Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (27,28)

 
Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (27,28)

Sual: 27. Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?
Cavab: “Üçüncü dalğa” kitabının müəllifi amerikalı jurnаlist Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir:
a) Dövrümüz “ən çox” dövrüdür. Ən çox tamaşaçısı olan film ən yaxşı film sayılır...
b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya səhnəsində siyasi qüdrət idi. Getdikcə siyasətin yerini iqtisadiyyat tutdu. Bir gün iqtisadiyyat öz yerini elmə verəsidir. Çünki gələcəkdə dünya səhnəsində yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət sahibi olacaqlar.
v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri qərb olacaq.
q) Liberal demokratiyanın nöqsanları olsa da, bəşər cəmiyyəti üçün ən yaxşı yol bu ideologiyadır.
Nəticə: Dünyanın gələcəyi qərb liberalizminindir.
Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik:
1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər
2. Birinci müqəddimədə insanın istəyi istənilən bir şeyin meyarı sayılır. Hansı ki, ölçü əqlin hökmü və nəql olunanlardır. Allah-təala buyurur: “Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur ki, zərərinizə olan bir şey istəyirsiniz.”
3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət meyarı sayılır. Hansı ki, zor gücünə siyasi hökmranlıq və xalqın istismarı iğtişaş və istibdaddan savay ərmağan gətirmir.
4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu?
5. Siyasi nəzəriyyəçinin vəzifəsi gələcək haqqında öz zənn-gümanını bəyan etmək yox, cəmiyyətin xeyrini nəzərə alaraq proqram hazırlamaqdır.
6. Kapitalizm quruluşu cəmiyyətə xoşbəxtlik, yoxsa ciddi təbəqələrarası qarşıdurma gətirib?
Elə buna görə də Tafler belə deyir: “Cəmiyyətimizin (qərb cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur.”

Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür?
Cavab: Qərb nəzəriyyəçisi Samuel Hantinqton tarixin sonu haqqında deyir:
a) Gələcəkdə millətlər və qruplar arasında baş verəcək əsas qarşıdurma ideologiya və iqtisadiyyat sahəsində yox, mədəniyyət, sivilizasiya sahəsində olacaq.
b) Dünyada səkkiz mədəniyyət cərəyandadır: qərb, konfusiçilik, yapon, İslam, Hindu, Slavyan, Ortodoks, Latın Amerikası mədəniyyətləri.
v) Mədəniyyətlərin dialoqu mühümdür.
d) Mədəni özünüdərk tərəqqidədir.
q) Qərbin rəftarı digər mədəniyyətlərdə özünüdərkin tərəqqisinə səbəb olmuşdur.
ş) İslam və qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır.
c) Sonda İslam və konfusiçilik birləşərək qərb mədəniyyətinə qarşı duracaq.
Nəticə: Mədəniyyətlərin savaşı dünya savaşının son təkamül mərhələsidir və sonda qərb mədəniyyəti qalibdir.
Uyğun baxışa iradlarımızı bildiririk:
1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir.
2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir.
3. Nəzəriyyəçi “sivilizasiya” anlayışını “mədəniyyət” anlayışı ilə qatışıq salır. Hansı ki, bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və görünən tərəfləri var. Mədəniyyət isə daha çox zehn və mənəviyyata aiddir. Sənət, fəlsəfə, hikmət, ədəbiyyat, e`tiqad mədəniyyətin əhatə dairəsindədir. Sivilizasiya isə daha çox insanın cəmiyyətdəki maddi ehtiyaclarını əks etdirir. Sivilizasiya daha çox ictimai, mədəniyyət isə fərdi yönümə malikdir. Sivilizasiya insanın cəmiyyətdəki təkamülünü təmin edir. Mədəniyyət isə fərdi təkamül yönümünü işıqlandırır. Sivilizasiya və mədəniyyət əlaqəli də olsa, fərqli anlayışlardır.
4. “Nəzəriyyəçi qərbə aydın bir tərif vermək əvəzinə, onu Amerika mehvər olmaqla vahid bir mövcud sayır. Hansı ki, Bzejinski qərb nizamındakı daxili fəsadı Amerikanın qüdrətini hədələyən bir amil kimi göstərir.
5. Nəzəriyyəçi iki mədəniyyət arasındakı ziddiyyəti tarixi zərurət sayır və bu ziddiyyətin aradan qaldırılmasını mümkünsüz bilir. Beləcə, qərb İslam sivilizasiyasının çiçəkləndiyi ölkələrə qarşı hərbi qüdrətini gеnişlәndirir. Hansı ki, mədəniyyət ixtilafı adlanan bu ixtilaf qərbin çirkin siyasətindən qaynaqlanır. Bu ixtilafları məsihilik və İslamın ayağına yazmaq olmaz. Vill Dorant deyir: “Məhəmməd (s) məsih dini ardıcıllarına nöqsan tutsa da, onlara qarşı nikbin münasibətdədir. O, məsih ardıcılları ilə öz ardıcılları arasında dostluq rabitələrinin olması istəyindədir.”
Robson deyir: “Yalnız müsəlmanlar öz dinlərinə möhkəm bağlanmaqla digər dinlərlə müdara ruhunu saxlaya bilirlər.”
Adam Metz isə belə deyir: “İslam hakimiyyəti dövründə kilsələr və sovmiyələr elə tə`sir bağışlayırdı ki, sanki məsihi hakimiyyətindədirlər. Bir çox ölkələrdə mövcud olan bu sayaq müdara ənənsi qərbə heç orta əsrlərdə də tanış deyildi.”


Geri dön

nar_18

  • 17 fevral 2012 13:45
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Adriana★

  • 16 fevral 2012 18:50
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
♥♥♥♥ tesekkurler

--------------------

KaYfA_SuRgUn

  • 16 fevral 2012 18:31
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

✿Victoria✿

  • 16 fevral 2012 18:23
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

faithful

  • 16 fevral 2012 17:59
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allsh razi olsun

enigmatic_girl

  • 16 fevral 2012 17:21
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 78

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 38
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}