz dəli olmuşam" qadın deyir,
"bu barədə mənə təklif irəli sürə bilərsən" və bu ingilis ləhcəsində əla səslənir.

Onlar bir ildə yeddi dəfə ayrıldı və doqquz dəfə də ayrılmaqla bir-birilərini hədələdilər.

Qadın kişini sevdiyi zaman, kişinin onu xarici ölkədə "Jeep" maşını ilə qarşılamasını istəyir.
Kişi qadını sevdiyi zaman, orada onu gözləyir. O, qadının iki saat gecikməsinə və soyuducunun bomboş olmağına görə şikayətlənmir.

Qadın kişini sevdiyi zaman, oyaq qalmaq istəyir. O, günün sona çatmasını istəmədiyi üçün ağlayan uşaq kimidir.

Kişi qadını sevdiyi zaman, yatmış qadını seyr edərək düşünür: "Gecəyarı aya yaraşdığı kimi yuxu da sevgilisinə yaraşır". Onun gözü önündə minlərlə işıldaquş sayrışır. Qurbağaların səsi orkestrin simli alətlər bölməsinin məşqini xatırladır. Ulduzlar üzümşəkilli sırğalar tək aşağı sallanır.

Qadın kişini sevəndə David Lemanın əsəri


Geri dön

N_E_L_L_A

  • 12 fevral 2012 13:28
  • Məqalə: 5
  • Şərh: 87
  • Bal:
twk wink

--------------------
http://smayliki.ru/smilies-47.html

enigmatic_girl

  • 12 fevral 2012 01:44
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
Hmmm maraqlidir.....

--------------------

✿Victoria✿

  • 11 fevral 2012 17:39
  • Məqalə: 257
  • Şərh: 3405
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

★Adriana★

  • 11 fevral 2012 16:39
  • Məqalə: 238
  • Şərh: 2980
  • Bal:
{awards}
tesekkurler

--------------------

angela

  • 11 fevral 2012 16:22
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
tewekkurler

★Miss Love★

  • 11 fevral 2012 16:13
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
maraqli xeber idi oxudum sagol smile

Su Perisi

  • 11 fevral 2012 15:49
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Kişi qadını sevdiyi zaman, orada onu gözləyir. O, qadının iki saat gecikməsinə və soyuducunun bomboş olmağına görə şikayətlənmir.

--------------------

lamiye19

  • 11 fevral 2012 15:01
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
xebere gore twk maraqlidir

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

_favorit_arkadas

  • 11 fevral 2012 14:19
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
Maraqlidir...

--------------------

generation

  • 11 fevral 2012 14:16
  • Məqalə: 77
  • Şərh: 5429
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}