Heç Vaxt Yazılmayan Vəsiyyətnamə

 
Heç Vaxt Yazılmayan Vəsiyyətnamə


Heç Vaxt Yazılmayan Vəsiyyətnamə


Peyğəmbər (s)-in ömrünün son anları yaxınlaşırdı. Mədinə əhlini vəhşət və iztirab bürümüşdü. Onlar hiss edirdi ki, bəşəriyyət aləmi öz yeganə rəhbərini əldən verəcəkdir.
Peyğəmbər özünün neçə illik yorulmaz əməyinin səmərəsini itirməmək üçün fikirləşdiyi tədbiri yerinə yetirmək qərarına gəldi. Lakin çox təəssüflər olsun ki, Üsamənin qoşununa qoşulmaqdan imtina edərək vəziyyəti anbaan nəzarət altında saxlayan və münasib fürsətdə öz məkrli planlarını həyata keçirmək əzmində olanlar burada da Peyğəmbərin camaata yazılı şəkildə bir sənəd çatdırıb onları hidayət etməsinə imkan vermədilər.
Ömər ibni Xəttabın özü belə deyir: “Biz Peyğəmbərin yanında idik, onun zövcələri isə pərdənin arxasında oturmuşdular. Bu zaman Peyğəmbər buyurdu: “Məni yeddi məşk su ilə yuyun. Heç vaxt yolunuzu azmamağınız üçün yazacağım sözlər üçün kağız və qələm gətirin.” Qadınlar: “Peyğəmbərin istədiklərini gətirin”-dedilər. (“Təbəqat” (İbni Səd) 2-ci cild, səh.37; “Kənzül-ümmal”, 3-cü cild, səh.138, 4-cü cild, səh.52; “Məcməüz-zəvaid”, səh.33-97)
Mən (Ömər) dedim: “Sakit olun! Siz Peyğəmbər xəstələnən kimi ağlayır və sağalan kimi onun yaxasından yapışıb, nəfəqə istəyirsiniz.”
Peyğəmbər buyurdu: “Bu qadınlar sizdən çox-çox yaxşıdırlar!” (“Məcməüz-zəvaid”, 9-cu cild, səh.33)
Başqa bir rəvayətdə İbni Abbas belə deyir: Peyğəmbər, onun vəfatı ilə nəticələnən sonuncu xəstəliyi zamanı buyurdu: “Heç vaxt yolunuzu azmayasınız deyə, kağız və qələm gəti-rin, bəzi şeyləri yazım.”
Ömər dedi: “Bəs Rumun şəhərlərini fəth etmək üçün kim qalacaq?! Peyğəmbər bu şəhərləri fəth etməmiş vəfat etməyəcək. Və əgər vəfat etsə, Bəni İsrailin Musanı gözlə-dikləri kimi, biz də onu gözləyəcəyik.”
Peyğəmbərin zövcəsi Zeynəb binti Cəhiş dedi: “Görmürsünüz ki, Peyğəmbər sizə vəsiyyət etmək istəyir?!”
Elə bu sözdən sonra onlar aranı qatdılar. Bunu görən Peyğəmbər “Qalxın ayağa!” - dedi. (“Təbəqat” (İbni Səd), 2-ci cild, səh.244)
“Səhihi-Buxari” və başqa sünnü kitabla-rında nəql edirlər ki, İbni Abbas deyir: “Cümə axşamı ox! O, necə də ağır gün oldu!! (bunu deyib o qədər ağladı ki, gözünün yaşı yerdəki xırda daşları islatdı. Sonra dedi:) “Peyğəmbər (s) ömrünün son anlarında buyurdu: “Mənə kağız gətirin, sizin üçün bir neçə şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Orada olanların arasında qalmaqal başladı. Halbuki, heç bir peyğəmbərin qarşısında mübahisə edib dava-dalaş salmaq rəva deyildir. Orada olanların bir dəstəsi dedi: “Peyğəmbər sayaqlayır və nə dediyini bilmir!” Peyğəmbər (s) dedi: “Məni tək buraxın! Öz halətim siz dediyinizdən daha yaxşıdır!” (“Səhihi-Buxari”, 4-cü cild, səh.120-121 (9 cildli çap))
Bir neçə rəvayətdə bu sözü deyən şəxsin Ömər ibni Xəttab olduğu nəql olunubdur. (“Səhihi-Buxari”, 1-ci cild, səh.39; 4-cü cild, səh.120-121 6-cı cild, səh.11-12; “Səhihi-Müslüm”, Vəsiyyət bəhsi) Bu rəvayətin necə təhlil olunmasından asılı olmayaraq orada Ömər ibni Xəttabdan başqa heç kəsin adı çəkilməyib. Yalnız o bu təhqiramiz sözləri demiş, Peyğəmbərə vəsiyyətnaməni yazma-ğa imkan verməmişdir.
Bunu da bilməliyik ki, Ömərin dediyi o təhqiramiz sözdən sonra Peyğəmbər artıq işin bitdiyini gördü və vəsiyyətnaməni yazmadı. Çünki əgər Peyğəmbər (s) o vəsiyyətnaməni yazsaydı belə, Ömərin dediyi sözlərdən sonra yenə də etibarsız sayılacaqdır və ona əməl etməyə-cəkdilər. Çünki camaat “Peyğəmbər bunu ağlı başında olmayan vaxt yazıbdır” - deyəcəkdi.
İbni Abbas bu barədə deyir: “Peyğəmbərə qarşı edilən bu kobud hərəkət və hörmətsizlikdən sonra dedilər: “İstədiyinizi gətirməyəkmi?!” Peyğəmbər (s) “Bundan sonra nəyə lazım?!” - deyə cavab verdi. (Yəni dediyiniz bu sözdən sonra vəsiyyətnamə yazmağın nə faydası?) (“Təbəqat” (İbni Səd), 2-ci cild, səh.244)


