İnkar edənlərin ölüm anı

 
İnkar edənlərin ölüm anı


İnsanlar ölümü düşünməkdən şiddətlə qaçslarda ölüm, heç gözləmədikləri bir anda və gözləmədikləri bir şəkildə qarşılarına çıxacaq. Ölümdən qaçış yoxdur.

"Harda olursunuz olun, hətta uca, möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq! (Nisa surəsi - ayə 78)"

Daha əvvəl heç, öldükdən sonra təkrar dirilib, ölüm anında yaşadıqlarını izah edən bir adam olmamışdır. Ölüm anında yaşanacaqları öyrəndiyimiz tək qaynaq, bizlərə həyatı bəxş etdiyi kimi, adı qoyulmuş bir zamanda da geri alınacaq olan Rəbbimizin kitabı Quranda, açıqca və detallı olaraq izah edilmişdir.

Quranda, ölüm əsnasında ətrafdakı insanların görə bilmədiyi, ancaq ölən adamın həmsöhbət olduğu görünüşlər olduğundan bəhs edilər.

"Can boğaza yetişdiyi zaman, siz ona baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz bunu görmüzsünüz. "(Vaqiə surəsi - ayə 83, 84, 85)

"Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. ALLAH bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çətinliklə çıxmasını istər." (Tövbə surəsi - ayə 85).

Ayədə də xəbər verildiyi kimi inkar edənlər, dünya nemətlərinə aldanmış və boş əməllərlə əylənib ölümü unutmuşlar. Ancaq inkarçıların unutduqları ölüm yetişdiyi zaman, yaşadıqları son peşmanlıq artıq fayda verməyəcək, malları və uşaqları da onların çətinlik içində çıxan canını əsla geri ala bilməyəcək.

Ölüm anında, ölən adamın görünüşü ilə ətrafında olanların görünüşləri çox fərqlidir. Yuxusunda, heç acı çəkmədən öldüyü düşünülən insan, əgər bir inkarçı isə, canı çətinlik və acı içində alınar. Yenə çox acı çəkərək öldüyü düşünülən insan, əgər möminsə, onun canı da mələklər tərəfindən asanlıqla və ağrısız alınar. Mömin üçün ölüm, əsla qorxulacaq bir şey deyil. Ölümlə birlikdə asanlıqla canı alınan möminin, Cənnət görünüşü başlayar.
Mələklər, gözəlliklə canlarını aldıqlarında:

"Sizə salam olsun! Etdiyiniz gözəl əməllərə görə Cənnətə daxil olun!" deyərlər. (Nəhl surəsi - ayə 32)"

Ölüm inkarçı üçün sonsuz əzabın yüngül bir başlanğıcıdır yalnız. İnkar edənlərin canları, üzlərinə və kürəklərinə vurularaq, boğazlarından tikanlı kollar çəkilib çıxardılarcasına acı içində alınar.

" Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Mühəmməd surəsi - ayə 27, 28)"

Ölüm mələklərinin, inkarçılara verdikləri əzab müjdəsi isə belədir:

"Ya Rəsulum! Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: " Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin! Bu əzab sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa ALLAH bəndələrinə əsla zülm edən deyildir! (Ənfal surəsi - ayə 50, 51)"

Ölümlə birlikdə ruh bədəndən ayrıldıqdan sonra, artıq bədənin heç bir dəyəri qalmaz. İnsanın həyatı boyunca baxımlar etdiyi, qoxular sürdüyü, bəslədiyi bədəni, bütün mənasını itirər. Çünki torpağın altına girdiyi andan etibarən bədən, sürətli bir parçalanma müddətinə girər. Qazın diafraqmaya etdiyi təzyiqə görə ağızdan və burundan qanlı köpüklər gəlir. Qarın bölgəsində toplanan qazlar dərini zəif nöqtəsindən partladaraq bədəndən pis qoxular gələr. Geridə qalan görünüş isə, hələ ölümlə tanış olmayan insanlar üçün, üzərində düşünülüb öyüd alınması lazım olan əhəmiyyətli bir mövzudur.

Bir saat və ya bir gün sonra siz də ölüm mələyiylə qarşılaşa bilərsiniz. Bu ana qədər oxuduqlarınız, bəlkə ölüm və sonrası üzərində düşünməyiniz üçün sizə edilmiş son xəbərdarlıq ola bilər. Ölüm hər şeyin sonu deyil, əsl başlanğıcıdır. Ölüm anında canınızın asanlıqlamı çıxmasını istəyərsiniz, yoxsa çətinlik içində, üzünüzə və kürəyinizə vurularaqmı? ALLAH, insanlara bütün bunları düşünəcək və tətbiq edəcək qədər müddət vermişdir. Ancaq əhəmiyyətli bir detal da vardır ki, sizə tanınan müddət ölümlə birlikdə sona çatacaq. Ölümün nə vaxt gələcəyini bilmədiyimizə görə, təxirə salacaq vaxtımız da yox deməkdir. Çünki son peşmanlıq fayda etməyəcək.

"Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi burdan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, dünyada edirdik!" Onlara belə deyəcik: " Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə, siz kafirləri ALLAHın əzabı ilə qorxudan Peyğəmbər də gəlmişdi. Dadın cəhənnəm əzabını! Zalımların imdadına çatan olmaz! (Fatir surəsi - ayə 37)"


Geri dön

Yusif

  • 5 noyabr 2010 15:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Sitat: sevgi yalandir
tewekkurlerr

Sitat: Azeri_Gozeli
Allah razi olsun

wink

Grace_Angel

  • 26 oktyabr 2010 23:40
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...cox maraqla oxudum...deyerli xeber ucun ALLAH RAZI OLSUN!!!

--------------------

Ulya

  • 26 oktyabr 2010 20:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Alah razi olsun

sevgi yalandir

  • 26 oktyabr 2010 20:04
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 26 oktyabr 2010 19:44
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}