Möminliyə can atan azərbaycanlı müğənni

 
Möminliyə can atan azərbaycanlı müğənni

Karvanın 2012-ci ilin ilk qonağı son zamanlar dini mövzuda xeyli həzin mahnılar yazan və ifa edən, musiqisevər insanların məhəbbətini qazanan İzzət Bağırovdur.

-İzzət, həyat karvanında özünü harda görürsən?
-Adətən insanlar özlərini olmadıqları, ola bilmədikləri və ya layiq olmadıqları yerlərdə görür və özünü öndə və öndər hesab edirlər. Özümə gəldikdə isə deyə bilərəm ki, çətin də olsa, çalışıram özümü möminlərin cərgəsində görüm.

-Bir anlığa Peyğəmbərimizin (s.ə.s) zamanında olsaydın ondan nə soruşardın?
-Əgər bir anlığa Peyğəmbərimizin (s.ə.s) zamanında olsaydım ondan bunu soruşardım: Ya Rəsulullah, görəsən Qiyamətə qədər yer üzündə elə bir gün olacaq ki, insanlar büt və bütpərəstliyə meyl etməsin? Büt və bütpərəstlik dedikdə təkcə məsələnin zahiri mənası nəzərdə tutulmur. İnsanların şəxsiyyətə, var-dövlətə, vəzifəyə, şan-şöhrətə olan meyl və asılılığı da elə bütpərəstliyin bir növüdür. Və mənə elə gəlir ki, əgər bu günümüzdə əgər namaz və orucumuzu yerinə yetirə biliriksə Peyğəmbərimizin zamanında olsaydım ona ilk iman gətirənlərdən biri olardım.

-İmam Hüseyn (ə) eşqi sənə nə verdi?
-15-16 yaşıma qədər İmam Hüseyn və onun faciəsi barədə bildiyim yalnız Məhərrəmlikdə işləməmək, su və sabundan istifadə etməmək və s. idi. Bu məsələdə mən haqlı olaraq böyükləri qınayıram. Məsələn, divara Mir Mövsüm ağanın şəklini vurub deyərdilər: "Bax Allah baba görür ha…". Beləcə bizi qorxudardılar. Quranı parçanın arasına bürüyüb evin əlçatmaz yerinə qoyardılar. Halbuki Quranı oxuyub onu bizə də öyrətməli idilər. Amma İmam Hüseynin (ə) həyat və tarixini, onun ata-babasının kimlər olduğunu oxuyub bildikdən sonra Kərbəla müsibətinə olan baxışım tamamilə dəyişdi. O gündən etibarən İmam Hüseynin (ə) adı çəkilər-çəkilməz gözlərim dolur. Çünki Kərbəla faciəsini dərk etdim, Kərbəla qəhrəmanları ilə tanış oldum. Və mənə elə gəlir ki, bu həqiqətlərlə tanış olan hər bir şəxsin qəlbində mütləq İmam Hüseyn (ə) eşqi yaranmalıdır.

-Nə üçün İmam Hüseyn (ə) üçün ağlayırıq, amma nəfsimizin əsirinə çevrilən ruhumuz üçün ağlamırıq?
-Toplum şəklində İmam Hüseynə (ə) ağlayanların sayı çoxdur. Amma təklikdə o həzrətin müsibətini xatırlayıb göz yaşı axıdanlar yalnız möminlərdir ki, onların da sayı çox azdır. Nəfsimizin əsirinə çevrilən ruhumuz, yəni günahlarımıza görə ağlamağa gəldikdə isə bunu deyə bilərəm ki, insanların böyük əksəriyyəti, xüsusilə də bizim milllət öz səhvini boynuna almaq istəmir. Məsələn, avtobusda birinin ayağını tapdaladıqda üzrxahlığı özünə ar bilir. Ən acınacaqlısı isə səhvini etiraf etməyib özünə bəraət qazandırmasıdır. Sizcə, kiçik səhvinə görə üzrxahlıq etməyən insan nəfsinin əsirinə çevrilən ruhu, yəni günahları üçün ağlayar?

-Dində olmaqla dinsizlik nə demədir?

-Bu barədə çox danışmaq olar. Amma mən bir misal çəkəcəyəm. Şəhərimizin bir çox yerlərində "halal ət məhsulları" yazısı olan dükanlar görürük. Bu nə deməkdir? Bəyəm sən müsəlman olaraq haram ət satmalısan? Sən necə müsəlmansan? Necə müsəlmançılıq iddiasındasan ki, haram mal da satırsan? Bax budur dində ola-ola dinsizlik etmək. Yəni müsəlmançılıq iddiasında olub İslamdan kənarda yaşamaq.

-Kəbəni ilk dəfə gördükdə hansı hissləri keçirdin?
-And olsun Allaha, inanın ki, şokda idim. İlk dəfə Kəbəni gördükdə inanmağım gəlmədi; öz-özümə dedim bəlkə yuxu görürəm?. Düzünü deyim, həm də xəcalət çəkdim. Axı cavanıq, cahilllik vaxtlarımız da olub. Xəcalətdən bir neçə saat Kəbəyə baxa bilmədim. Qorxurdum, deyirdim, birdən Kəbəyə baxaram Allahın qəzəbinə tuş gəlib gözlərim kor olar. Amma sonra özümə gəlib yadıma saldım ki, Allah mehribandır, mərhəmətlidir.