Heç Vaxt Yazılmayan Vəsiyyətnamə


Geri dön

_favorit_arkadas

  • 13 fevral 2012 20:41
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
tewekkurler,coooooooox beyendim....

--------------------

generation

  • 13 fevral 2012 20:28
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

al yazmalim:))

  • 13 fevral 2012 19:38
  • Məqalə: 37
  • Şərh: 1144
  • Bal:
{awards}
tesekkur

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

APPLY

  • 13 fevral 2012 18:55
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
{awards}
tewekurrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

kuku1999

  • 13 fevral 2012 18:53
  • Məqalə: 19
  • Şərh: 411
  • Bal:
{awards}
tewekkurler

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

lamiye19

  • 13 fevral 2012 15:45
  • Məqalə: 0
  • Şərh: 725
  • Bal:
{awards}
allah razi olsun twk...........

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

Ahli-Shia313

  • 13 fevral 2012 14:52
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH sizi hifz elesin.ALLAH omere lenet elesin!!!

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

enigmatic_girl

  • 13 fevral 2012 13:58
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Cox sag olun...axira kimi oxuya bilmedim...sebrim catmadi...

--------------------

receb 89

  • 13 fevral 2012 13:35
  • Məqalə: 0
  • Şərh: 236
  • Bal:
{awards}
maraqli hekaye idi twk

--------------------
SoNsUz QoRxUlArDaNsA QoRxUlU BiR SoN YaXsIdI !!!...

✰GlaMurKa✰

  • 13 fevral 2012 13:32
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olsun bu deyerli sozlere goreee

J ♥ S

  • 13 fevral 2012 13:05
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.... BUNLARI YZANADA TEWEKKURLERIMI BILDIRIREM.

--------------------
J & S ∞♥....

CeN_NeT

  • 13 fevral 2012 13:05
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
ne gozel...
REBBIM razi olsun

--------------------
Ucuz ürəkləri sevənlər çox olur.. mənim ki, bahalıdır... gözləyirəm

Niqul

  • 13 fevral 2012 12:10
  • Məqalə: 5
  • Şərh: 675
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

joyful

  • 13 fevral 2012 11:36
  • Məqalə: 43
  • Şərh: 951
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 59
Cəmi: 82

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 38
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}