Facebook virusdan da təhlükəlidir

 
Facebook virusdan da təhlükəlidir

Yəqin ki, bu gün gənclərimizin Facebook-a olan marağından bir çoxumuz xəbərdardır. Gənclərimizin əksəriyyəti, xüsusilə də orta statistikaya nəzər salsaq, 18-25 yaş arasında olanlar günlərinin bir qismini Facebook sosial şəbəkəsində keçirirlər.

Hər gün Facebook-a girib mesaj qutumu yoxlamasam, qala bilmərəm. Bu, artıq məndə bir növ adətdir. Facebook-un mənim həyatımda böyük rolu var. Yaxın-uzaq dostlarımla ünsiyyət qururam”, - 20 yaşlı, Bakı Dövlət Universitetinin tələbəsi Əlirza Azəroğlu deyir.

Facebook-da apardığımız sorğu nəticəsində belə məlum oldu ki, 90 nəfərdən 82 nəfəri Facebook-dan "çat"laşmaq, qalanı isə informasiya paylaşmaq məqsədilə bu sosial şəbəkədən istifadə edirlər. Yəni, gənclərimiz arasında əksəriyyəti Ə.Azəroğlu kimi eyni fikirdədir.

Facebook sosial şəbəkəsinə bir çoxunun "çat"-laşmaq məqsədilə daxil olması səbəbilə yanaşı, bu şəxslərin ondan asılılığı da var. Bir çoxunun dediyinə görə, bu vəziyyət artıq onlarda vərdiş halını alıb.

Niyə gənclər Facebook-dan asılıdırlar?

“Əslində Facebook kimi sosial şəbəkələrə olan vərdişi bir çox gənclərdə müşahidə etmək olar. Həqiqətən də, bu, bir növ vərdiş halını alıb. Bu gün elə gənclərimiz var ki, 24 saatın minimum 12 saatını kompyuter qabağında keçirirlər. Onlar dərslərdən, vacib işlərdən yayınıb, Facebook-da ünsiyyət qurmağa üstünlük verirlər. Bu isə artıq təhlükəli vəziyyətə çevrilir. Çünki bu cür gənclərimiz dərsdən, təhsildən yayınmış olurlar.

Yaxşı olardı ki, valideynlər uşaqlara nəzarət etsinlər. Çünki Facebook-dan asılılığın sonradan qarşısıalınmaz təhlükəsi ola bilər. Adətən də bu cür sosial şəbəkələrdən bekar insanlar istifadə edirlər. Çünki yalnız vaxtı çox olan insan saatlarla kompyuter arxasında vaxt keçirərək, bu cür vərdiş edə bilər. Bu cür insanlar yaxşı olardı ki, hobbi olaraq özlərinə başqa bir məşğuliyyət tapsınlar. Çünki sosial şəbəkələrdən belə asılılıq, onların gələcəkdə təhsil və iş həyatına da öz təsirini göstərəcək.

Ümumiyyətlə, bu cür insanlar aqressiv olurlar, özlərinə qapanırlar. Artıq onların özünə məxsus sosial dünyaları olur və o dünyanı tərk etmək istəmirlər. Bu cür gənclərin tərbiyəsi belə pozula bilər”, - psixoloq Sevinc Allahyarova deyir.

Bəziləri də Facebook-dan aktiv istifadə etmək səbəblərini informasiyalaşmaq məqsədi ilə bağlayırlar.

“Mən şəxsən Facebook-dan lazım olan informasiyanı yaymaq üçün istifadə edirəm. Bu sosial şəbəkədən istifadə edərək, dostlarımla maraqlı informasiyanı bölüşürəm. Düzdür, mən də hər kəs kimi Facebook-dan ünsiyyət qurmaq üçün istifadə edirəm, lakin vaxtımın çoxu informasiya yerləşdirməklə keçir. Mənim Facebook-da özümə məxsus səhifəm var. Orada dostlarımla hər hansı bir informasiyanı müzakirə edirik”, - Facebook şəbəkəsinin aktiv istifadəçilərindən biri olan 24 yaşlı Tural Səid Əli deyir.

Facebook sosial şəbəkəsinin yaratdığı təhlükələr

“Əslində Facebook-dan istifadənin həm yaxşı, həm də mənfi tərəfi var. Xeyri ondadır ki, bu sosial şəbəkə vasitəsilə biz uzaqda olan qohumlarımızla, dostlarımızla daim ünsiyyətdə oluruq. Yəni məsafədən asılı olmayaraq, daim istədiyimiz adamdan xəbər tuta bilərik.

Mənfi tərəfi isə ondan ibarətdir ki, bu gün gənclərimizin əksəriyyətində Facebook asılılığı yaranıb. Bunun nəticəsi isə, yuxusuzluq, iştahsızlıq, aqressiya və s. kimi fəsadlar olur. Bu gün elə gənclərimiz var ki, Facebook sosial şəbəkəsinin virtual sakininə çevrilirlər. Bu cür uşaqlar artıq ailələrindən, real dostlarından, hətta real həyatdan belə, uzaqlaşırlar. Bu gün Facebook "Troyan 32" virusundan belə təhlükəlidir”, - İnformasiya və Texnologiya institutunun rəhbəri Rasim Əliquliyev deyir.

