Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar

 
Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar

«Namazı niyə tək qıldın?»

Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım.
Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:
Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.

«Zamanda seyr»

Mərhum Mühəddis Nuri "Mustədrəkül-vəsail” kitabında tanınmış alim Seyyid Hüseyn Qəzvinidən belə nəql edir:
955-ci hicri ili (Birinci Şəhidin şəhadətindən 179 il sonra) yuxuda gördüm ki, Cəzzin qəryəsində, yə`ni "Birinci Şəhid” ləqəbiylə məşhur olan Şeyx Şəmsəddin Məhəmməd ibn Məkkinin (vəfatı 786 q.) kəndindəyəm. Şeyxin evinə gedib qapını döydüm. Şeyx özü qapını açdı. Mən ondan xahiş etdim ki, Şeyx Cəmaləddin ibn Mütəhhər Əllamə Hillinin ictihad haqqında yazdığı kitabı mənim üçün gətirsin. Evə daxil olub həmin kitabla birgə zənnimcə, hədislərə aid başqa bir kitabı da gətirib mənə verdi.
Yuxudan oyandığım zaman gödüm ki, o iki kitabın ikisi də yanımdadır.
«Fədakarlığın bəhrəsi»
Şiə məzhəbinin fəxri, zöhd və təqvasıyla məşhur olan mərhum Müqəddəs Ərdəbili ( vəfatı 993 q.) bahaçılıq və qıtlıq ilərində öz malını kasıb və yoxsullar arasında bölüşər, özünə isə ancaq bir fəqirin payı qədər götürərdi.
İllərin birində yenə bu işi təkrarlayarkən arvadı bu işdən narahat olub dedi:
Bizim malımızı fəqirlərə paylayır, amma öz övladını ac qoyursan?
O, arvadının bu sözünə etiraz etmədən etikaf etmək üçün Kufə məscidinə getdi. Etikafın ikinci günü bir kişi müəyyən qədər əla növ un və buğdanı Ərdəbilinin mənzilinə gətirib dedi:
Bunları ev sahibi göndərdi və özü isə Kufə məscidində e`tikaf saxlayır. Halbuki mərhum Ərdəbili bundan xəbərsiz idi. Etikafdan sonra bu məsələdən agah olduqda başa düşdü ki, bu Allah-taala tərəfindən bir mərhəmət imiş və buna görə də Allaha həmd-səna etdi.

«Nurla birgə»

Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və e`tibarlı şagirdlərindən biri belə hekayət edir:
Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində mütaliəni başa vurub hücrədən çölə çıxdım. Gördüm ki, bir şəxs hərəmə yaxınlaşır. Öz-özümə dedim: Bəlkə, oğrudur. Beləcə yavaş-yavaş ardınca düşdüm, belə ki, mən onu görür, o isə məni görmürdü. Gəlib hərəmin qapısının qarşısında dayandı. Birdən qıfıl yerə düşdü və qapı açıldı. Ardınca ikinci qapı da açıldı. O şəxs zərihə yaxınlaşıb salam verdikdə qəbirdən salamın cavabını eşitdim. Səsindən tanıdım ki, öz ustadımdır. Sonra o İmamla (ə) danışmağa başladı. İmamdan (ə) elmi bir məsələ haqda nə isə soruşurdu. Sonra hərəmdən çıxıb şəhərdən xaric oldu və Kufə məscidinə tərəf yollandı. Mən də dalınca getdim. O, hələ də məni görmürdü. Kufə məscidinin mehrabına yaxınlaşdığım zaman səsini eşitdim ki, bir şəxsə həmin məsələ haqda danışır. Sonra oradan çıxıb Nəcəfə yollandı. Mən də arxasınca yola düşdüm. Nəcəfin darvaza qapısına çatanda artıq səhər açılırdı. Amma o, hələ də məndən xəbərsiz idi. Ona yaxınlaşıb dedim:
Mən əvvəldən axıradək sizinlə idim. Hərəm və Kufə məscidində sizinlə danışanın kim olduğunu mənə söyləyin. O, mənimlə əhd kəsdi ki, sağlığında bu haqda heç kimə bir söz deməyim. Sonra belə dedi:
Ay oğul, bə`zən məsələlərin düz və ya səhv olması məndə şübhə yaradır. Buna görə də, çox vaxt, gecələr Həzrət Əlinin (ə) qəbri üstə gedib həmin məsələni İmamdan soruşuram və o da cavab verir. Bu axşam o həzrətdən bir məsələni soruşdum. Həzrət Əli (ə) məni İmam Mehdinin (ə) yanına göndərdi. Dedi ki, bu gecə övladım Mehdi (ə) Kufə məscidində olacaq. Onun hüzuruna gedib bu məsələni ondan soruşarsan. Kufə məscidində gördüyün o şəxs İmam Mehdi (ə) idi.


Geri dön

Taylor Swift

  • 19 fevral 2012 15:05
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
tesekkurler

_favorit_arkadas

  • 13 fevral 2012 20:37
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
tewekkurler,coooooooox beyendim....

--------------------

generation

  • 13 fevral 2012 20:36
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi oslun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

✿Victoria✿

  • 13 fevral 2012 19:28
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

kuku1999

  • 13 fevral 2012 18:31
  • Məqalə: 19
  • Şərh: 417
  • Bal:
{awards}
xebere gore tewekkur

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

enigmatic_girl

  • 13 fevral 2012 18:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
«Namazı niyə tək qıldın?»
Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım.
Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:
Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.

--------------------

lamiye19

  • 13 fevral 2012 16:30
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
maraqli xeber idi twk ilk werh menden request

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}