2 Yeni Texno Xəbər

 
Valkee – Beynə İşıq Saçan Qulaqlıq


2 Yeni Texno Xəbər


Qış mövsümündə əksər insanlar tutqun günlərdə günəş işığına həsrət qaldığından, özlərini pis hiss edirlər, iş məhsuldarlıqları azalır və hətta bəzən depressiyaya da düşürlər. Bu, xüsusən şimal ölkələrinə aiddir.

Elə ona görə də Valkee adlı maraqlı bir qurğunun məhz Finlandiyada işlənib hazırlandığı heç də təəccüb doğurmur. Valkee gözlərə deyil, birbaşa beynə işıq saçır.


2 Yeni Texno Xəbər


Valkee Qacetinin Əhəmiyyəti

iPod-u xatırladan bu qəribə qurğu qulaqlıqlar vasitəsilə səsi deyil, məhz işığı beynə ötürür. Finlandiya universitetlərinin birində aparılan tədqiqatlar göstərir ki, Valkee-dən mütəmadi istifadə sayəsində beyin toxuması işığın birbaşa təsiri altında daha çox serotonin, melatonin və dofamin istehsal edir ki, bu da orqanizmdə gedən çoxsaylı proseslərə müsbət təsir edir, onu daha da sağlamlaşdırır və tonusunu artırır.


2 Yeni Texno Xəbər


[/b]
Bu, xüsusən də qışda, az günəş enerjisi və qidalarda vitamin çatışmazlığı olduğu bir dövrdə çox vacibdir.

Finlandiyanın milli yığma hokkey komandasında aparılan sınaq sayəsində məlum olmuşdur ki, Valkee-dən istifadə etmiş oyunçuların reaksiyası 20% artmış, eləcə də hərəkət koordinasiyası yaxşılaşmışdır.

Bütün bu effektləri almaq üçün Valkee qulaqlıqlarını qulağınızda bütün gün boyu gəzdirməyə ehtiyac yoxdur. Sadəcə bu qacetdən gün ərzində 8-12 dəqiqə istifadə etmək kifayətdir!

2 Yeni Texno Xəbər



[b]Restoranlarda Elektron Çek


2 Yeni Texno Xəbər


Dizayner Adrian Teylor (Adrian Taylor) Check 1-2 adlı elektron çek konseptini işləyib hazırlayıb. Bu elektron çeklər restoran və kafelərdə sifarişin ödənilməsi prosesini daha sürətli və rahat edəcək.


2 Yeni Texno Xəbər


Bir sıra inkişaf etmiş ölkələrdə qida obyektləri və mağazalarda pos-terminallar quraşdırılmışdır. Onların köməyilə plastik bank kartları vasitəsilə alış-veriş və sifarişlər üçün ödəniş etmək imkanı mövcuddur.


2 Yeni Texno Xəbər


Check 1-2 Elektron Çekinin Başlıca Xüsusiyyətləri

Amma dizayner Adrian Teylor tərəfindən irəli sürülən konseptual Check 1-2 elektron çeki restoranın pos-terminalı ilə Wi-Fi vasitəsilə əlaqələndirilir. Terminalda bank kartı üçün xüsusi qəbuledici mövcuddur ki, oraya öz kartınızı daxil etməklə menyuda istənilən yeməyi seçə və sadəcə, bir klavişlə ödəniş apara bilərsiniz. Sizin dostlarınız da bunu edə bilər.


2 Yeni Texno Xəbər


Bundan əlavə, məbləğin bir hissəsini nağd pulla ödəmək mümkündür: Check 1-2 elektron çeki istifadəçiyə bu imkanı da verir. Bununla yanaşı, PayPal və ya digər ödəniş sistemlərində mövcud hesabınızdan da istifadə edə bilərsiniz. “Ağıllı” Check 1-2 qurğusu sizin və dostlarınızın sifarişinin ödəniləcək məbləğə olan faiz nisbətini özü hesablayır və həmçinin çay pulu verməyi də təklif edir. Elektron çek həmçinin sizin emailinizə sifariş və ödəniş barədə bütün məlumatı göndərə bilər.


2 Yeni Texno Xəbər


Geri dön

generation

  • 12 fevral 2012 19:12
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
Valkee – Beynə İşıq Saçan Qulaqlıq
supedir eger bura gelse alaram

Valkee – Beynə İşıq Saçan Qulaqlıq
supedir eger bura gelse alaram

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

enigmatic_girl

  • 12 fevral 2012 14:08
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmm maraqlidir.....

--------------------

FLY TIME

  • 12 fevral 2012 12:01
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
qesey gorsenir ......tesekkurler.......

✿Victoria✿

  • 12 fevral 2012 11:22
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
xeber ucun tesekkurler

--------------------

xeyyam123

  • 12 fevral 2012 11:09
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
maraqliydi tewekkurler

_favorit_arkadas

  • 12 fevral 2012 11:06
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
cooox xowuma geldi,tewekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 62
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}