Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan oluna bilər

 
Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan oluna bilər

Qapalı yerlər, təhsil və səhiyyə müəssisələri, ictimai iaşə obyektləri, vağzallar, avtobuslar, hava limanları, restoranlar və ofislərdə siqaret çəkmək yasaqlana bilər. Artıq bir neçə lüks mehmaxanalarda siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb. Hətta bu yaxınlarda təmirdən sonra yenidən istifadəyə verilən “Koroğlu” metrostansiyasının keçidinə belə yanan siqaretlə daxil olmaq qadağandır. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yanan siqaretlə gələn şəxsləri metronun keçidinə daxil olmağa icazə vermirlər. Əvvəlcə siqareti çöldə atılmaq lazımdır, sonra içəri daxil olmağa icazə verilir. Bununla yanaşı, şəhərdə bəzi ailəvi restoranlarda, eləcə də “Caspian Plaza” biznes mərkəzində siqaret çəkmək üçün xüsusi yerlər təşkil olunub.

Məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ictimai-qapalı yerlərdə belə tədbirlərin görülməsi düzgündür və bu, qanunla tənzimlənir. Musa Quliyevin sözlərinə görə, 2011-ci ildə qəbul olunan “Tütün və tütün məhsulları haqqında” qanuna əsasən, ictimai nəqliyyat, keçidlər, ictimai tədbirlər keçirilən qapalı yerlərdə siqaret çəkmək qadağandır: “Lakin hazırda siqaret çəkməyə görə cərimələr yerüstü ictimai nəqliyyat və metroya tətbiq edilib. Başqa yerlərdə siqaret çəkməyə görə hələlik cərimə tətbiq olunmur”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini həmçinin əlavə etdi ki, qurumun yaz sessiyasında ictimai yerlərdə siqaret qadağasına dair qanun layihəsinə baxılacaq.

Sağlam toplum” İctimai Birliyinin sədri Lalə Mehralı isə bildirdi ki, siqaret qadağası ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə edilir. Lakin layihə hələ də açıq olaraq qalır: “İctimaiyyət də bu məsələyə birmənalı olaraq etirazını bildirir. Mən bunu xəbər saytları, forumlarda olan rəylərə istinadən deyirəm. Məsələn, Türkiyəyə nəzər salsaq, orada ictimai yerlərdə siqaretə qadağa qoyulduğunu və əhalinin buna riayət etdiyini görərik. Amma bizim ölkədə buna qadağa qoyulmasa və ya cərimə kəsilməsə, düşünmürəm ki, bu öz nəticəsini verə bilsin. Biz ötən il Sumqayıt şəhərində sorğu apardıq. Orada məlum oldu ki, yetkinlik yaşına çatmayan uşaqlara mağazalarada siqaret satırlar. Satıcılar ümumiyyətlə heç bir sorğu-sual olmadan yetkinlik yaşına çatmayan uşaqlara siqaret satırlar”.

Sorğunun nəticələrini mediada işıqlandırdıqlarını bildirən L.Mehralı təəssüflə qeyd etdi ki, bununla bağlı heç bir reaksiya gəlməyib. “Bizim ortaya qoyduğumuz problemlə heç kim maraqlanmadı. Kimsə dedikdə, rəsmi orqanları nəzərdə tuturam. Ancaq ictimaiyyət tərəfindən reaksiya gəldi. Xüsusilə qadınlar buna reaksiya verdilər. Yəni qanunun işləmə mexanizmi tam olaraq təşəkkül tapmayıb”,- deyə L.Mehralı əlavə etdi.

Siqaret çəkən şəxs özündən daha çox ətrafdakılara ziyan verir. Siqaret çəkənin tütündən aldığı ziyan 25 faizdirsə, ətrafdakılar ikiqat zərər görürlər. Məlumdur ki, dünyanın bir sıra ölkələrində ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunlar var. Qadağa hər bir dövlətdə müxtəlif formalarda tətbiq edilir. Cərimə miqdarı ölkələrə görə dəyişir, məsələn, Almaniyada 5-1000 avro, İtaliyada 275 avro, Suriyada 46 dollar, Misirdə isə 18 dollardır. Türkiyənin özündə belə siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb, ölkədə siqaretlə bağlı istəniən reklam qadağan edilib.

Ümid edirik ki, Azərbaycanda da tezliklə belə bir qanun qəbul ediləcək.


Geri dön

orxan 1994

  • 16 fevral 2012 19:07
  • Məqalə: 0
  • Şərh: 55
  • Bal:
SIQARET COX PIS SEYDI

--------------------
aqakerim qemberov

my angel__

  • 14 fevral 2012 20:43
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
kis masali,
HE DUZDU EVVELER GUYA SIQARET SATMAGI QADAGA ETMIWDILER...SEN DEMIW NEOLDU KI! O QEDER QADAGALAR QOYURLAR KI HEC BIRINI DE EMEL ETMIRLER

--------------------
Помни, что ты - мое все ❤

generation

  • 14 fevral 2012 20:05
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

kis masali

  • 14 fevral 2012 19:53
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
eh bos seydi bir arada siqaret satmagi qadagan edirdiler neoldu

--------------------
<3

★Adriana★

  • 14 fevral 2012 19:40
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

✿Victoria✿

  • 14 fevral 2012 17:33
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER ela olar NO SMOKING am

--------------------

enigmatic_girl

  • 14 fevral 2012 17:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Ayy olsun olsun... cox super olar eeee ama olmayacaq yeqin

--------------------

DARK_STAR

  • 14 fevral 2012 17:15
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
BU QANUN BİZEDE GELİB CATA BİLSE YAXŞİ OLAR.... no AMA HELE YOLDADİİ...GÖREYDEEE laughing

--------------------
SÖYLE SEN NASİL ÖĞRENDİN UNUTMAYI........

B_A_H_A_R

  • 14 fevral 2012 17:09
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
INSALLAH OLAR.OLSA IDI PIS OLMAZDI

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

nar_18

  • 14 fevral 2012 17:06
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
inshallah olar ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}