Can Bonomo: “Ya Azərbaycan, ya da Türkiyə qələbə qazanar”

 
Can Bonomo: “Ya Azərbaycan, ya da Türkiyə qələbə qazanar”

Türkiyənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Can Bonomo APA-ya müsahibə verib

- Azərbaycana ilk gəlişiniz yaddaşınıza necə həkk olundu?

-Burada olduğum müddətdə çox gözəl anlar yaşadım. Azərbaycan sənət dolu bir ölkədir və bunu canlı olaraq gördüm. Bakıda günlərim çox maraqlı keçdi və buna görə qardaş ölkəyə təşəkkür edirəm. Azərbaycanın milli finalında iştirak edən hər bir ifaçı çox gözəl performans nümayiş etdirdi. Qazanan və qazanmayan hər bir finalçını yüksək sənət nümayişindən dolayı təbrik edirəm. Biz hər ifadan böyük zövq aldıq. Bu ölkənin müsabiqədə göstərdiyi yüksək nəticə də məhz yüksək mədəniyyətdən irəli gəlir. Bu cür mədəniyyətə, musiqi tarixinə malik bir ölkənin aldığı qiymət də layiqli olmalıdır. Həyatımda ilk dəfə Bakıya gəldim və burada bizi çox gözəl qonaq etdilər. Maltalı dostlarla da tanışlığım burada oldu və məncə onlar da Bakı və ölkə insanları ilə bağlı mənimlə bərabər çox yüksək fikirdədirlər. Bakıda olan memarlıq abidələri, binalar məni valeh etdi. Həqiqətən də bu ölkə sevilməyə layiqdir.

Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsindən gözləntiləriniz nədir? Can üçün qardaş ölkə Azərbaycan düşərli olacaqmı?

- Əslində nəticə ilə bağlı nəsə demək hələ çox tezdir. Əsas məsələ musiqiləri yarışdırmaq deyil, bütün bayraqları yan-yana toplayıb qardaşlıq mövqeyi göstərmək və bunu ürəkdən etməkdir. Gözəl və istiqanlı Bakıda “Eurovision-2012”nin çox əyləncəli keçəcəyinə əminəm və düşünürəm ki, hər kəs öz ölkəsini çox gözəl şəkildə təmsil edəcək. Bakıda bu müsabiqənin keçiriləcəyi “Crystal Hall” ilə tanış oldum və mənə çox gözəl təsir bağışladı. Azərbaycanın müsabiqədə ev sahibi kimi sözünü deyəcəyinə bir daha əmin oldum. Bu şounu məhz qardaş ölkədə görmək şansını qazanmağın özü bir şansdır və buna sevinirəm. Mən yaradıcılığa 8 yaşından başlamışam. 5 il gitara dərsləri almışam və 19-20 yaşımda özüm mahnılar bəstələmişəm. Bir albomum var. “Eurovision” xəbərini alandan bəri üzərimdə ciddi işləməyə başlamışam.

-Sizin ifa etdiyiniz musiqilər rok üslubu ilə qarışıqdır. Sizcə son illər Türkiyənin “Eurovision” təmsilçilərinin bu üsluba önəm verməsi bir az sıxıcı deyilmi? Ötən il “Yüksək Sədaqət” qrupu finala vəsiqə qazana bilmədi. Can öz vəziyyətini necə qiymətləndirir?