Facebook haqqında maraqlı faktlar

Qeyd edim ki, Zukerberq Facebook-u 2003-cü ildə Hadvard Universitetində təhsil alarkən təsis edib. Şirkətin özündə 1800-dən çox adam çalışır.

Hal-hazırda Facebook sosial şəbəkəsinin dünyada 800 milyon nəfərdən çox üzvü var. Bunların 200 milyon nəfəri təkcə ABŞ-dadır. Facebook-da hər həftə 3,5 milyarddan çox paylaşma olur. Orta hesabla, hər bir Facebook istifadəçisinin 120 dostu var.

İnsanlar hər gün daha çox Facebookda vaxt keçirirlər. Araşdırmalara əsasən, bir amerikalı günboyu ortalama 4 saat 39 dəqiqəni Facebooka sərf edir. Facebook istifadəçilərinin sayı artdıqca, xərcləri də artır. Hətta reklam gəlirlərindəki artım belə, Facebookun xərclərini ödəmir. Qazanc xərcləri də çox az olduğundan, Facebook-un iqtisadi risklə üzləşmə təhlükəsi var.

Facebook-dan ən çox istifadə edən ölkə İsraildir

ComScore” şirkətinin keçirdiyi araşdırmalar nəticəsində müəyyən edilib ki, Facebook sosial şəbəkəsindən ən çox israillilər istifadə edirlər. Şirkət müəyyən edib ki, bir israilli ay ərzində “Facebook”da təxminən 11,8 saat vaxt keçirir. Bu siyahıda ikinci pillədə Rusiya yer tutub. Bir rus isə vaxtının təxminən 10,6 saatını “Facebook” da keçirir. Üçüncü yerdə isə 10 saatla Argentina yer tutur.

Araşdırma nəticəsində məlum olub ki, türkiyəlilər vaxtlarının 9,3 saatını, çilililər 8,7 saatını, meksikalılar isə 7 saatını Facebook-da keçirirlər.

Təəccüblü olsa da, Facebook-un vətəni olan Amerika vətəndaşları isə bu saytda 6,3 saatlarını keçirərək 13-cü sırada yerləşiblər...


Geri dön

panze girl

  • 16 fevral 2012 17:16
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
bu xeber xosuma gelmedi am

--------------------
gunay

Genc Oglan

  • 15 fevral 2012 04:28
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
mende varam nickim Favorit Oglandi

.♣.Chrysalis.♣.

  • 15 fevral 2012 04:22
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Niyə gənclər Facebook-dan asılıdırlar?
GUNUN 10 SAATINI ORDA KECIRIREM DEMEK OLAR.ORGESMISEM ELE BILIREMKI GIRMEYENDE MENSIZ DARIXACAQ DOSTLARIM winked

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

VIPTOZ

  • 15 fevral 2012 00:24
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
hec girmirem maragim yoxdu olmayacaqda.qrup yoldaslarimnan girenler onun xestesi olub butun gunlerini orda kecirirler tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Dj_Football

  • 15 fevral 2012 00:16
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
gggggggggg təşəkkür bully

elsen_ekberov

  • 14 fevral 2012 23:57
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
cox xowma geldi men de varam orda

receb 89

  • 14 fevral 2012 23:38
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
Maraqlidir. Burda yazilanlarin hamisis bir gerceklikdir.((( recourse

--------------------
SoNsUz QoRxUlArDaNsA QoRxUlU BiR SoN YaXsIdI !!!...

✿Victoria✿

  • 14 fevral 2012 22:16
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
FACE LE HEC BIR ELAQEM YOXDU TESEKKURLER

--------------------

Emirates

  • 14 fevral 2012 21:38
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
maraqlanmiram

RoMaNTiK SerSeRi

  • 14 fevral 2012 21:37
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

GlamouR_

  • 14 fevral 2012 21:33
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
aha duzdur adanda asliloq yaradir ele mende de coox girirem :((

--------------------

kis masali

  • 14 fevral 2012 21:31
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
face-se girmirem qeydiyyatdayam amma deaktiv etmisem duzdu menimde yaxinimda olan insanlar face-se giriler asililiq olub onlarda amma mence buna esas yoxdu face-se girmek bos seylerdi bunlar

--------------------
<3

LeYLi_

  • 14 fevral 2012 21:16
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
maragim yoxdur wink

nar_18

  • 14 fevral 2012 20:26
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqlanmiram teshekkur ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

generation

  • 14 fevral 2012 20:24
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
bilirem virusdurrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

enigmatic_girl

  • 14 fevral 2012 20:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Men facebooka girmirem girmek fikrim de yoxdur....

--------------------

★Adriana★

  • 14 fevral 2012 19:51
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

SeNi_SeVeN

  • 14 fevral 2012 19:48
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
{awards}
ILK SERH MENDEN OLSUN HEDIIYEE
YDA MEN HEC BILMIRDIM FACEBOOK-A BAGLI OLAN LARIN SAYINI X OLDUQLARINI.HETA ONLA VAXTINI KKECIRIRLER.. wink

--------------------

ANGEL OF LOVE

  • 14 fevral 2012 19:48
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
hmm bilmirdimm twk wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}