Dini sullar cavablar

 
Dini sullar cavablar


Sual: Əgər pişik kimi əti haram heyvanın ağız suyu və ya rütubəti namaz qılanın libasına dəyərsə, bu namazın hökmü nədir?
Cavab: Əgər həmin rütubət namaz bitənədək yaş qalarsa, namaz batildir. Amma uyğun rütubət namaz zamanı quruyarsa və onun eyni, özü aradan gedərsə, namaz düzgündür.

Sual: Namazda nələrdən istifadə etmək müstəhəbdir?
Cavab: Əba, ağ libas geymək, təmiz libaslardan istifadə etmək müstəhəbdir. Namazda ətirlənmək, barmağa əqiq üzük salmaq da müstəhəbdir.

Sual: Cənnətdə hansı dildə danışacağıq?
Cavab: Məhəmməd Peyğəmbər (s.a.s) də hədislərdə bildirmişdir ki: "Cənnət dili Ərəbcədir "
"Ərəb dilini üç şeyə görə sevin: Mən Ərəbəm, Qur'an-ı Kərim Ərəbcədir, Cənnətliklərin dili Ərəbcədir".

Sual: Axirətdə bütün insanlar Ərəbcəyi danışıb, anlaya biləcəklərmi?
Cavab: Dünyada istifadə etdiyimiz fərqli dillərin qəbirdə soruşulan suallara mane etməz. Dünyada bir dili öyrənmək üçün xeyli vaxt sərf edib öyrənirik. Axirətdə isə bu səbəblərin heç birinə ehtiyac olmadan, Allahın (c.c) dilədiyi anda, istədiyi dil danışıla bilər. Allahın (c.c) qüdrəti üçün çətin heç bir şey yoxdur."OL" deyər və olar.

Sual: Qəbirdə ruhların dilə ehtiyacları olacaqmı?
Cavab: Ruhların heç bir dilə ehtiyacı yoxdur. Danışma üçün dil olmasa da ruhlar bir-birini anlaya bilir. Necə ki yuxuda dilini bilmədiyimiz birini görüb çətinlik çəkmiriksə ruhlar da bir-birini anlayır.

Sual: Hansı libaslarla namaz qılmaq məkruhdur?
Cavab: Qara, çirkli, dar, üzərində insan və ya heyvan şəkli olan libaslarla, şərabxorun libası ilə namaz qılmaq məkruhdur. Əhli-beytə əzadarlıq üçün qara libas geyən insan bu libasla namaz qılsa məkruh deyil. Düymələri açıq vəziyyətdə, üzərində surət olan üzüklə namaz qılmaq məkruhdur.

Sual: Nə zaman ata-anaya itaət olunmamalıdır?
Cavab: Allah-təala insanı valideynlərə ehsana çağıraraq buyurur: "Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik..." İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. Qurani-kərimdə oxuyuruq: "Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə"(Ənkəbut. 15).
Həzrət Əli (ə) "Nəhcül-bəlağə"də buyurur: "Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz".

Sual: Allahdan qeyrisi üçün səcdə etməyin hökmü nədir?
Cavab: Belə bir səcdə haramdır. Peyğəmbər (s) və imamların qəbri kənarında onlar üçün alını səcdəyə qoymaq olmaz. Amma bu səcdə Allaha şükr üçündürsə, eybi yoxdur. Bununla belə bu işdən çəkinmək yaxşıdır.

Sual: Namaz qılan şəxs 1-ci səcdədən qalxdıqdan sonra dərhal 2-ci səcdəyə gedə bilərmi?
Cavab: Xeyir. 1-ci səcdədən qalxdıqdan sonra bədənin aramlaşması üçün bir qədər oturmaq lazımdır. Yalnız bundan sonra 2-ci səcdəyə getmək olar.

Sual:
Kağıza səcdə etmək olarmı?
Cavab: Əgər kağız ağac və saman kimi şeylərdən düzəldilmişsə onlara səcdə etmək olar. Amma səcdə üçün yararsız sayılan şeylərdən düzəlmiş kağıza səcdə etməyin eybi var.

Sual: Quranı kafirlərin, məsihi və yəhudi kimi kitab əhlinin əlinə vermək olarmı?
Cavab: Əgər onun murdarlanmaq və hörmətsizliyə məruz qalmaq qorxusu yoxsa, qarşı tərəfin hidayəti məqsədi ilə bu işi görmək olar. Bir şərtlə ki, onlar həqiqətən də, Qurandan bəhrələnmək istəsinlər.


Geri dön

sevgi_meleyim.

  • 5 may 2011 16:14
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
Allah razi olsun, xeberi yerlesdirmekle olduqca boyuk savab qazanmis olduz. Acigi menim bilmedilerim variydi burda onlardan birinciside Pisikle bagli olani idi. InseAllah Allah bizleri duzgun ibadet edenlerden qerar versin. AMin.Bize xeberi yerlesdimekle komek etdiyinize gore Allah evezin versin InseAllah size.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

flamengo

  • 8 fevral 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
[color=#FF9966][/color] MELUMATLANDIRDIGINIZ UCUN TWK

--------------------
BELE NIYE OLDU

Ulya

  • 26 oktyabr 2010 15:57
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol axira kimi oxudum.maraqli idi

Azeri_Gozeli

  • 26 oktyabr 2010 15:14
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 639
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}