-Mənim üçün “Eurovision” müsabiqəsində iştirak daha önəmlidir. Sıralamadan daha çox, iştirak və gözəl perfomans əhəmiyyət daşıyır. Müsabiqədə iştirakımı gözləmirdim, təmsilçiliklə bağlı çox böyük adlar çəkilirdi. Daha öncə gedən hər kəs bizim bacı və qardaşlarımızdır. Çoxsaylı albom çıxarmış, konsertlər vermiş insanlardır. Amma mənim bu günə kimi yalnız bir albomum çıxıb. Bu böyük işin mənə həvalə edilməsi sürpriz oldu. Bu müsabiqədə təmsilçilikdən qürur və şərəf duyuram. Bizim tərzimizdə alaturka və rok eyni anda istifadə olunur. Güman edirəm ki, elə “Eurovision”da da Türkiyəni öz tərzimizdə bir musiqi ilə təmsil edəcəyik. “Eurovision” yarışmasında Türkiyənin təmsilçiliyini çox uğurlu hesab edirəm. Mənim məqsədim birincilik qazanmaq istəyindən başqa, Türkiyəni bu səhnədə düzgün təmsil etməkdir. Mayın 16-da, doğum günümdə Bakıda olacağam, o səbəbdən də bu təqvim mənim üçün çox önəmlidir. “Eurovision” müsabiqəsi çox dinamik bir yarışmadır və həmin ərəfədə də çoxlu işimiz olacaq. Güman ki, çoxsaylı işlər və hazırlıqlarla bağlı ad günümü daha sadə və sakit qeyd edəcəyəm.

-Müsabiqədə təmsilçi ilə yanaşı, ifa olunacaq mahnı da böyük əhəmiyyət kəsb edir. Sizin mahnı nə vaxt hazır olacaq?

-Mahnını özüm hazırlayıram və artıq bitmək üzrədir. İki həftə sonra “Eurovision-2012” mahnım açıqlanacaq. Bu mahnının Türkiyəyə və mənə uğur gətirəcəyinə ümid edirəm. Bir ölkəni təmsil etmək və bayrağın altında tək dayanmaq çox böyük olaydır. Hazırda bunu çox sakit danışa bilirəm, amma həqiqətən də bu, həyəcanlı bir şeydir. Ağlımda bir neçə fikir var. Həm türk, həm də ingilis dilində mahnı oxumaqla bağlı bəzi düşüncələrim var. Oxuyacağım mahnı özümə aid olacaq. Maraqlı alınmalıdır.

-Qardaş ölkə Azərbaycandan qardaş Türkiyəyə qələbə aparmaq üçün Can səhnədə canını qoyacaqmı?


-Sözsüz ki, canımı da qoymağa hazıram və nəticənin uğurlu olması üçün əlimdən gələni edəcəyəm. İnşallah, bu il də ya Azərbaycan, ya da biz qələbə qazanarıq. Bunun üçün dua edirəm. Mayda yenidən Bakıda görüşmək ümidi ilə…


Geri dön

s_a_b_r_i_n_a

  • 15 fevral 2012 17:31
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
butun olkelere ugurlar....

--------------------

AMALYA 15

  • 15 fevral 2012 13:06
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
KJKJKKJKKJKJKKJKKKKJKJJKKJKJKJJK

... Deryam ...

  • 14 fevral 2012 23:17
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Mənim fikrimcə Türkiyənin qazanmasına imkan verməzlər fellow
iki il ərzində iki müsəlman ölkənin qalibiyyəti xristian ölkələr üçün bir az ağır olar laughing

--------------------

✿Victoria✿

  • 14 fevral 2012 22:33
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

generation

  • 14 fevral 2012 20:16
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

V_I_P

  • 14 fevral 2012 19:38
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
yaxci olan qazanacaq.....

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

al yazmalim:))

  • 14 fevral 2012 19:32
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
Azerbaycandadisa ya Turkiye yada Moskva qalib gelmelidide.melum meseledi

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

KaYfA_SuRgUn

  • 14 fevral 2012 19:31
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

★Adriana★

  • 14 fevral 2012 19:27
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

tontonun anasi

  • 14 fevral 2012 19:26
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
inwallah hak eden qazansin

--------------------

Just for girl

  • 14 fevral 2012 19:16
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
Insallah yaxsi olar

enigmatic_girl

  • 14 fevral 2012 19:15
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm bu Bonomo kimdi eeee tanimiram..

--------------------

J ♥ S

  • 14 fevral 2012 19:12
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
INWAALLAH... erovisionu sebirsizlikle gozleyirem winked

--------------------
J & S ∞♥....

ANGEL OF LOVE

  • 14 fevral 2012 19:12
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
INSALLAH yene biz qazanarig wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}