Göz niyə quruyur?

 
Göz niyə quruyur?

Nəzərə alsaq ki, insan informasiyanın 80%-ni gözlər vasitəsilə alır, bu hal həqiqətən dəhşətlidir. Bunun səbəbini mütəxəssislər yeni texnologiyalarda görürlər. Kompüter istifadə etməkdən tutmuş telefonlara qədər hər bir modern əşya gözlərimizə düşmən kəsilib. Göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruluq, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır. Bəs görəsən, kompüter necə olur ki, gözlərimizin qəniminə çevrilir?

Həkim oftamoloq Hacı Hacıyev bunu gözlərimizin anatomik quruluşu ilə izah edir. Onun sözlərinə görə, gözlərimiz hərəkət etməli, uzaqlığa görə kiçilib-böyüməlidir. Lakin kompüterin monitoru arxasında 6-7 saat vaxt keçirən insanın gözləri bu imkanlardan istifadə etmir. Nəticədə isə gözlər tək bir nöqtəyə zillənnərək, göz qırpılmır və quruluq yaranır. Gözdə yorğunluq hiss olunur: “Gözlərin qurumaması üçün göz qırpmaq çox vacibdir. Gözləri gec-gec qırpdıqda isə göz qapaqları açılıb örtülən zaman konyuktivlər cızılır. Bu isə ağrı verir. Quru göz sindromu ofis şəraitində çox işlədikdə, uzunmüddətli avtomobil gəzintiləri, kondisoner havasında uzun vaxt keçirdikdə və s. yaranır. Məsələn, 1 saatdan artıq kompüter qarşısında fasizləsiz işləmək də sözsüz fəsadsız ötüşmür. Odur ki, mütləq gözə istirahət vermək lazımdır. Belə insanlarda əsasən gözdə acışma hissi, quruluq hissi, gözün qızarması, qaşınma, gözdə yad cism hissiyyatı, kompüterlə iş zamanı gözün tez yorulması, göz qapaqlarının şişkinliyi və qızarması, bəzən gözün dumanlanması, işıqdanqorxma kimi əlamətlər müşahidə edilir. Bu problemi yaşayan kəslərə, ilk növbədə, müxtəlif göz damcılarından istifadəni, ikinci dərəcədə isə vitaminlərin qəbulunu məsləhət görürəm. Vitminlərin qəbulu həm immuniteti möhkəmləndirir həm də gözün görmə qabiliyyətini yaxşılaşdırır. Damcılar isə gözdə yaranmış quruluğu, yanma, göynəmə hissini aradan qaldırır”.

Mütəxəssislərin araşdırmalarına görə, kompüterin digər ziyanı ekrandakı görüntülərin real həyatdan fərqli olması ilə izah edirlər. Çünki ən yaxşı ekran olsa belə, gözün xarakterindən asılı olaraq real görüntülərin yerini vermir. Bundan başqa, radiasiya da gözün işləmə prinsipinə maneə törədən təsirlərdəndir.

Bu təsirləri minimuma endirmək, gözləri mənfi hallardan qorumaq üçün mütəxəssislərin fikirlərindən yararlanmaq faydalı olar.

1. Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayıtmasını təmin edir.

2. Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalışın ki, ekran dik formada, yəni sizə paralel olsun.

3. Monitorlar üçün filtr şüşələr gözlərə zərər verən ultrabənövşəyi şüaların qarşısını alır. Bu məhsullardan istifadə çox faydalıdır.

4. Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Həkiminizlə məsləhətləşərək ala bilərsiniz.

5. A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük verin.


Geri dön

kis masali

  • 17 fevral 2012 21:14
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
tesekkurler

--------------------
<3

✿Victoria✿

  • 17 fevral 2012 20:15
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Dalga

  • 17 fevral 2012 19:42
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Men komputer qarwisinda oturanda menim gozlerimde qizarma ve yad cisim duwme kimi hallar olurdu Hekime getdim ilk once komputer qarwisinda az otur ve her oturanda acqi taxmagi meslehet gordu Tewekkurler

--------------------

enigmatic_girl

  • 17 fevral 2012 19:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
gozumle problemim yoxdu...tesekkurler...

--------------------

★Adriana★

  • 17 fevral 2012 16:56
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

lamiye19

  • 17 fevral 2012 16:03
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
twk ela xeberdir

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

J ♥ S

  • 17 fevral 2012 15:42
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
uje kor olmuwam... tewekkur...

--------------------
J & S ∞♥....

Mehri_94

  • 17 fevral 2012 15:23
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
tesekkurler

--------------------
R :love: M

nar_18

  • 17 fevral 2012 14:43
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

... Deryam ...

  • 17 fevral 2012 14:38
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
recourse recourse Lazımlı məlumatlardı tşklər

--------------------

★Miss Love★

  • 17 fevral 2012 14:38
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
menimde cox baxanda kompa gozum agrir,xebere gore sagol

RoMaNTiK SerSeRi

  • 17 fevral 2012 14:00
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}