Əmr Be Məruf və Nəhy əz Münkər barəsində olan ayə və hədislər

 
Əmr Be Məruf və Nəhy əz Münkər barəsində olan ayə və hədislər

"(Ey müsəlmanlar!)
İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.”

"(Ey müsəlmanlar!)
Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha inanırsınız.”

"Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”

"Özünüzü və ailə-uşaqlarınızı (yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməklə) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.”

Əmr be məruf və nəhy əz münkər Allahın yaratdığı iki gözəl şeydir; hər kəs onlarla dostluq etsə (Allah yanında) əziz, hər kəs onları tərk etsə zəlil olar.
İmam Məhəmməd Baqir (ə)

Onlar (əmr be məruf və nəhy əz münkər) qüdrət sahibi olub, özünün, dostlarının və yaxınlarının canından qorxmayan hər bir kəsə vacibdir.
İmam Cəfər Sadiq (ə)

Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr be məruf və nəhy əz münkərdir. Onlar nə insanın ömrünü qısaldır, nə də ruzini azaldır.
İmam Cəfər Sadiq (ə)

Mənim ümmətim əmr be məruf və nəhy əz münkər etdikləri müddətdə xeyr və səadət içində olarlar, əks təqdirdə, əmlaklarında olan bərəkət çəkilər, bəziləri bəzilərinə hökmranlıq edər; belə ki, onlar yerdə və göydə özlərinə kömək edəcək heç bir kəs tapmazlar.

Vay olsun o millətə ki, əmr be məruf və nəhy əz münkəri öz dini proqramlarının tərkib hissəsi hesab etməsinlər.
İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə)

Əgər onlar (əmr be məruf və nəhy əz münkər) olmasa, sizin ən şər adamlarınız sizə hökmranlıq edər və ən xeyirli adamlarınızın nifrini qəbul olmaz. Rəsuli-Əkrəm (s) buyurub: "Mənim ümmətim bu iki vəzifəni bir-birlərinin öhdəsinə atsa, ilahi əzabın gəlməsinə hazır olsun.”
İmam Rza (ə)

Əgər camaat o iki vəzifəni tərk etsə, Allah-təalanın çox çətin əzabı ilə üzləşəcək və Allah yaxşıları da pislərin arasında həlak edəcək. Keçmiş zamanda yaşayanların da əzab və həlakı onların günah arxasınca getməsi ucbatından idi. Alimlər və abidlər isə bunun qarşısını almırdılar.
Həzrət Əli (ə)

Bilin və agah olun! Mütləq sizin ağsaqqallarınız və bilikliləriniz (öyüd-nəsihət baxımından) nadan və rəyasət tələb edənlərə diqqət yetirsin, əks təqdirdə mənim nifrinim sizin hamınızı bürüyəcək!
İmam Cəfər Sadiqin (ə) xəbərdarlığı

Hər kəs moizə etmək və ilahi əzabla qorxutmaq üçün zalım bir hökmdarın hüzuruna getsə, insanların və cinlərin xeyir əməlləri və gördükləri savab işlər qədər savab ona əta olunar.
İmam Məhəmməd Baqir (ə)

Zəif insanların haqqını onların güclülərindən alınmasında süstlük göstərən millət heç vaxt pak və eyblərdən uzaq olmaz.
İmam Cəfər Sadiq (ə)

Necə olacaq o millətin halı ki, qadınları fəsad törədən, cavanları fasiq olduqları halda əmr be məruf və nəhy əz münkər etmirlər?
İmam Cəfər Sadiq (ə)

Allah-təala dini olmayan, yəni əmr be məruf və nəhy əz münkər etməyən mömini özünə düşmən bilir.
İmam Cəfər Sadiq (ə)


Geri dön

nar_18

  • 19 fevral 2012 20:43
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Robet

  • 18 fevral 2012 18:36
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
Allah razi olsun

enigmatic_girl

  • 18 fevral 2012 17:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr be məruf və nəhy əz münkərdir. Onlar nə insanın ömrünü qısaldır, nə də ruzini azaldır.
İmam Cəfər Sadiq (ə)


--------------------

YaKiWiKLi SeRSeRi

  • 18 fevral 2012 16:25
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
TESEKKURLER ALLAH RAZI OLSUN

★Adriana★

  • 18 fevral 2012 16:24
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------

YaKiWiKLi SeRSeRi

  • 18 fevral 2012 16:24
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}