Son sözlər

 
Son sözlər

Seyid Əzimin məzar daşında yazılan sözləri şairin gələcəyə olan inamını, əbədiliyini ifadə etməkdədir:
Mövti-cismani ilə sanma mənim ölməyimi
Seyyida, ölmərəm, aləmdə səsim var mənim

***

Mirzə Ələkbər Sabir müasirlərinin dediyinə görə ömrünün son vaxtlarında bu şeir parçasını söyləyirmiş:

Bir səfa bulmadıq bu aləmdə,
Başqa bir aləmə varıb gedəlim;
Bir ovuc xaki xakə tərk edəlim,
Mədfəni-şumi-ali-adəmdə

***

1925-ci ildə ölümündən azca əvvəl Nərimanovun 5 yaşlı oğulu Nəcəfə yazdıqları sanki vəsiyyət idi:
"Əziz oğlum Nəcəf! Əgər mən yaşasam, səni elə böyütməyə çalışacağam ki, sən bəşəriyyət üçün faydalı adam olasan; əgər mənə əcəl aman verməsə, səndən təvəqqe edirəm. Mənim insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər... Ümid edirəm ki, sən öz işinlə mənim əməllərimi daha da dolğun edəcəksən"

***

Məmməd Səid Ordubadi xəstə yatağında ikən tanışları onu yoxlamağa gəlirlər. Halını soruşurlar:
- Ayrılırıq, dünyanın işi mürəkkəbdir, bəli ayrılırıq. İşlərim tökülüb qaldı...
Bir azcıq sükutdan sonra üzünü yazıçı jurnalist Məmməd Əkbərə tutub dedi:
- Zəhmət olmazsa, dur pəncərənin o biri tayını da aç...
Ordubadi pəncərədən yaşıllığa diqqətlə bir xeyli baxdı, köksünü ötürdü, gözləri yaşardı və dedi:
- Ayrılırıq... Görürsünüzmü baharın lətafətini?! Heyf, çox heyf ayrılırıq... Güllər, çiçəklər torpaqdan baş qaldırır. Mən isə torpağa gedirəm. Dünyaya baharda gəlmişəm, baharda da gedirəm...
Həmin niskilli sözlərdən bir neçə vaxt sonra, mayın 1-də ədib əbədi yuxuya getdi.

***

Cəfər Cabbarlı ölməmişdən bir neçə gün qabaq yoldaşı Sonaya deyir:
- Ay Sona, bizim nəsil çox yaşamır, bir də adam bilsə ki, min ildən sonra öləcək, indidən bağrı çatlayar, ancaq nə vaxt öləcəyini bilmədiyindən, o, ümidlə yaşayır
Böyük dramaturq gözlərini əbədi yumduğu gün isə çox istədiyi böyük bacısı Törəyə və Sonaya belə bir yuxu danışır:
- Bilirsiniz, nə var? İndicə yatmışdım, yuxuda gördüm ki, ölmüşəm. Məni apardılar, özüm də ayığam, siz ağlayırsınız, sizə ağlamayın demək istəyirəm, amma qüvvətim çatmır. Axırda bütün qüvvətim yığıb sizə deyirəm ki, ağlamayın, ölməmişəm. Əgər işdir, birdən ölüb eləsəm, uşaqlardan muğayat olun.
Sona xanım zarafatla deyib:
- Ölmək ölməməkdir, ağlamaq da gülmək.
Elə həmin gün dramaturq vəfat etmişdir...

***

Virginia Woolf - Müasir ədəbiyyatın ən görkəmli simalarındandır, İngiliz yazıçı Virginia Woolf, yeni bir sinir xəstəliyini özündə hiss etdi və ciblərinə daş dolduraraq özünü Ouse çayının sularına atdı. Yazıçının həyat yoldaşına yazdığı qeyddə bunlar yazılmışdı: Şübhəsiz, yenə dəli olduğumu düşünürəm. Bu dəhşət zamanların bir yenisinədaha dözə bilməyəcəm. Və bu dəfə sağalmayacam. Səslər eşitməyə başladım, konsantrasiya la bilmirəm. Buna görə, ən doğru görünəni edirəm. Hayatını daha çox bərbad etməyəcəm. Bizdən daha xoşbəxt iki insan düşünə bilmirəm.

***

Robert Louis Stevenson - Şotland şair ve roman yazıçısı Stevenson, sağlamlığı pisləşdiyi üçün 1890 ilində Samoaya köçdü. Bioqrafiyasının yazana görə, məşhur yazıçı gün batanda olduğu evin aşağı mərtəbəsində idi və Amerikada verəcəyi konfranslar haqqında danışmağa başladı. Sonra birdən başını iki əlinin arasına alan Stevensen son sözlərini dedi: Qəribə görünürəm? deyə soruşdu. Bu sözlərin ardından dizlərinin üstünə düşən yazıçı huşunu itirdi.

***

Samuel Johnson - Əsərləriylə İngilis ədəbiyyatına böyük töhfə vermiş yazıçının ağrı içində qıvrılaraq son sözü "Ölürəm" oldu.

***

James Joyce - 'Ulysses' adlı romanıyla ədebiyyat dünyasına damğasını vurmuş olan Dublinli yazıçı James Joyce, ölmədən öncəki son sözləriylə belkə də gec qalınmış bir üzləşmə yaşayırdı iç dünyasında. Roman janrının ən yüksək səviyyəli əsəri olaraq göstərilən 'Ulysses' haqqında çox yazılar oldu. Anlaşılması olduqca çətin olan əsərlərin sahibi, XX əsr İngilis ədəbiyyatının ən önəmli yazıçısı olaraq bilinən Joyce, ölmədən öncə son olaraq bunları dedi: "Kimsə anlamadımı?"


Geri dön

GlamouR_

  • 21 may 2011 16:56
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
sps twk fellow

--------------------

Fan_Efron

  • 12 mart 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
MENIM UCUN BUNLAR MARAQLI DEYIL TWK

--------------------
Fan_Efron+jasmine villaqes=love

Yusif

  • 5 noyabr 2010 15:49
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
wink tesekkurlerrrrrr

Ulya

  • 26 oktyabr 2010 20:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

Azeri_Gozeli

  • 26 oktyabr 2010 19:36
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}