Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (29,30)

 
Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (29,30)

ƏSRİN İMAMI MEHDİ SAHİBƏZ-ZAMANLA (Ə) TANIŞLIQ 500(23,24)

Sual: 29.
Mütərəqqi bəşəri qanunlar insanı kamilləşdirə bilərmi?

Cavab:
Bəziləri iddia edirlər ki, bəşəriyyət tarix boyu qazandığı təcrübələr əsasında onu xoşbəxtliyə çatdıracaq qanunlar tənzimləyə bilər. Guya, çətinlikləri araşdırıb, onların həlli yolunu müəyyənləşdirməklə son məqsədə yetişmək mümkündür.

Uyğun mülahizələrə belə cavab vermək olar:

1. Bəşəriyyət vəhy və qeyb aləminin yardımı olmadan hansı yolun daha xeyirli olduğunu müəyyənləşdirə bilməz. Vəhyə müraciət etmədən İslami göstərişləri əldə etmək mümkünsüzdür.
2. Bir qrupun və şəxsin mənafeyinə xidmət edən qanunlar, adətən, cəmiyyətin ehtiyaclarına cavab vermir. Bütün bəşəriyyətin ehtiyaclarına cavab verəcək qanunları yalnız ilahi məqama malik olanlar tənzimləyə bilər.
3. İnsanlar arasında düşüncə və səliqə fərqləri olduğundan vahid qanunların tənzimlənməsi mümkünsüzdür.

Sual: 30.
Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi?

Cavab:
Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.

Dünyanın təkqütblü edilməsi hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir.
Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: “Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin.” Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi. Yunanyazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: “Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.”

Amerika filosofu Vilyam Luid (1838) deyir:
“Nə qədər ki, dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc yanaşı yaşayışa nail olmayacaq.”

Məşhur İtalyan ədibi Dante deyir:
“Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır.”
Rassel deyir: “Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır.”
Ata Corc Buş deyir: “Dünyanın yeni nizamı birləşmiş ştatların rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O konqresdəki çıxışında belə demişdir: “Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır.”

İradlarımız:

1. Amerikanın özündə Birləşmiş Ştatların dünyaya hakimliyinin mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var.
Bzejinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: “Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir çox sahələrdə təhlükədədir.”
2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir.
3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt biganələrin hakimiyyətini qəbul etməyəcək.
Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumdünya ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər.


Geri dön

★Adriana★

  • 17 fevral 2012 17:11
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
TESEKKURLER

--------------------

enigmatic_girl

  • 17 fevral 2012 13:44
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler...

--------------------

nar_18

  • 17 fevral 2012 12:52
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
deyerli xebere gore teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Ahli-Shia313

  • 17 fevral 2012 12:26
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH razı olsun bacım.inşəALLAH duaların müstəcab olar.Çox gözəl yazıdır!

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

Mary

  • 17 fevral 2012 11:33
  • Məqalə: 4
  • Şərh: 268
  • Bal:
{awards}
tesekkur ediram

seadet iwigi

  • 17 fevral 2012 11:14
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
tewekkurler,ezizim,ALLAH t.t qelbinde olan gizli hacetlerini versin,REBBIM t.t oz inayetini,merhemetini,meqfiretini senin uzerinden eskik etmesin,inwa ALLAH.....bu Cume gunu ucun esl hediyye oldu,lap yerine duwdu.......canim bacim....

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

✿Victoria✿

  • 17 fevral 2012 11:07
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 36
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}