Narkomaniya! Bəs onun əlacı nədir?

 
Narkomaniya! Bəs onun əlacı nədir?

Bu məqalə əvvəllər narkotik qəbul etmiş, sonradan tövbə edib, Allah qarşısında bağışlanmasını diləyən bir şəxsın dilindən yazılır.

“Bu yaxınlarda bir doğmam, mənim üçün söhbət etdi ki, narkotik qəbul edən bir şəxs narkomaniyanın mualicəsi barədə müsahibə verib. Bir çox üsullar saydı ki, mən bu üsullardan istifadə etmişəm. Amma heç bir xeyri olmayıb.

Bəs narkotik qəbul edən şəxsin əlacı nədir? Ümumiyyətlə, narkomaniya nədir? Bu barədə mən öz keçmiş həyatımdan gəldiyim nəticəni sizlərə çatdırmağa çalışacağam. Bundan öncə isə qısaca da olsa, narkotik qəbul edən şəxsin şablon olan günündən danışmaq istəyirəm.

Narkotik qəbul edən şəxs hər səhər yuxudan ayılanda onun beynində bir fikir olur. “Mən narkotiki və ya onu almaq üçün pulu haradan əldə edim?”. Təzə-təzə buna müvəffəq olur. Hardansa, kimdənsə borc adıyla da olsa, alır. Bəs onun hər kəsdən, hər yandan əli üzüləndə nə edir? Bax elə müsibətlər də buradan başlayır. Narkotik qəbul edən şəxs hər cür alçaqlığa və cinayətə belə əl atar ki, təki narkotik qəbul etsin. Bu hərəkətlərdən bir-ikisini qeyd etmək kifayət edər ki, sizdə bir təsəvvür yaransın.

- Evdə öz anasının çantasıdan necə qazanılıb, necə və hara xərclənəcək barəsındə bir an belə düşünmədən pulu götürən oğuldan;

- Öz körpəsi üçün yemək almağa saxlanilan qəpik-quruşu narkotikə verən atadan - həmin vaxt hansı alçaqlığı, hansı cinayəti gözləmək olmaz?!

Fikrinizə nə pis əməl gəlirsə elə onu da gözləmək olar.

Axı, insanı bu əməlləri etməyə nə vadar edir? Ləzzətdirmi? Bəlkə tələbatdır? Bəlkə bədən ağrılarıdır? Bəlkə xəstədir? Bəlkə...? Bəlkə...? Bəlkə...? Xeyr! Bu bəlkələrin heç biri deyil. Düzdür, haradasa xəstəlik demək olar. Amma cismi deyil, bu - ruhun xəstəliyidir! Əqidə xəstəliyidir! Bəs bu ruhu xəstəliyi nə ilə mualicə etmək olar? Ümumiyyətlə bu, mümkündürmü? Bunu sonda qeyd edəcəyəm. İndi ürəyim açılmışkən bir-iki söz də qeyd etmək istəyirəm.

Mən bu ruhu xəstəliyə, əqidə xəstəliyinə tutulanda, bir doğmam tərəfindən narkologiya xəstəxanasının hörmətli bir həkiminə müraciət olundu. O həkim mənim yanımda doğmama belə bir söz dedi:

- Biz onu (yəni məni) 21 gün bağlı yerdə saxlayıb mualicə edəcəyik. Amma o 21 gündən sonra çıxıb, yenə də narkotik qəbul edərsə, artıq o “konçennıy” (bitmiş) adamdır.

Bir- iki kəlməylə bu sözə münasibətimi bildirmək istəyirəm.

“Konçennıy”

Necə də alçaldıcı bir kəlmədir. Hörmətli həkimin, keçmişini tanimadığı şəxsi cəmiyyətə və doğmalarına bu cür qələmə verməsini və onsuz da özü-özlüyündə sınmış bir insanın ümidini niyə qırdığını hec cür başa düşə bilmədim.

Burada Allaha inanclı insan üçün bu cür suallar ortaya çıxır. Əgər insanın damarında mömin ulu nənə-babalarının qanı axırsa, Allah ona lütf etməzmi? Bir insan kiçik yaşlarından İmam Hüseynin (ə) təziyələrində “Ya Hüseyn!” deyib sinə vurubsa, “Vay Hüseyn!” deyib göz yaşları axıdıbsa, o sinə necə zəlil olar?! O gözlər necə kop olar? Belə bir şəxs etdiyi əməllərdən tövbə etməzsə, çox da yaşamaz. Çünki, Allah rəhmlidir. Istəməz ki, belə bir şəxs yaşayıb “konçennıy” olsun.

Düzdür, həkim deyir 21 gün müalicədən sonra bir daha edərsə. Amma 21 gün bağlı yerdə saxlamaqla və tibbi üsullarla hec kəsin ruhunu və əqidəsini dəyişmək, mualicə etmək mümkün deyil. Üzümü inanclı insanlara və o həkim kimi düşünən insanlara tutub deyirəm:

Siz narkotik qəbul edən insana baxıb fikirləşməyin ki, bu artıq düzəlməz, bundan artıq sağlam əqidəli insan olmaz. Ümidinizi Allahdan kəsməyin. Allahdan tofiqat diləyib, onların əqidəsini dəyişməyə çalışın. Necə ki, Həzrət Əli(ə) buyurub: “Əsl alim, insanların Allahın rəhminə bəslədiyi ümidini qırmayan və Allahın şəfqətindən ümidsiz olmayan insandır”.
Əgər bu gün inanclı insanlar bu kimi məsələlərlə məşğul olmazlarsa, bəs kim məşğul olar?

Bu gün yaşadığımız mühitdə azyaşlı qiz və oğlanların narkotikə qurşanmaları müşahidə olunmurmu? Onlar bizim bacı-qardaşlarımız deyilmi? İslam dinindən öncə, cahillik dövründə, insanların öz qızlarını diri-diri torpağa basdırmaları hamıya bəllidir. Bəs bu gün, narkotik və bu kimi bəlalarla oğul və qızlarımızı, bacı və qardaşlarımızı diri-diri torpağa basdırmırıqmı?

Bu gün telekanallarımızda yayımlanan “gənclərin tərbiyəsi ilə məşğul olan” üzdəniraq verilişlərimizlə gəncliyimizi, gələcək nəsilləri diri-diri torpağa basdırmırıqmı? Bu kimi məsələlər narkotiklə bərabər bəla deyilmi? Bunların haqqı kimlərdən çəkiləcək, heç düşünürükmü?
Buradan belə nəticəyə gəlmək olur ki, narkotik və bu kimi bəlalar, nə kefdir, nə ləzzətdir, nə də insanın dəyişilməz xüsusiyyətidir. Bunlar - bir ruhu xəstəlik, əqidə xəstəliyidir. Əlacı da, Allaha səcdə edib bağışlanmaq və bu bəlalardan qurtuluş diləməkdir.

Mən Allahın lütfü ilə bu ruhi xəstəlikdən, əqidə xəstəliyindən müalicə oldum. Çox şükürlər olsun hər bir varlıqdan əzəmətli olan Allaha. Sözümü isə müqəddəs Quran ayəsi ilə bitirmək istəyirəm. “Bir-birinizə yaxşılıq etməyi unutmayın ki, Allah etdiklərinizi görəndir”. (“Bəqərə”, 237)”.


Geri dön

Filiz

  • 15 mart 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
twk)))))))))))))

Ulya

  • 26 oktyabr 2010 15:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Azeri_Gozeli

  • 26 oktyabr 2010 15:18
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}