Mənim ana dilim

 
Mənim ana dilim

Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəllədirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.

Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini cəhd edir.

Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir.

Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir.
Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir.

Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən,
Qəlbimə günəşin özüylə axdın.


Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”

İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.

Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli şairimiz Nəbi Xəzrinin şerindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:

Ucalır bağçada bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bil ötür bu dilde


Geri dön

Qunduz2

  • 19 fevral 2012 01:19
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
Hmmmmmmmmmm











girl_girl

  • 17 fevral 2012 22:35
  • Məqalə: 19
  • Şərh: 255
  • Bal:
{awards}
tesekurler

--------------------

kis masali

  • 17 fevral 2012 20:23
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
tesekkurler

--------------------
<3

enigmatic_girl

  • 17 fevral 2012 15:19
  • Məqalə: 2097
  • Şərh: 12944
  • Bal:
{awards}
Menim ana dilim, menim kimliyim,
Pasportum, ozume oz hakimliyim..... winked

--------------------

RoMaNTiK SerSeRi

  • 17 fevral 2012 13:57
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Elturk

  • 17 fevral 2012 12:38
  • Məqalə: 16
  • Şərh: 59
  • Bal:
{awards}
Emeye gore tesekkur ama bizim dilimiz Azerbaycan dili deyil. Bizim dilimiz Azerbaycan turkcesidir.Azerbaycan dili mentiqle sade bir mentiqle dusunende bele gulmeli cixir. İngiltere dili Almaniya dili Yaponiya dili Macaristan dili Gurcustan dili Azerbaycan dili. gulmelidi ele deyil?

--------------------
Bir işə min hümmətimiz var bizim!
Bax, necə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim;
Ay bərəkallah bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

nar_18

  • 17 fevral 2012 12:24
  • Məqalə: 0
  • Şərh: 3339
  • Bal:
{awards}
eziyyete gore teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Elnura

  • 17 fevral 2012 12:18
  • Məqalə: 13
  • Şərh: 66
  • Bal:
{awards}
Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən,
Qəlbimə günəşin özüylə axdın.


DoN_GeL

  • 17 fevral 2012 11:30
  • Məqalə: 1
  • Şərh: 94
  • Bal:
{awards}
twkler eziyyete gore

--------------------
SEVGI BIR NARKOTIKE BENZER..HER ZAMAN ISTERSIN..DAMAR NARKOTIKI TELEB ETDIYI KIMI,UREYDE SEVGINI TELEB EDIR..AMA BEZEN O SEVGINI SENDEN ALIRLAR..BAX ONDA UREY YAWAMAGA STOP EMRINI VERIR....

Mary

  • 17 fevral 2012 11:25
  • Məqalə: 4
  • Şərh: 268
  • Bal:
{awards}
tesekkur ediram

✿Victoria✿

  • 17 fevral 2012 10:51
  • Məqalə: 257
  • Şərh: 3407
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Rocker_boY.

  • 17 fevral 2012 10:38
  • Məqalə: 0
  • Şərh: 124
  • Bal:
{awards}
xebere gore twk

--------------------
by_edi
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 47
Cəmi: 81

 

Top 10 Müəllif

SiYiNeMe
Xəbərləri: 34
Cəmi: 909
 
azer_
Xəbərləri: 34
Cəmi: 532
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 33
Cəmi: 292
 
Sαmmyyy_✰
Xəbərləri: 28
Cəmi: 350
 
Islam_awki
Xəbərləri: 27
Cəmi: 105
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 26
Cəmi: 227
 
EsKeR_BaLaM
Xəbərləri: 26
Cəmi: 67
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 22
Cəmi: 220
 
Light_Of_God
Xəbərləri: 21
Cəmi: 76
 
★Glamurka AnGeL★
Xəbərləri: 20
Cəmi: 72