Uitni Hyuston Maykl Cekson kimi ölüb

 
Uitni Hyuston Maykl Cekson kimi olub

Uitni Hyustonun ölümünə səbəb Maykl Ceksonun ölümqabağı qəbul etdiyi həblər ola bilər. Məşhur müğənninin sonunun səbəbini araşdıran müstəntiqlər bu qənaətə gəliblər.

Əvvəlki versiyaya görə, Uitni Hyuston qəbul etdiyi dərmanların orqanizmə reaksiyanın səbəb olduğu ürək tutmasından ölmüşdü. Müğənninin eyni anda həblər və spirtli içki qəbul etmədən ölməsi də istisna deyil. Müğənni bu "kokteilin" təsirindən huşunu itirərək və ya yuxuya gedərək vannada boğula bilər. Həm də Hyustonun qohumları onun suda boğulmadığını deyirlər. Müğənninin ciyərlərində suyun olmaması buna sübutdur. Polislər Hyustonun keçindiyi otel nömrəsində çoxlu həblər, eyni zamanda - ağrıkəsici ibuprofen, antidepressant ksanaks, antibakterial amoksisillin preparatları tapıblar. Son dərmanı müğənniyə boğazındakı ağrılardan şikayət etdikdən sonra təyin ediblər. Bununla yanaşı çoxlu dərman qutuları praktiki olaraq artıq boş olub. Dərman həblərinin çoxu Beverli-Hillzdəki aptekdən əldə edilib. Maykl Cekson da dərman həblərini bu aptekdən əldə edirdi.

Xatırladaq ki, Uitni Hyuston 11 fevral 2012-ci ildə ömrünün 49-cu ilində vəfat edib. Onun cəsədi Los-Ancelesdəki "Beverly Hilton" otelində aşkar edilib. Müğənninin ölüm səbəbi hələ rəsmən açıqlanmayıb. Təhqiqata 4 həftədən 6 həftəyədək davam edəcək toksikoloji ekspertizanın nəticəsi nöqtə qoyacaq. Hyustonun dəfn mərasimi cümə günü onun vətəni Nyu-Cersi şəhərində təşkil ediləcək.Bu ərəfədə məlum olub ki, müğənni ölümündən qabaqkı son 24 saatını Los-Ancelesin klublarındakı gecələrdə keçirib və praktiki olaraq fasiləsiz olaraq spirtli içki qəbul edib. Dostları ilə istirahətdən sonra müğənni təklikdə otelə gedib. O, fevralın 11-də gündüz vaxtı vanna qəbul etmək istəyib. Bir müddətdən sonra stilisti və cangüdəni onu vannada hərəkətsiz uzanmış vəziyyətdə tapıblar və heç cür kömək edə bilməyiblər.Uitni Hyuston son 8 ildə 3 dəfə narkotik asılılığından müalicə olunub. Ekspertlər müğənninin bununla həm özünü, həm də istedadını öldürdüyünü deyirlər. Narkotik müğənninin 5 oktavalıq səsinin gücünü itirmişdi. Hyuston son zamanlar ancaq falset oxuya bilirdi.

Uitni Hyustonun və onun prodüseri Klayv Devis böyük ümidlə müğənninin 50 illik yubileyi astanasındakı dünya turuna bel bağlamışdılar. Güman edilirdi ki, 2013-cü ilə planlaşdırılmış qastrollar 30 milyon dollardan çox qazancla birlikdə, Hyustonun itirilmiş populyarlığını da qaytaracaqdı.

Pop-musiqi kralı Maykl Cekson 25 iyun 2009-cu ildə Los-Ancelesdəki evində ömrünün 51-ci ilində vəfat edib. Polislərin onun ölümündən əvvəl güclü təsiredici yuxu dərmanı qəbul etdiyini aydınlaşdırıblar. Elə bu dərmanlar da onun ölümünə səbəb olmuşdu.

2011-ci ilin yanvarında müğənninin müalicə həkimi Konrad Myurrey qəsdsiz ölümdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldı və noyabr ayında onu günahkar elan etdilər.


Geri dön

winxclub_bloom

  • 16 fevral 2012 01:53
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
ALLAH REHMET ELESIN!

--------------------

generation

  • 15 fevral 2012 23:29
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

s_a_b_r_i_n_a

  • 15 fevral 2012 23:22
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
ALLAH rehmet elesin...

--------------------

VIPTOZ

  • 15 fevral 2012 22:19
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bundan qabaqki xeberde yzilmisdi ciyerlerinde yeterli qederde olmasa su tapilmisi.burda suyun olmadigi yazilib neise tsk


--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

kis masali

  • 15 fevral 2012 21:59
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
allah rehmet elesin

i will always love you

--------------------
<3

receb 89

  • 15 fevral 2012 21:14
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
Allah rehmet etsin. Bunlar behanedir. onun da alin yazisi ora qederdir

--------------------
SoNsUz QoRxUlArDaNsA QoRxUlU BiR SoN YaXsIdI !!!...

GlamouR_

  • 15 fevral 2012 21:03
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
yaxwi sesi vardiyte ALLAh rehmet elesin ((

--------------------

enigmatic_girl

  • 15 fevral 2012 21:02
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ALLAH rehmet elesin..

--------------------

tontonun anasi

  • 15 fevral 2012 20:30
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ALLAH HER IKISINE REHMET ETSIN.HER NECE OLUBSE ARTIQ O DUNYADADIRLAR OLUNUN DALINCA DANIWMAZLAR

--------------------

V_I_P

  • 15 fevral 2012 20:26
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
rehmetlik oldu getdi yenede onun haqqda daniwirlar. gunahdir. allah rehmet etsin.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

★Adriana★

  • 15 fevral 2012 20:16
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

✿Victoria✿

  • 15 fevral 2012 20:13
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

★Miss Love★

  • 15 fevral 2012 20:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
xebere gore sagol

al yazmalim:))

  • 15 fevral 2012 20:12
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tsk

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

YaKiWiKLi SeRSeRi

  • 15 fevral 2012 20:10
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
tesekkur maraqli xeberdi wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}