Obama Ermənistana yardımları azaldır

 
Obama Ermənistana yardımları azaldır

Amerika prezidenti Barak Obama büdcə ilə bağlı təkliflərində Ermənistana göstərilən iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib.

Bununla bağlı Amerika Erməni Milli Komitəsi xəbər yayıb. Obama administrasiyası eyni zamanda Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif edib. Administrasiya bildirib ki, “Türkiyənin güclü qlobal tərəfdaş kimi rolu artmaqda davam edir”.

Barak Obama ilkin olaraq Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, prezident bu rəqəmin 27,219 milyon dollaradək azaltmağı tövsiyə edib. Bu, amerikalı konqresmenlərin təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Buraya narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824 milyon dolları və Ermənistanda səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 milyon dolları əlavə etdikdə, ümumilikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur.


Geri dön

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}