Səbr...

 
Səbr...

Səbəb yalnızlıqmıdır,yoxsa səbəbsizlikmidir?!Bilmirəm.Bunu kimlər oxuyacaq,nə fikirləşəcək?!Bunu da bilmirəm.Sadəcə yazmaq istədim...
Bəzən həqiqətlərlə yaşamaq yalanlarla ovunmaqdan daha çətin olur.Kaş ki bilməsəydim,öyrənməsəydim deyirsən...

Amma o var.Hara getsən,hara baş götürüb qaçsan da onunla bağlı xatirələr əl çəkməyəcək səndən.Sənlə gələcək.Bu həqiqəti dana bilməyəcəksən.

Bu həqiqət bəziləri üçün ona xəyanət eliyən bir sevgili,kimi üçün bir zamanlar haqsızlıq etdiyi bir şəxs,kimi üçün onu anlamayan insanlar...

Səbəblər çoxdu insanı yaşamaqdan bezdirən.Amma xəyanət görənlər...Ən böyük acını çəkənlər onlardı.Çünki güvənirsən birinə,amma o neynir?İnamını yanıldır.İnanın,bu dünyadaki ən pis hissdi gümanların yanılması...

Çünki bilirsən bir daha yaşanmayacaq,geri gəlməyəcək.Amma həyatının ən gözəl günləriydi onlar.Artıq hər şeyin yalan olduğunu bilirsən.O günlər yalan idi.Yaşadıqların,gördüklərin,hətta eşitməyə doymasan belə eşitdiklərin də.Bəs hiss etdiklərin?Bütün bu yaşananlardan sonra geridə qalan tək gerçək onlardır.Nə qədər inkar etsən də,yaşanmadı desən də.Mənim hisslərim axı gerçək idi deyirsən...Doğurdan da onlar gerçək idi.Çünki özünü sən yaxşı tanıyırsan.O yox...
Amma,
İlk deyil bunlar,əlbət ki son da olmayacaq”Yalnızlıqla köhnə dostam,heç bir ayrılıq yıxa bilməz məni.Sadəcə yoruldum yenidən başlamağa” deyirsən.Başqa biri ilə ən başdan başlayırsan və yazılmış oxşar ssenari fərqli bir aktrisa və ya aktyor ilə oynanırmış kimi davam edir.Və yenidən,yenidən,yenidən...

Əgər Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsini oxumamısınızsa,sizə məsləhətim.O əsəri bir oxuyun.Amma heç vaxt Oqtaya bənzəməyin.Çünki o asan yola qaçdı.Sevdiyini də,özünü də bu həyat qarşısında aciz vəziyyətə saldı.Siz belə etmiyin.Çünki həyat sınağa çəkir bizi.Dözün sadəcə.Mən də belə eliyirəm.

Səbr...səbr...səbr...


Geri dön

gulu345

  • 16 avqust 2011 17:22
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
twk maraqliydi

--------------------
_GULU_

milana-023

  • 26 fevral 2011 16:23
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
tesekkur sebr eden sonda mukafatini alacaq.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

Ulya

  • 26 oktyabr 2010 16:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Azeri_Gozeli

  • 26 oktyabr 2010 15:02
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}