ÖLMƏKMİ YOXSA YAŞAMAQMI DAHA XEYİRLİ....

 
ÖLMƏKMİ YOXSA YAŞAMAQMI DAHA XEYİRLİ....

ÖLMƏKMİ YOXSA YAŞAMAQMI DAHA XEYİRLİ....

Bir insan, hələ də iman sahibi bir insan, fani və keçici çətinlikləri, keçməyəcək əzab və kədər sanaraq onların altında əzilib həyatdan qopmamalı. "Bu da keçər " deyərək səbirlə həyatın çətinliklərinə müqavimət göstərməlidir.

Həyat, ən pis şərtlər altında belə gözəldir

Həqiqətən tək çarə intihar etmək mi?

İnsanın ruh haləti gündəlik həyatında dəyişənlik ərz edə bilir. Bir baxarsınız dünyalar onun olar, hüzur və səadətinə deyəcək yoxdur.Bir baxarsınız ki, bir qaşıq suda boğulmuş, bir araya gələn sadə hadisələr birləşərək onu böhranlara sürümüşdür. O qədər sıxılmış, o qədər daralmışdır ki, haradasa intiharı belə ağılına gətirib həyatına sona çatdırmağı düşünəcək qarışıqlığa girmişdir.

Halbuki ölüm onun üçün qurtuluş, çətinlikdən uzaqlaşma deyil. Allah mühafizə etsin, hələ intihar yoluyla ölüm, fəlakətlərin fəlakəti, çətinlik və kədərlərin ən katmerlisidir. İslam alimləri intihar edənin cənazə namazının qılınacağını belə şübhəli qarşılamışlar, nəhayət əksəriyyəti "intihar edənin namazı qılınar" demişlərsə də, aqibətinin yaxşı olacağını söyləməmişlər.

Əslində, insan nə qədər sıxılar və nə qədər kədərlənsə kədərlənsin, yaşamağı istəməli, hər cür çətin şərtlər içində də olsa yaşamanın ölməkdən xeyirli olduğunu xatırlayaraq, "Bu da keçər !" deyib həyata sığınmalıdır.

Bilinməlidir ki, ölən insan artıq heç bir xeyirli əmələ müvəffəq ola bilməz. Amma yaşayan insan üçün xeyirli işlər etmə daim mümkündür. Heç olmazsa namazlarını edər, oruclarını tutar, haramdan qaçıb halalla həyata imkanını əlində tutar. Bunların hamısı da, ölənin ifa edə bilməyəcəyi ibadətlər, qazana bilməyəcəyi savablardır.


ÖLMƏKMİ YAŞAMAQMI XEYİRLİ?

İndi sizlərə mövzu ilə əlaqədar ibrətli tapdığımız bir hadisəni izah edək:

Səhabələrin comərdlərindən olan Hz. Əbu Talhanın evi, bütün möminlərə açıq idi. Hz. Əbu Talha, bir çox kimsəyə evində yeməklər verər, onlarla yaxından maraqlanardı. Bir gün qonşu qəbilədən iki gənc gəlmişdi. Bunların ikisi də yeni İslama girmişdi. Biri çox igid və cəsur idi. İrəliləyən günlərdə Hz. Əbu Talha bunlardan cəsur olanın bir qəzada yaralanaraq vəfat etdiyini eşitdi. Aradan tam bir il keçdikdən sonra yoldaşı da evindəki döşəyində vəfat etmişdi.

Hz. Əbu Talha bunların ikisini də bir gecə yuxusunda gördü. Döyüşdə yaralanaraq vəfat edənlə, bir il sonra evində ölənin ikisi də cənnətin qapısında idi. İkisini də Cənnətə dəvət etdilər amma əvvəl evində vəfat edəni çağırdılar, sonra da hərbdə yaralanaraq vəfat edəni dəvət etdilər. Əbu Talha buna heyrətləndi. Düz məscidə gəlib yuxusunu Əfəndimizə izah etdi:

- Ya Rəsulullah, əvvəl hərb meydanında ikən yaralanaraq vəfat edəni çağırmaları lazımdır, sonra da evində öləni dəvət etmələri zərurət edərdi. Halbuki evində öləni əvvəl çağırdılar, döyüşdə yaralananı da sonra. Mən bunun hikmətini anlaya bilmədim?

Əfəndimiz təbəssüm edərək Hz. Əbu Talhaya bu şərhi etdi:

- Ya Eba Talha, bunda çaşılacaq bir şey yoxdur. Bir il sonra vəfat edən, özündən əvvəl vəfat edəndən çox ibadət etmə imkanı tapmadımı? Ondan çox olaraq bir Ramazan orucu tutmadımı? Qurban kəsmədi mi? Həccə getmədimi? Etdiyi xeyirli işləri ondan çox olmadımı? Bütün bu əməlləri çox yaşayan kimsə etmədimi?

- Bəli, etdi!

- Cənnətə əvvəl onu dəvət etdirən səbəb, yaşadığı günlərdəki əməlləridir!

Demək ki, ölmək bir şey həll etmir, əsl yaşamaq, ibadət və xeyirli xidmətlərə müvəffəq olmaq lazımdır. Görülür ki, hərb meydanında aldığı yara üzündən evində ölən kimsə, çox yaşayaraq ibadət və xidmət edən kimsəyə yetişə bilmir.


İNTİHAR ETMƏK HƏLLMİ?

Bu gün dayanılamaz, səbr edilməz zənn edərək adamı intihara məcbur edən səbəblərin, bir müddət sonra əslində heç o dərəcə kədərlənməyə dəymədiyi ortaya çıxa bilər, hətta zamanla unudular, yerinə yeni məsələlər ortaya çıxar. Onsuz da Əfəndimizin ifadəsiylə səbrin, müsibətin gəldiyi ilk anda göstərilməsinin hikməti də buradadır.

Bir insan, hələ də iman sahibi bir insan, belə fani və keçici şeyləri, keçməyəcək əzab və kədər sanaraq onların altında əzilib həyatdan qopmamalı. "Bu da keçər yahu" deyərək səbirlə həyatın çətinliklərinə qarşı müqavimət göstərməlidir. Beləcə o keçici çətinlikli vəziyyəti, haqqında rəhmətə çevirməsini bilməlidir.

Bunu unutmayaq ki həyat, ən pis şərtlər altında belə gözəldir, yaşamağa dəyərdir. Hər gecədən sonra gündüz, hər çətinlikdən sonra bir asanlıq vardır. Qulun Allaha yönəlməsi və ONdan kömək istəməsi, çətinlik və problemlərin həllinin başlanğıc nöqtəsini meydana gətirər. Uca Yaradıcı ümid edilməyən, gözlənilməyən yer və istiqamətlərdən asanlıqlar lütf edər. Çünki ONun hər şeyə gücü çatar. ONA dözən də güc qazanar.


Geri dön

milana-023

  • 26 fevral 2011 15:58
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
biz isteyerek yaranmamisiq ki isteyerek de olek.(MOVLANA)Yaradan da,olduren de ODUR.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

nilayka

  • 20 fevral 2011 17:38
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ulya

  • 26 oktyabr 2010 16:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Azeri_Gozeli,
sevgi yalandir,
love

Azeri_Gozeli

  • 26 oktyabr 2010 14:21
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler winked

--------------------

sevgi yalandir

  • 26 oktyabr 2010 13:35
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler mence hec biri

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}