-İzzət çətin uşaqlıq illəri keçmisən, o günlərdən nələri öyrənmisən?
-Mən Balaxanıda kasıb fəhlə ailəsində böyümüşəm. Atam sürücü, anam evdər qadın olub. Bir qarın ac, bir qarın tox yaşamışıq. Atamgil üç qardaş idi, bir həyətdə yaşayırdıq, 12 uşaq bir həyətdə oynayar, heç vaxt bir-birimizi incitməzdik. Valideynlərimiz bizi evdə tək qoyub arxayın gedərdi bir parça çörək ardınca. Bir sözlə, çox mehriban idik. Amma indi qohumlar arasında belə səmimiyyət yoxdur, bir-birlərini toyda, ya da yas mərasimlərində görürlər. Nə səmimiyyət var, nə də mehr-məhəbbət. Yoxsulluqla keçirdiyim uşaqlıq illərimdən səmimiyyəti, mehriban olmağı öyrəndim.

-Bəzi sənətçilər həcc ziyarətindən sonra hicaba keçir, lakin sonradan dinlərini sənətlərinə qurban verirlər. KARVAN vasitəsilə onlara hansı ismarış göndərərdin?
-Bu sual lap ürəyimdən oldu. Belələri çoxdur. Orda mənimlə birlikdə olan bəzi sənətçilər başqa ab-havaya düşür, qayıtdıqdan sonra isə hicabı da atır, din və imanlarını da bir kənara qoyurlar. Yəni orda yaşadıqlarını elə orada qoyub gəlirlər. Onlara demək istərdim ki, çox böyük günah edirlər. Nə qədər gec deyil, qoy tövbə edib Allahın haqq dininə qayıtsınlar və ziyarətdən gəldikdən sonra dindən uzaq düşməsinlər. Nə qədər ki, dünyalarını dəyişməyiblər, gəlsinlər haqq yoluna. Allah bağışlayan və mehribandır.

-Sənin kimi dini müsiqilər ifa edən sənətçilərin sayı bir o qədər də çox deyil. Toylarda oxuya bilmirsən, bəs marağın nədir?
-Düzdü toylarda belə mahnılarda nə qulaq asan var nə də sifariş verən.Bu da təəssüf edici bir haldır. Amma hər şey maddiyatla hesaba alınmır. Allah yolunda da bir iş görmək lazımdı. Mahnılarımın bir çoxu İmam Hüseynə (ə) həsr olunub. Bu da o həzərətə olan eşq və məhəbbətdən irəli gəlib. Tək İmam Hüseynə deyil, Əhli-beytə olan eşqi nə bir şeylə əvəz etmək olar nə də ölçüyə almaq. Allahdam duam budur ki, bizi Əhli-beytdən uzaq salmasın,bu dünyada onların ziyarətini bizə nəsib etsin, məhşərdə isə onların bizim şəfaətçilərimiz qərar versin. Amin.


Geri dön

sabina quliyeva

  • 14 fevral 2012 12:12
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
EMEYE HORMET EDIREM

--------------------
***SABİNA***QULİYEVA***

generation

  • 12 fevral 2012 19:29
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Bilmirem nece biridi ama bu sozleri cox xoshuma geldi >>>>>-And olsun Allaha, inanın ki, şokda idim. İlk dəfə Kəbəni gördükdə inanmağım gəlmədi; öz-özümə dedim bəlkə yuxu görürəm?. Düzünü deyim, həm də xəcalət çəkdim. Axı cavanıq, cahilllik vaxtlarımız da olub. Xəcalətdən bir neçə saat Kəbəyə baxa bilmədim. Qorxurdum, deyirdim, birdən Kəbəyə baxaram Allahın qəzəbinə tuş gəlib gözlərim kor olar. Amma sonra özümə gəlib yadıma saldım ki, Allah mehribandır, mərhəmətlidir.

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Gunel

  • 12 fevral 2012 16:26
  • Məqalə: 0
  • Şərh: 437
  • Bal:
{awards}
Bilmirem nece biridi ama bu sozleri cox xoshuma geldi >>>>>-And olsun Allaha, inanın ki, şokda idim. İlk dəfə Kəbəni gördükdə inanmağım gəlmədi; öz-özümə dedim bəlkə yuxu görürəm?. Düzünü deyim, həm də xəcalət çəkdim. Axı cavanıq, cahilllik vaxtlarımız da olub. Xəcalətdən bir neçə saat Kəbəyə baxa bilmədim. Qorxurdum, deyirdim, birdən Kəbəyə baxaram Allahın qəzəbinə tuş gəlib gözlərim kor olar. Amma sonra özümə gəlib yadıma saldım ki, Allah mehribandır, mərhəmətlidir.

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

C.I

  • 12 fevral 2012 15:45
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
twk...... belay

--------------------

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 14:57
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN.....MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

KaYfA_SuRgUn

  • 12 fevral 2012 14:43
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

CLEVER GIRL

  • 12 fevral 2012 14:27
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
..............THANKS...............

B_A_H_A_R

  • 12 fevral 2012 14:13
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR BUNA INANMAGIM GELMIR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

sun_rise98

  • 12 fevral 2012 13:51
  • Məqalə: 0
  • Şərh: 99
  • Bal:
{awards}
yaxsi gedirsen Izzet .bele davam ele.
xebere gore tesekkurleer

--------------------
Dostlarınız azaldığı derecede ölüme biraz daha yaklaşmışsınızdır demektir.

Ahli-Shia313

  • 12 fevral 2012 13:46
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH razı olsun,Həqiqətən çox yaxşı insana oxşayır,ALLAH ürəyincə versin!

Ya ALLAHU,Ya Rəhmanu,Ya Rəhim!!!Ya Muqəllibəl qulub,səbbit qəlbi əla dinik!!!

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

_favorit_arkadas

  • 12 fevral 2012 13:39
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Tewekkurler,cox beyendim...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 51

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}