Həmişə Açıq Olan İlahi Rəhmət Qapıları

 
Həmişə Açıq Olan İlahi Rəhmət Qapıları

Həmişə Açıq Olan İlahi Rəhmət Qapıları

Bunlardan əlavə, bəndənin öz Ağası ilə söhbət etməyə layiq olması çox mühümdür. Mə`bud ilə ünsiyyət və raz-niyaz ən üstün dəyərdir. Əgər bəndə ağanın nəzərində dəyərli olarsa, ona raz-niyaz, dərdləşmək, xəlvətə çəkilmək və söhbət üçün icazə verib, onun sözlərinə diqqət yetirər. İnsanlar arasında isə bu sayaq münasibətlərə və fürsətlərə az təsadüf olunur. Xüsusi ilə Ağanın macalı yoxdursa! Bu qayda ilə O öz qulları ilə sakitlikdə söhbət edib onlara qulaq asmağa vaxt tapmayacaq. Qul isə hətta öz Ağasının aşiqi olsa belə, Onunla söhbət imkanından məhrumdur.

Lakin Allah vəsfəgəlməz sonsuz əzəməti ilə üzüqara bəndəni qəbul edib, onların raz-niyazını eşitmək intizarında olan bir Ağadır. Bəndə Onu çağıran zaman onu qəbul edib “xoşgəldin” deyir. Qüdsi hədisdə Allah Bəni-İsrail peyğəmbərlərindən birinə buyurur: “Gözüm bəndələrimin yolunda nə qədər qalasıdır və Mənə üz tutmaları üçün nə qədər intizar çəkəsiyəm. Onlar Mənə arxa çevirib uzaqlaşmaqdadırlar; lakin Mən yenə də onların qayıdışı intizarındayam”.
“Həmd olsun O Allaha ki, pərdəsi yarılmaz, dərgahına açılan qapı bağlanmaz, ondan bir şey diləyən rədd olunmaz”.

Böyük şəxslərin kərəmindən yalnız bə`zi zamanlarda faydalanmaq olur. Hətta ədaləti ilə məşhur və böyüklüyü ilə tanınan sultanlar da ildə cəmi bir dəfə xalqı qəbul edirdilər; hər məkanda, hər gün və hər saat yox! Lakin Allahın rəhmət qapıları Onun feyzini istəyənlərin üzünə həmişə açıqdır. Onu hər nə vaxt çağırsalar, cavab eşidəcəklər.

İmam Səccad (ə) Allah ilə münacatda buyurur:

“Gözlər yatmış, ulduzlar sayrışmada! Sən ölməz və qüdrətli padşahsan. Bütün padşahlar qəsrlərinin qapılarını bağlayıb keşişçi qoymuşlar; lakin Sənin rəhmət qapıların sual edənlərin üzünə açıqdır. Gəlmişəm ki, rəhmətli baxışlarla mənə baxasan. Ey mehribanların ən mehribanı.” (Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 46-cı cild, səh.78, 75-ci rəvayət, 5-ci bab) Bə`zi dualarda oxuyuruq: “Pərvərdigara, indi elə bir zamandır ki, hər bir aşiq öz mə`şuqu ilə xəlvət edib dərdləşir”. Eşqdən uzaq olanlar isə yatmışlar; heyvanlar da yuxudadır. Bütün qapılar bağlı, lakin Sənin səxavət və kəramət qapıların açıqdır. Sənin feyz dərgahına daxil olmağa heç bir qapıçı mane olmur. Hər kim istəsə, Səni çağırır və Sən də onu qəbul edirsən. Hətta Sən özün saysız bəndələrini də`vət edib onları özünə doğru çağırırsan. Sənin “həlmintaib (tövbə edən varmı?)” nidan həmişə ucalmaqdadır: “Öz əməlindən peşiman olub qayıtmaq istəyən bir şəxs varmı ki, onu qəbul edim?” Səni saymayıb, öz ismətlərini rəzilətə bulaşdırmış günahkarlar üçün nə qədər rəhmət və kəramət!

“Cəllət əzəmətukə və təqəddəsət əsmaukə!” Bəndənin yalvarıb qəbul istəməsi əvəzinə Özü onu də`vət edir: “Gəl, gəl ki, səni qəbul edim!”
Gərək Ağamızın kim olduğunu bilək, Onu tanıyaq, Ona qarşı daha çox mə`rifət əldə edək. O, növbə tə`yin etmədən hamını qəbul edir. İmam Səccad (ə) buyurur: “Heç bir iş Onu başqa bir işdən saxlamır.”
(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 90-cı cild, səh.154, 111-ci rəvayət, 9-cu bab)

Peyğəmbərlər, yaxın mələklər və vəsilər Onunla raz-niyaz etdiyi zaman O başqalarından xəbərsiz qalmır. Kiçik bir mövcud varlıq mülkünün bir guşəsində Onu çağırarsa, “ləbbeyk” (“qəbul edirəm”) eşidər. Belə bir Ağası olan şəxsin uzun illər və aylar Onu unutması layiqlidirmi? Məgər namaz və dua vaxtı hamını düşünüb, Allahı unutmağımız düzgündürmü? Süstlük, haqsızlıq və çətinliklə ona ibadət edib, üstəlik “Sənə ibadət etdik” deyə minnət qoymağımız ədəbsizlik deyilmi?


Geri dön

APPLY

  • 13 fevral 2012 22:56
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

enigmatic_girl

  • 13 fevral 2012 22:29
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler....

--------------------

generation

  • 13 fevral 2012 20:39
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

✿Victoria✿

  • 13 fevral 2012 20:31
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

_favorit_arkadas

  • 13 fevral 2012 20:25
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun...

--------------------

KaYfA_SuRgUn

  • 13 fevral 2012 19:51
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!

--------------------

.♣.Chrysalis.♣.

  • 13 fevral 2012 19:41
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
COOX SAG OL DEYERLI YAZIN UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}