Sevgisi ölənlərə

 
  • 25.10.2010, 22:37
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Sevgisi ölənlərə


Zavallı qızcığaz..yenə pəncərənin önündə oturub yağışın sarı yarpaqları üzərində rəqsini seyr edərək düşünür.

Xəyallar onu irəli aparmalıykən xatirələr qucağında keçmişə aparır. Sevginin “qurbanı” olmağı qüruruna sığdırmaq bir yana,

niyə sevdiyini də hələ anlamır bu qızcığaz. Sevdiyi gözəldirmi? Əksinə. Rəfiqələrinin sözlərini xatırlayır. Hamı yaraşıqsızdır deyir. Bəs mən niyə görmürəm?

O qədər çatışmazlıqları varkən niyə əl çəkə bilmirəm? Sevirəm. Hə, sevirəm. Bəs unutmağı niyə bacarmıram əgər sevməyi bacarmışamsa.

Yenə xatirələrdə eşələnir. Oxuduğu bir yazını xatırlayır. “Tək yaranan insanlar üçün sevgilidən ayrılmaq çətin olmamalıdır.

Ən azından əvvəlki vəziyyətinə qayıdırsan. Yenə tək olursan”. Bu qədər asandır mı? Silə bilmədiklərim.

Axı beynimi necə təmizləyə bilərəmki? Ruhumu necə? Ölməkmi son çıxış yoludur? Yox! Hələ ümidim var! Axı o da sevirdi.

Mənə necə gözəl sözlər deyirdi. Bu qədər tez silə bilməz! Unuda bilməz. Axı mən ona..axı hamı kimi deyildim?!

Sonra yenə xatirələr onu aparır. Yenə ümidlərin cücərtisi baş qaldırır. Sanki indi telefon zəng çalacaqmış kimi.

Bir gözü pəncərədən çöldəki şütüyən maşınlara baxarkən 1 qulağı telefonun səsindədir. Qəlbi isə...yox qəlbi sinəsinin sol tərəfində deyil.

O qəlbini çoxdan sevdiyinin yanında qoyub. İndi yalnız aldığı nəfəslə yaşaya bilir. Bir də heç cür öldürməyə qıymadığı ümidilə.

Axmaq qız. Hələ də xəbəri yoxdur ki ümidlə zəngini gözlədiyi “O”, çoxdan başqa “sevgili”lərin qəlbinə yelkən açıb. İndi onu xatırlayırmı görəsən?

Çətin! Vəfasız qəlblərin ağrısı çətin ki olsun. O qəlblər geriyə baxmazlar ki qırdıqlarının qırıntılarını görə bilsinlər.

Axan göz yaşlarını silə biləcək cəsarət də yoxdur onlar da. Axı niyə də olsun? Əgər o qəlbə “hə” deyəcək onlarla “zavallı qız” varkən...


Geri dön

Ulya

  • 26 oktyabr 2010 15:56
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
recourse

Azeri_Gozeli

  • 26 oktyabr 2010 15:15
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler love

--------------------

sevgi yalandir

  • 26 oktyabr 2010 14:21
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

AWKSIZ

  • 26 oktyabr 2010 00:52
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 49
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}