Ən-Nəcm (Ulduz) surəsi

 
Ən-Nəcm (Ulduz) surəsi


Bismillahir-rəhmanir-rəhim!
1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,
2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!
3. O, kefi istəyəni (havadan) danışmır.
4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.
5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.
6. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü.
7. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.

8. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
9. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.
10. Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.
11. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).
12. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?
13. And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me'rac vaxtı) görmüşdü;
14. (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.
15. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə'va cənnəti onun yanındadır.

16. O zaman Sidrəni nələr bürümüşdü, nələr!
17. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).
18. And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö'cüzələrindən) bir qismini (Beytül-mə'muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.
19. (Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!
20. Digər üçüncü (büt) olan Mənat da həmçinin?!
21. Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!
22. Elə isə bu ədalətsiz bölgüdür!
23. Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur'an və Peyğəmbər) gəlmişdir.

Gelin dostlar özumuze Allahi dost tutaq,cunki en gözel dost odur.


Geri dön

enigmatic_girl

  • 18 fevral 2012 13:20
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Tesekkurler.....

--------------------

ibn xatun_2011

  • 17 fevral 2012 23:02
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
GELİN DOSTLAR ÖZÜMÜZE ALLAHI DOST TUTAQ,ÇÜNKİ EN GÖZƏL DOST ODUR.

ALLAH DAİM OLANDIR....



--------------------

✿Victoria✿

  • 17 fevral 2012 19:51
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

.♣.Chrysalis.♣.

  • 17 fevral 2012 19:37
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
COX SAG OL CANIM EZIYYET UCUN ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}