Yunan iğtişaşlarından yeni görüntülər yayılıb

 
Yunan iğtişaşlarından yeni görüntülər yayılıb

Yunanıstan 2 gün əvvəl sərt iqtisadi tədbirlər paketi ilə bağlı baş vermiş kütləvi iğtişaşlar və qarətləri əks edən yeni həvəskar görüntülər yayımlanıb. Video görüntüdə Volos şəhərində baş vermiş zorakı etiraz aksiyaları və Yunanıstanın ən iri banklarından sayılan Evrobankın yandırılması öz əksini tapıb.

Polisin verdiyi məlumata əsasən, iğtişaşçılar və qarətçilərdən ibarət dəstələrin törətdiyi yanğınlar nəticəsində şəhərin əsas hökumət binası və vergi idarəsinin binasına böyük ziyan dəyib. Kadrlardan gənclərin şəhər meriyası binasına da basqın etdiklərini görmək olur.

Parlamentdə növbəti sərt iqtisadi tədbirlər paketi səsverməyə qoyulan ərəfədə ölkə ərazisində baş alan iğtişaşlarda 170 -dən çox insanın xəsarət aldığı bildirilir. Təkcə, Afinada törədilmiş yanğınlar azı 45 ticarət obyektini, o cümlədən, bir neçə tarixi bina, kinoteatr, bank və kafeteriyaları yararsız vəziyyətə gətirib.

Etirazlara səbəb Yunanıstan hökumətinin növbəti - 130 milyard avroluq maliyyə yardımını əldə edə bilməkdən ötrü parlamentə növbəti sərt iqtisadi tədbirlə paketini çıxarması olub. 100 mindən çox etirazçının parlament binasına yürüş etməsinə baxmayaraq, ölkə parlamenti 199 lehinə, 74 əleyhinə nəticə ilə dövlət qulluqçularının ixtisarı və maaşların azaldımasını nəzərdə tutan sərt iqtisadi islahatlar paketini qəbul edib.



Geri dön

Online

İstifadəçilər: 3
Qonaqlar: 58
Cəmi: 97

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}