Həyat örnəyi

 
Həyat örnəyi

O, səltənət, hökmranlıq eşqində deyildi. Təvazökarlıq və sadəlik onun xasiyyətinin əsasını təşkil edirdi. Əshabına deyərdi:
“Xristianlar Həzrəti İsanı həddindən artıq təriflədikləri kimi, siz də məni mədh etməkdə çox irəli getməyin. Mən Allahın bir quluyam. Mənim haqqımda Allahın qulu və Rəsulu deyin”.
Bir dəfə Həzrəti Peyğəmbərimiz əsasına dayanaraq, qohum-əqrəbasının yanına gəldi. Hamı ayağa qalxdı. O bu hərəkətdən razı qalmadı və nəsihət edərək bu sözləri söylədi:
“Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın”.
O, ətrafındakı adamlarla şirin-şirin söhbət edər, hətta onlarla bəzən zarafatlaşardı.

Gördüyü uşaqları sevər, onların başına sığal çəkər, kiçikləri qucağına alardı. Azad insan, kölə, varlı, kasıb - kim olursa-olsun bütün insanlar onun nəzərində bərabər idi. Hamı ilə hal-əhval tutar, xətirini soruşardı. Mədinənin kənar məhəllələrindəki xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların ona salam verməsini gözləmədən özü onlara birinci salam verərdi. “Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz”,- deyərdi. Namaz qıldığı zaman belə, birisi onun yanına bir iş üçün gəldiyi zaman namazını qısa kəsərək onu gözlətməz, istədiyini öyrənərdi. Hamıya gülərüzlə, şirin dillə cavab verərdi. Dodaqlarında daima xoş bir təbəssüm olardı.

Ailə həyatında da gözəl rəftarı ilə hamının könlünü alar, heç kimi incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını yamayar, ya da qoyunlarını öz əli ilə sağardı. Heç işsiz oturmazdı. Həzrəti Xədicə ona:

- Ya Əbül Qasim, özünü yorma, evdə iş görənlər var, sən dincəl, - deyərdi.

O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:

- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.


Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə qoyub ona əlindən gələn yardımı edərdi. Ona əl açanları boş qaytarmaz, evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir şey olmayanda borc alıb verərdi.
Son dərəcə təvazökar idi. Xidmətçisi ilə yemək yeyər, oturub söhbət edərdi. Evinə gələn qonaqlara özü xidmət edərdi. Həbəşistan kralı tərəfindən bir heyət gəlmişdi. Onlara özü xidmət etməyə başlayanda ətrafdakılar etiraz etdilər.
- Bəsdir, ya Rəsulullah, - dedilər.
O isə cavabında:
- Bunlar bizim əshabı-kirama çox hörmət etdilər, ilk mühacirləri yaxşı qarşıladılar. Mən onlara bunun əvəzini şəxsən vermək istəyirəm.


O, belə vəfalı bir adam idi. Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə möhtac olan sinfinə - yoxsullara və zavallılara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Xüsusi ilə kiçik uşaqları çox istəyərdi. Qızlarının kiçik uşaqları namaz qılanda üstünə dırmaşar, O isə onlara hirslənməz, bir şey deməzdi.

Onun sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara, bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.


Geri dön

generation

  • 13 fevral 2012 20:38
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
superidr ellerinie saliq

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_favorit_arkadas

  • 13 fevral 2012 20:35
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
tewekkurler,coooooooox beyendim....

--------------------

.♣.Chrysalis.♣.

  • 13 fevral 2012 19:38
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
NECE MARAQLİ İDİ TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

lamiye19

  • 13 fevral 2012 19:27
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
maraqlidir twk

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

✿Victoria✿

  • 13 fevral 2012 19:21
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

MENI_GOR_YIXIL_OL

  • 13 fevral 2012 19:16
  • Məqalə: 0
  • Şərh: 574
  • Bal:
{awards}
TWKLRLERRR

--------------------
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki SIRIN təkdir və dardadır

hsa

  • 13 fevral 2012 19:07
  • Məqalə: 0
  • Şərh: 126
  • Bal:
{awards}
tahnksaaaaaaaaaa

--------------------
Dünən gecə bir ağcaqanad məni əsəbləşdirdi axırda durdum,sxıştırdım divara, vurmaq istədim, amma vura bilmədim...çünki o artıq mənim qanımı daşıyırdı... Ata dedi ! Sarıldım, ağladım (c)

APPLY

  • 13 fevral 2012 18:50
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
“Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın”.

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

DEMET_AKALIN

  • 13 fevral 2012 18:37
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
yazan ellerin derd gormesin amin tesekkur edirem xebere gore

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

enigmatic_girl

  • 13 fevral 2012 18:30
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler....

--------------------

kuku1999

  • 13 fevral 2012 18:28
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}
xebere gore tewekkur

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

★Miss Love★

  • 13 fevral 2012 17:21
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere gore sagol smile

C.I

  • 13 fevral 2012 17:06
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
twK>>>>>>>>>>

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}