Mənim sevgi təhlilim

 
Mənim sevgi təhlilim

Sevgi... İki ürəyin yaşadığı duyğular... Ən gözəl sözlərin doğulduğu duyğular... Sevgi bir körpədir. Həyat iki insanı bir biri ilə qarşılaşdırdı. Hər şey adi tanışlıq münasibəti ilə başladı. Sözlər adi, münasibət adi, davranışlar adi olsa da, baxışlar fərqli idi.
Baxışlar doğmalaşdı, bir qığılcım yarandı...
Təbəssüm doğmalaşdı, bir səmimiyyət yarandı...
Sözlər doğmalaşdı , bir ümid yarandı...
Ürəklər doğmalaşdı, SEVGİ doğuldu...

Mənim sevgi təhlilim

İki sevən insanın arasında sevgi bir körpədir. Bir körpə tək qorunmağına ehtiyacı vardır. Valideynlər bir uşaq dünyaya gətirdikdə onu böyüyüb boya başa çatdırırlar.Onu qoruyurlar... Sevginin də qorunmağa ehtiyacı vardır...İlk doğulduğu gündən bizə hər şey çox asan görünə bilər...Əslində ilk günlərdə her şey çox möcüzəli keçir . Sevgililər bir birini daha yaxından tanımağa can atır. Və bu zaman qarşı tərəfin mənfi cəhətləri olara bal kimi şirin görünür. Sən də düşünürsən ki, “sevgilim mələkdir, mənim hər cəhətimi qəbul edir, hər şeyi bağışlayır.” Və buna qarşılıq olaraq sən də daha mülayim, daha mehriban olursan. Sevginin bu dövrü bal kimi şirin, şokolad kimi dadlı keçir :) Hər iki tərəf bir harmoniyada, bir rahatıqda yaşayır.Körpəmiz bir az böyüyür... Sevgililər bir birinin üzərində daha çox haqqı olduğunu düşünür..İkisi də bir birinə daha çox bağlanmışdır.Və bu bağlılığı hiss edərək, qarşı tərəf sevgilisinin mənfi cəhətlərini dəyişməyə çalışır. O ballı şokoladlı dövrdə göz yumduğu çox xüsusiyyətlər artıq onu qıcıqlandırmağa başlayır. İlk davalar , ilk söz söhbətlər yaranır. Qarşılıqlı mübahisələr başlayır, və hər kəs indiki münasibəti o ballı şokoladlı dövrlə müqayisə edir. Niyə əvvəl sən belə deyildin?? Niyə sən əvvəl mənə irad tutmurdun? Niyə əvvəl sən mənə cavab qaytarmırdım? Çünki sən belə deyildin :) Və beləcə qarşılıqlı iradlar, qarşılıqlı narazılıqlar. Bu dövrü mən “ Acı şokolad” adlandırardım. Çox münasibətlər bu dövrün sınağından keçə bilməyir.

Mənim sevgi təhlilim

Bir birinin mənfi xüsusiyyətlərini tamami ilə dəyişmək əvəzinə bir az qəbul edib, qədərində dəyişmək lazımdır. Münasibəti bir körpə tək tərbiyyə etmək lazımdır. Qürurla davranmaq ,” mən hər zaman haqlıyam” prinsipi ilə davranmaq mənim fikrimcə düzgün deyildir. Sevgi də çox zaman işlətdiyimiz ifadələr . “Sənin üçün darıxıram” , “Sənə görə hər şeydən keçərəm” və s. “Onun üçün” darıxa bilirik. Bəs nəyə görə “Onun” üçün mənfi xüsusyyətimizdən keçə bilmirik?? Sevgidə qurban verməyi və tələb etməyi bacarmaq lazımdır.” Sənin üçün darıxıram” deyə bildiyimiz kimi “ Sənin üçün dəyişməyə çalışaram” deməyi bacarmalıyıq. Və eyni zamanda qarşı tərəfdə bəyənmədiyiniz xüsusiyyətini dəyişməyi tələb etməyi bacarmalıyıq. Düzdür insan heç vaxt xasiyyətini tam olaraq dəyişib tamam başqa insan, bir mələk ola bilməz. O yalnız “sevgi üçün” o mənfi xasiyyətini, pis xüsusiyyətləri daha yumşaq edib, bir az sanki o iti uclarını hamarlamağı bacarmalıdır. O zaman hər hansı bir səbəbə görə ayrılıq baş versə insan öz daxilində tam rahat,öz vicdanı qarşısında tam təmiz olacaq ki “ MƏN BU SEVGİ ÜÇÜN HƏR ŞEY ETDİM”... “Acı şokoladlı” dövrdə insan tam özü olduğu kimi olmalıdır.

Mənim sevgi təhlilim

Tam səmimi olmalıdır. Məhz bu dövrdə , yaranan söz söhbətlərdə, davalarda insanın tam iç üzünü tanıyırsan. Və özlüyündə təhlil edirsən ki, mən bu insanla həyatımı davam edə biləcəmmi? Onun hər halını, qəzəbini, qışqırmağını, əsəbini, danlamağını qəbul edə biləcəmmi? O insana görə mən dəyişmək istəyəcəmmi?? O insana görə mən nələrisə qurban verməyi bacaracammıMəhz o davalarda qışqıra bilən, bəzən aqressiv olan, səndə nələrisə bəyənməyən insana görə bütün bunları edə biləcəyəmmi??İdeal insan yoxdur, olduğu kimi qəbul edib mehribancasına dəyişməyi bacarmalıyıq :)
Bütün yazdıqlarım şəxsi fikirlərimdir. Mənim sevgi təhlilimdir. Siz də öz təhlilinizi edə bilərsiniz :)

Mənim sevgi təhlilim



Geri dön

★Miss Love★

  • 12 fevral 2012 15:46
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
video super idi baxanda adam kederlenir love

enigmatic_girl

  • 12 fevral 2012 13:53
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Videoya baxdim pis oldume bilmirem niye.... sad


Meni aglatdin eee... sad

Bele seylere baxanda pis oluram hele musiqisi....

--------------------

angel gunay

  • 12 fevral 2012 12:28
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
vidio meni lap kederlendi...super super super.....cooox ammma cooox saqolun..buna heqiqetende tesekkur dusur love

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

FLY TIME

  • 12 fevral 2012 12:05
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
cooooooooooooooooooooox beyendim................twklar....................

tontonun anasi

  • 12 fevral 2012 12:00
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Sevginin bu dövrü bal kimi şirin, şokolad kimi dadlı keçir :) Hər iki tərəf bir harmoniyada, bir rahatıqda yaşayır.Körpəmiz bir az böyüyür... Sevgililər bir birinin üzərində daha çox haqqı olduğunu düşünür.

--------------------

✿Victoria✿

  • 12 fevral 2012 11:25
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

_favorit_arkadas

  • 12 fevral 2012 11:10
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
cooox xowuma geldi,tewekkurler...

--------------------

ANGELS

  • 12 fevral 2012 11:07
  • Məqalə: 0
  • Şərh: 400
  • Bal:
{awards}
ilk serh menden tesekkur

--------------------
yeni il
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}