Bakıda təhlükəli qrip virusu yayılıb?

 
Bakıda təhlükəli qrip virusu yayılıb?

Səhiyyə Nazirliyi belə hallara rast gəlindiyini təsdiqləsə də, epidemiyadan narahat olmağa əsas görmür.

Üç yaşlı Bakı sakini Nuray artıq neçə gündür ki, xəstələnib. Əslində burada qəribə heç nə olmazdı, əgər uşağın keçirdiyi xəstəlikdə qəribə əlamətlər müşahidə olunmasaydı. Uşağın valideynləri tərəfindən evə çağırışla gələn həkim uşağın temperaturunun 38-39 dərəcədən aşağı düşməməsini onun mutasiya olunmuş qrip virusuna yoluxması ilə izah edib. Bu barədə “Mərkəz” Anspress-ə istinadən xəbər verir.

Bu qrip növü əlamətlərinə görə ənənəvi qripdən fərqlənir. İlkin olaraq xəstənin temperaturu qalxır. Temperaturu aşağı salmaq çətinləşir. Bundan sonra xəstənin boğazında sıyrıntı hissi yaranır. Bir müddət ötdükdən sonra xəstəliyin sağaldığı güman edilsə də əlamətlər yenidən müşahidə edilir”, – deyə həkim bildirib.

Valideynlərinin sözlərinə görə, Nuray qripə getdiyi uşaq bağçasında yoluxub. Bağçadakı 40 nəfər uşaqdan ibarət qrupda hər beş körpədən biri xəstələnibmiş. Tək Nurayın qripə yoluxması dərd yarı olardı. Ancaq Nuray hələ bir yaşı tamam olmamış qardaşı Öməri də yoluxdurub. İndi Nuray və Ömərin gənc valideynləri körpələrini necə sağaltmağın yollarını axtarırlar.

Yeni qrip xəstəliyi epidemiya xarakteri daşımır

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Bakıda uşaqların qripin müxtəlif mutasiya olunmuş formalarına yoluxmaları hallarının mövcudluğunu təsdiq edir.

Bəli, belə hallar mövsümlə əlaqədar olaraq mövcuddur. Ancaq bu halın epidemiya xarakteri daşıdığını söyləmək olmaz. Azərbaycanda yerləşən səhiyyə müəssisələri mövsümi infeksion xəstəliklərə qarşı mübarizə aparmaq üçün müvafiq dərman vasitələri ilə təmin edilib”, – deyə Səfayə Əhmədova bildirdi.

Qripə qarşı yalnız immun sistemini möhkəmləndirərək mübarizə aparmaq olar

Həkim-pediatr Zülfiyyə İbrahimova qripin bu növünün əlamətlərini açıqlayıb. Həkimin sözlərinə görə, qrip virusuna yoluxmuş şəxslərdə üç gün müddətində səbəbsiz 38-39 dərəcə hərarət müşahidə edilir. Bundan sonra xəstədə ya boğaz ağrısı, ya qusma, ya da öskürək əlamətləri müşahidə edilməyə başlayır. Öskürək quru şəkildə yeddi gün davam etdikdən sonra bəlğəmli öskürəyə çevrilir.

Zülfiyyə İbrahimova bu cür qrip virusuna qarşı mübarizə aparmaq üçün uşaqların immunitetinin yüksəldilməsinin vacib olduğunu vurğulayır. Həkim-pediatr bunun üçün uşaqlara immunostimulyator və immunomodulyator tipli immun sisteminin işini qüvvətləndirən preparatların qəbulunu məsləhət görür. Həkim bu cür virus mənşəli qripə yoluxan zaman antibiotik və virusəleyhinə mübarizənin effekt vermədiyini də bildirir.

Qrip virusundan qorunmaq bir qədər çətin məsələdir. Çünki qrip virusu hava-damcı yolu ilə yayılır. Bunun da qarşısını almaq praktiki olaraq mümkün deyil. Virusa qarşı uşaqları yaxşı qidalandıraraq onların immun sisteminin gücləndirilməsi ilə mübarizə aparmaq olar. Bundan başqa, hazırkı qidaların tərkibində kifayət qədər vitamin olmur. Buna görə də uşaqların immunetinin artırılması üçün vitamin terapiyası tətbiq edilməlidir”, – Zülfiyyə İbrahimova bildirib.

Bu cür qrip xəstəliyinə yoluxan uşaqların orqanizmində fəsadların qala bilmə ehtimalına gəldikdə isə həkim-pediatr bunu istisna edir. Zülfiyyə İbrahimovanın sözlərinə görə, vaxtında və düzgün müalicə uşaqlarda virus mənşəli qriplərdən sonra fəsadların qalma ehtimalını sıfıra endirir.

Sonda onu bildirək ki, qrip xəstəliyi nə qədər yüngül xəstəlik sayılsa da bəzən onun doğurduğu fəsad ürəkağrıdıcı olur. Yüngül saydığımız qrip xəstəliyi ağırlaşaraq uşaqlarda böyrək çatışmazlığı və qulağın zəif eşitməsi kimi fəsadlara gətirib çıxara bilir. Ona görə valideynlər uşaqlarına qripə yoluxmazdan əvvəl də profilaktik xarakterli tədbirlər görməlidirlər. Körpələr xüsusilə qrip mövsümü yaxınlaşan zaman yaxşı qidalanmalı və onların immun sistemi gücləndirilməlidir.


Geri dön

AMALYA 15

  • 15 fevral 2012 13:03
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
GHFHFGHFHGFHFGHFH

enigmatic_girl

  • 14 fevral 2012 14:21
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Men teze sagalmisam... sad recourse

--------------------

Narka E-ZaDe

  • 14 fevral 2012 13:33
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
mende ele qripem recourse

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

nar_18

  • 14 fevral 2012 13:16
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Мой Мир

  • 14 fevral 2012 12:21
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Of mende qrip olmusam tek Bakiya yayilmayib ele biz tereflere de yayilib bedenim agriyir sumuklerim sizildayir recourse twkk xeber ucun feel

--------------------
∞♥

generation

  • 14 fevral 2012 11:58
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

kis masali

  • 14 fevral 2012 11:27
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tek bakida deyil her yerde yayilib bu virus

--------------------
<3

tontonun anasi

  • 14 fevral 2012 11:15
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
MENIM QIZIMINDA YAWI YOXDUR HELE ODA YAMAN PIS QRIP OLMUWDU HELEDE IYNE VURULUR,HEKIMI DEDI VIRUSDU UWAQLARDA YAYILIB,ELE PIS GRIPDIKI DUZ 20 GUNDU CANINDAN CIXMIR KORPEMIN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}