Səni çox sevmişdim

 
Səni çox sevmişdim

Bilmirəm ilk sözlərimi necə başlayım. Qəlbimdə sənə deyəcək çox sözüm var. Sənsiz günlərimdə sənli günlərimi xatırlayıram....Yəni ki, gəncliyimin ən gözəl günlərini. Gözlərimdə canlanır o günlər. Necə gözəl başlamışdı sevgimiz. Məni özunə çox bağlamışdın. Mənə etdiyin o nazlar heç cür çıxmır fikrimdən. Səni dəlicəsinə bir sevgi ilə sevirdim. Birdə o günlər dönəcəkmiş kimi ümid edirəm. Zaman keçdikcə səni o gözəl günlərimizdəki xatirələrlə anacağam. Qədrini bilmədiyimiz o günlər. Heç dəyəri yoxmuş əvvəlki yaşadığmız günlərin. Harda qaldı o sevgi, harda qaldı o duyğular. İndi biz birlikdə olmasaqda gözəl başlayan, gözəl yaşanan bu sevgini xoş duyğularla bitirməliyik. Bir vaxtlar sevgimizin ən gözəl günlərini yaşayırdıq. İndi isə sevgimizin ən acısını yaşayırıq. Səninlə sevgimizin ən şirin çağlarında ayrıldıq. Sən hər zaman mənim olacaqsan amma ki, qəlbimdə. Bir gön başqasıyla ailə qursamda səni heç vaxt unutmayacam. Səni çox sevmişdim... Nə vaxtsa məni unutsanda bu sözləri unutma. Nə vaxtsa ehtiyacın ola bilər. Yalan da olsa bir gön kiməsə bu sözləri deyəcəksən... Artıq sənin mənə dönməyəcəyini bilirəm. Sənə son dəfə səni sevdiyimi deyə bilməyəcəyimi də bilirəm. Hər nə olursa olsun səni ilk gündəki kimi sevirəm. Bu sevginin qarşılıqlı olmadığını bilə-bilə sevirəm. Bir gün dilə gələcək, səni necə sevdiyini deyəcək qəlbim. Amma səni nə qədər çox sevsədə çox gec. Çünki sən artıq mənim deyilsən. İndi anlayıram ki biz birlikdə ola bilmərik. Sən nə vaxtsa bir kimsənin, məndə bir kimsənin qismətinə düşəcəyik. Səni sevə-sevə itirdim. Sevə-sevədə unutmağa çalışacam. Nə vaxtsa üz-üzə gəlsək nə cəsarətlə üzümə baxacağını bilmirəm. Qarşılaşsaqda təki gözlərimiz qarşılaşmasın. Axı gözlərim gözlərini sevmişdi. Sən bəlkədə məni yox mənim səni sevməmi sevirsən....
....

İndi sənsizəm...Sənsizdə olacağam..Sənsizlik səndən vəfalı çıxdı. Səndən heç vaxt geri dönməyini istəməyəcəm. Bilirəm bir gün yenə mənə dönəcəksən. Amma ki gec olacaq, qəlbim səni qəbul etməyəcək. Çünki qəlbim sənin kimi vəfasızları qəbul edəcək qədər vəfasız deyil. Məni unuda bilməyəcəksən. Yanında olacağam həmişə. Bəlkədə gözlərinin xəyallara daldığı kiçicik bir nöqtədə, bəlkə də sevirəm deyərək özünü aldatdığın insanın gözlərində tapacaqsan məni.. Qaranlıq dünyam dərdlər və mən, Ağlımdakı tək düşüncəm xoşbəxtlik və sən...Əvvəl gözlərin, sonra sən çıxdın qəlbimnən......bax bu mənim həyatımdı...E.G......


Geri dön

::..ONSLAUGHT::..

  • 12 mart 2011 16:45
  • Məqalə: 197
  • Şərh: 11496
  • Bal:
tesekkur edirem ela seirdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 4 mart 2011 18:15
  • Məqalə: 197
  • Şərh: 11496
  • Bal:
{awards}
tesekkur

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

milana-023

  • 26 fevral 2011 16:16
  • Məqalə: 0
  • Şərh: 454
  • Bal:
{awards}
tesekkur sad

--------------------
ferqimi ferq etmediyini ferq etdim,artiq ferqimi ferq etsen de ferq etmez.

Ulya

  • 26 oktyabr 2010 15:59
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
{awards}
roshka,
ne demek istedin sen?:))

--------------------

Azeri_Gozeli

  • 26 oktyabr 2010 15:12
  • Məqalə: 72
  • Şərh: 2331
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 2
      Qonaqlar: 20
      Cəmi: 47

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 287
       
      _XADA_
      Xəbərləri: 65
      Cəmi: 426
       
      Love World
      Xəbərləri: 61
      Cəmi: 160
       
      MEGAN FOX
      Xəbərləri: 54
      Cəmi: 233
       
      Musique Sage
      Xəbərləri: 51
      Cəmi: 387
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      green_15
      Xəbərləri: 49
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 47
      Cəmi: 254
       
      _NICE_GIRL_
      Xəbərləri: 40
      Cəmi: 296
       
      Ay Prensesi
      Xəbərləri: 39
      Cəmi: 537